AMEA ELM OCAĞIDIR, BAZAR DEYİL.., cənab Mehdiyev! - İLGİNC FAKT
Tarix: 22-06-2021, 08:28 | Çap et
Bir zamanlar Azərbaycan siyasi idarəetmə aparatının “boz kardinalı” kimi tanınan Ramiz Mehdiyevin 2019-ci ilin 23 oktyabr tarixində PA-dakı postundan uzaqlaşdırılıb Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təyin olundu. O zamandan indiyədək 1 il 7 ay zaman keçir. Sözsüz ki, bu müddət ciddi akademik islahatlar üçün o qədər də geniş zaman deyil. Bununla belə, görüləcək işlərin, aparılacaq islahatların ana cizgilərini müəyyənləşdirmək üçün az müddət də sayılmaz. Təsadüfi deyil ki, ABŞ boyda böyük bir ölkənin prezidentinin gələcək fəaliyyətinə qiymət vermək üçün cəmi 100 gün gözləyirlər. AMEA-na indiyədək verilən möhlət isə 5 dəfə 100 gün deməkdir. Üstəlik, akademiyanın prezidenti də o qədər cavan deyil ki, ona özünü təsdiqləməsi üçün daha artıq zaman verilə. Bəs bu 500 günü aşan zaman ərzində 83 yaşlı akademik yeni vəzifəsində hansı islahatları və fəaliyyəti ilə yadda qalıb? Ovqat.com-un araşdırmaları bu suala kifayət qədər aydınlıq gətirilir. Araşdırmamızin nəticəsinə görə, “Ramiz Mehdiyev bu 1 il 7 ay ərzində elmin inkişafı üçün heç bir əsaslı iş görməyib, hətta akademik tədbir belə keçirməyib”. Amma bu o demək deyil ki, baş akademik kosmosdakı cansız cism kimi tam ətalət halında olub. Təbii ki, bu geniş zaman kəsimində o, bəzi “mühüm” addımlar da atıb. Atdığı addımları isə “boz kardinal sayağı kadr islahatları” adlandırmaq mümkündür. Araşdırmalarımız göstərir ki, “boz kardinal” sayağı kadr islahatları nəticəsində AMEA-nın Rəyasət Heyəti 3 dəfə dəyişdirilib. Həqiqi elm adamlarının yerinə öz yaxınları gətirilib. Əsas “kadr islahatı” isə akademik-katib vəzifəsində aparılıb. Təsəvvür edin ki, bu vəzifəyə son 500 gün ərzində 3 dəfə fərqli insanlar təyin olunub. Son dəfə bu vəzifəyə ötən ayın 27-də akademik Arif Həşimov təyinat alıb. Ondan əvvəl isə həmin vəzifəni Adil Qəribov icra edirdi. Adil müəllim 2020-ci ilin 11 dekabrında bu vəzifəyə gətiriləndə öz sələfi Ənnağı Sadıqovu əvəz etmişdi. Həmin kadr dəyişikliyi zamanı Ənnağı Sadıqovun akademik-katibl vəzifəsinə təyinatının üzərindən isə uzun zaman keçməmişdi. 2019-cu ilin may ayında bu vəzifəyə seçilən Ənnağı Sadıqov yerini möhkəmləndirməyə macal tapmamış 5 aydan sonra Ramiz Mehdiyev AMEA-ya prezident təyin olunmuş, 2 aydan sonra isə akademik-katib vəzifəsində dəyişiklik edilmişdi. Yəni, Ənnağı müəllimin akademik-katibliyi üst-üstə cəmi 7 ay sürmüşdü.
“Boz kardinal” sayağı kadr islahatlarının aparıldığı əsas struktur isə Akademiyanın nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkında olmuşdur. Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi 1 il 7 ay ərzində Yüksək Texnologiyalar Parkı 5 dəfə əl dəyişmişdir. Əvvəl oraya Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Samir Məmmədov Qasım oğlu rəhbərlik edirdisə, Ramiz Mehdiyev baş akademik seçildikdən qısa müddət sonra həmin vəzifə bir başqa Məmmədova tapşırıldı. Bu Məmmədov kim olsa yaxşıdır? – Bir zamanlar korrupsioner nazir kimi ad çıxaran, işdən qovulduqdan sonra yığdığı rüşvəti Allaha ibadətə xərcləyən Ziya Məmmədovun qardaşı Elton Məmmədov. Amma Elton Məmmədovun da yeni vəzifəsində bəxti gətirmir. 22 Dekabr 2019-cu ildə çiçəyi burnunda olan direktor işdən çıxarılır və yerinə Əli Abbasov təyin edilir. Bu o Əli Abbasovdur ki, cəmi bir neçə il əvvəl böyük miqdarda rüşvət aldığını etiraf edib Rabitə və Yüksək Texnologiyalar naziri postundan uzaqlaşdırılmışdı. Görünür, Ramiz Mehdiyev bu korrupsioner kadrda hansısa yüksək qabiliyyət görüb onu akademiyanın ən yağlı idarəsinə işə götürüb. Amma üzərindən az keçməmiş Əli Abbasov da Ramiz Mehdiyevin inamını doğrultmayıb və postunu Əbülfəz Babayevə ötürüb. Di gəl ki, Əbülfəz müəllim də öz fəaliyyəti ilə “nümunəvi xidmət” gözləyən baş akademikin etimadını qazana bilməyib və bu ayın 14-də Vasif Abbasovla əvəz olunub. Yəqin ki, bu yazı dərc olunduqdan sonra Yüksək Texnologiyalar Parkı 500 günlük müddətində növbəti direktoru ilə tanış olmaq fürsəti qazanacaq. Araşdırmalarımıza görə, AMEA-da rəhbərliyi dəfələrlə dəyişdirilən strukturlardan biri də Akademiyanın kitabxanasıdır. Bu müddət ərzində Mərkəzi Elmi Akademiya 3 dəfə yeni direktor görüb. Sözsüz ki, Yüksək Texnologiyalar Parkı ilə müqayisədə bu “performans” xeyli geridə qalır və Ramiz Mehdiyev öz “kadr islahatlarını” elmi kitabxanada daha da dərinləşdirmək barədə düşünməlidir.
Ramiz Mehdiyev AMEA-nın struktur islahatlarında da xeyli məsafələr qət edib. Di gəl ki, onun “struktur islahatları” bütrokratik aparatı zəiflətməyə yox, genişləndirməyə xidmət edib. Əldə etdiyimiz görə, Ramiz Mehdiyev baş akademik təyin olunandan sonra AMEA-nın nəzdində mənasız qurumlar yaradılıb və o qurumlara akademik fəaliyyətlə heç bir əlaqəsi və səriştəsi olmayan adamlar gətirilib. Və bunların heç biri də Ramiz Mehdiyevə yad adamlar deyil. Ramiz Mehdiyevin ən yaxın adamı isə, təbii ki, onun həyat yoldaşı Qalina Mehdiyevadır. Hörmətli akademik elmi qabiliyyəti ona-buna mədhiyyələr yazmaqla oğullarını böyük vəzifəyə düzəldən İsa Həbibbəyli və düşüncə potensialı ondan fərqlənməyən digər yaxın adamlarına yanında iş verdiyi halda, əlbəttə ki, Qalina xanımı yaddan çıxara bilməzdi. Bu, ədalətə və uzun illərin həyat yoldaşlığına zidd addım olardı. Görünür, baş akademik də məhz bu amilləri nəzərə alıb Qalina Mehdiyevanı AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “Komputer elmləri” ixtisası üzrə doktorluq dissertasiya Şurasına sədr seçdirib. Qalina xanım isə indiyədək həmin Şuranın bir iclasında belə iştirak etməyib. Saytımıza açıqlama verən mütəxəssislərdən biri deyib: “Həmin institutda bir neçə akademik, AMEA-nın müxbir üzvü, onlarla tanınmış elmlər doktoru işlədiyi halda, sözügedən şuraya Qalina Mehdiyevanın rəhbərlik etməsi elmi ictimaiyyət tərəfindən xoş qarşılanmır”.
Maraqlıdır ki, Ramiz Mehdiyevin AMEA-nı özünün ailə şirkətinə çevrilməsi təkcə bununla da yekunlaşmır. Bildirildiyinə görə, R.Mehdiyev öz ailə şirkəti kimi tanınan “Şərq-Qərb” nəşriyyatını da AMEA-ya bağlı Milli Ensklopediyanın binasının 3-cü mərtəbəsinə köçürüb. “Ramiz Mehdiyevin ailəsinə məxsus olan “Şərq Qərb” nəşriyyatı ensklopediyaya nə qədər icarə haqqı ödəyir?”- deyə qaynağımız soruşur. Qaynağımız redaksiyamıza Ramiz Mehdiyevin 1 il 7 ay ərzində AMEA-da apardığı kadr və struktur islahatlarının siyahısını da təqdim edib. Siyahını olduğu kimi yayımlayırıq:
Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|