Alimpaşa Məmmədovu PA-da kim himayə edirdi... ONUN DA BAŞI AĞRIYACAQ! - İLGİNC İDDİALAR...
Tarix: 1-07-2021, 08:22 | Çap et
Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət ortaqlarının dairəsi getdikcə genişlənir. Ötən saylarımızda qeyd etdiyimiz kimi, A.Məmmədovun Şəmkirdə icra başçısı olduğu dövrdə, habelə başçı təyinatına qədər bu rayonun abadlaşdırılması işlərinə rəhbərlik etdiyi müddətdə külli miqdarda büdcə vəsaitlərini mənimsəməsi haqda ciddi məlumatlar, faktlar var. Onun həbsi də məhz bu faktlarla əlaqəlidir. Məmmədovun Şəmkirə rəhbərlik etdiyi dövrdə dövlət büdcəsindən rayonun abadlaşdırılması, infrastrukturun yenidən qurulması üçün 100 milyonlarla manat ayrılıb. Həmin vəsaitlər böyük hissəsinin təyinatı üzrə xərclənməməsi ilə bağlı Maliyyə Nazirliyi tərəfindən Şəmkirdə aparılan araşdırmalar da sona çatmaq üzrədir.
Ortaya çox ciddi faktların çıxdığı da gələn məlumatlar sırasındadır. İddia olunur ki, Alimpaşa Məmmədovun 1-ci müavini olmuş, hazırda Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan Qüdrət Məhərrəm oğlu Əliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında Memarlıq və tikinti şöbəsinin müdiri İlqar Quliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Yaqub oğlu Mustafayev, başçı köməkçisi Mahir Əliyevlə yanaşı, qərb bölgəsinin kuratoru Orxan Mürsəlov da istintaqa cəlb edilə, sorğu-sual oluna bilər.
Orxan Mürsəlovun istintaqa cəlb edilməsinə yol açan məqamlar sırasında onun illərlə Alimpaşa Məmmədovun qanunsuzluqlarına göz yumması göstərilir. Bildirilir ki, Orxan Mürsəlov Şəmkir İcra Hakimiyyətində ildə bir neçə dəfə Alimpaşa Məmmədovun rəhbərliyi altında keçirilən hesabat yığıncaqlarında iştirak edib, rayonun vəzifəliləri ilə görüşüb. O.Mürsəlovun Şəmkirdə baş verənlərdən xəbərsiz olması da inandırıcı deyil. Şəmkirdə baş verən rüşvət və korrupsiya faktlarına kuratorun nəyə görə susqunluq nümayiş etdirməsi, tədbir görülməsi üçün addım atmaması da araşdırma predmeti ola bilər.
Digər tərəfdən, Alimpaşa Məmmədov Orxan Mürsəlovun kuratoru olduğu qərb bölgəsindən həbsə gedən ilk başçı deyil. 2019-cu ildə Ağstafanın icra başçısı Nizaməddin Quliyev də rüşvət və korrupsiya cinayətlərinə görə başçının dəstəsi ilə bərabər qandallanıb. Əgər Orxan Mürsəlov kurasiya etdiyi qərb bölgəsində baş verənlərdən xəbərsiz olubsa, onda istefa verməlidir. Ona tapşırılan bölgədə icra başçıları dövlət büdcəsindən ayrılan vəsaitləri çox böyük iştahla həzmdən keçiriblər. Özlərinə dəbdəbəli villalar, bahalı maşınlar alıb, həmin o büdcə vəsaitləri hesabına biznes qurublar. Halbuki həmin vəsait Ağstafa və Şəmkirdə təyinatı üzrə xərclənsəydi, bu gün həmin rayonlarda yaşayan əhali sosial-iqtisadi problemlər girdabında boğulmazdı.
DTX-nın Şəmkir Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat-istintaq tədbiri haqda yayılan məlumatda da bu məqam xüsusi qeyd olunur: “Qurumun vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşların hüquqlarına zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirib. Başlanılmış cinayət işi üzrə araşdırmalar zamanı Alimpaşa Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan ”Çinarlı Qəsəbə" MMC-nin bütün paylarını oğlu Adil Adilzadə və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasını, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib. Alimpaşa Məmmədovun Şəmkir ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı “Ağstafasutikinti” MMC-nin hesabına köçürülmüş 218 min manat külli miqdarda pul vəsaitini nağdlaşdıraraq təkrar mənimsəmə yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, onun Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər vasitəsilə rüşvət qismində istəyərək almasına dair şübhələr müəyyən edilib. Alimpaşa Məmmədovun həmçinin rayon icra hakimiyyəti başçısının ərazi icra nümayəndələri və digər yerli dövlət təsisatlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında 3 min - 10 min manat məbləğində pul vəsaitləri tələb edərək almasına dair əldə edilmiş məlumatlar üzrə araşdırma aparılır. Eləcə də, onun mənimsəmə və rüşvət alma yolu ilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə 832 min manat vəsaitin oğlu Adil Adilzadənin adına təsis etdiyi “Az Forel” MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Alimpaşa Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb. Hazırda Alimpaşa Məmmədovun cinayət işi üzrə istintaq davam edir..."
***
“Park Kolizey” MTK-nın rəhbəri Famil Xəlilov da bu iş üzrə dindirilir. Onun da Şəmkirdəki tikinti maxinasiyalarına görə həbs oluna biləcəyi iddiası var. Məlumata görə, Alimpaşa Məmmədov rayonda tikinti monopoliyası yaradıb və qeyri-qanuni olaraq digər tikinti şirkətlərini rayona buraxmayıb. Ancaq xüsusi imtiyaza malik olan “Park Kolizey” MTK şəhərin ən görkəmli yerlərində çoxmərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmayan ərazilərdə də tikintilər aparıb. Belə ki, “20 Yanvar” abidəsinin ətrafında salınmış park sonradan hansısa yollarla çoxmərtəbəli yaşayış binasi üçün ayrılıb və artıq burada binanın tikintisi yekunlaşmaq üzrədir. Binanın tikintisinə icazə almaq üçün MTK rəhbəri Famil Xəlilov nə az-nə çox, bir neçə çoxotaqlı mənzildən keçməli olub.
İlqar Quliyev
Binanın bir mərtəbəsinin mənzillərini birləşdirərək Alimpaşa İlqar QuliyevMəmmədova, 4 otaqlı bir mənzili rayonun baş memarı İlqar Quliyevə və digər aidiyyəti şəxslərə rüşvət olaraq verib. Bundan əlavə, Famil Xəlilov həmin parkın ərazisini almaq üçün Alimpaşa Məmmədova 1 milyon 300 min manat da pul veribmiş. Famil Xəlilov ilkin dindirilmə zamanı bunu etiraf edib. Alimpaşa Məmmədovun Şəmkirə başçı təyin olunmazdan əvvəlki fəaliyyəti də maraq doğurur. 2010-2013-cü illərdə Alimpaşa Məmmədov keçmiş vergilər naziri Fazil Məmmədovun adamı olaraq Şəmkirə abadlıq işlərinin görülməsinə nəzarət üçün göndərilib. Bildirilir ki, hazırda araşdırmalardan kənar qalan o zaman kəsiyində Alimpaşa Məmmədov rayonun təmir-tikintisi üçün ayrılan vəsaitlərdən 15 milyon ələ keçirə bilib. Həmin illərdə Şəmkirdə bütün evlərin damları, darvazaları dəyişdirilib, arxlar, küçələr təmir olunub. Rəsmiləşdirmə işlərində min manata başa gələn 1 darvaza 6 min manata rəsmiləşdirilib. Şəmkirdə dəyişdirilən darvazaların sayı-hesabı yoxdur. Bu o deməkdir ki, Alimpaşa Məmmədov təkcə hər dəyişdirilən darvazaya görə 5 min manat ələ keçirə bilib. Əldə olunan vəsaitlər hesabına bu gün istintaq tərəfindən üzərinə həbs qoyulan varidat alınıb.
Hazırda istintaq davam edir. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|