AMEA-dan növbəti akademik fırıldaq: - Akademikə “Şöhrət” ordeni verən “Sokrat Klubu” nədir?
Tarix: 8-07-2021, 08:26 | Çap et
Bir müddət əvvəl AMEA prezidenti Ramiz Mehdiyev tərəfindən qanunsuz olaraq Torpaqşünaslıq və Aqrokimya İnstitutuna direktor vəzifəsinə təyin olunan, az sonra isə Səbail rayon məhkəməsi tərəfindən işdən qovulan akademik Qərib Məmmədov “dünya elminə verdiyi töhfələrə” görə Oksford universitetinin Sokrat Klubu tərəfindən “Şöhrət” medalı ilə mükafatlandırılıb. Ovqat.com xəbər verir ki, AMEA iki gün öncə bu məlumatı yayıb. Məlumatda deyilir: “Bu mötəbər medal bütövlükdə Azərbaycana və onun elminə verilən böyük qiymətdir. Avropanın mötəbər qurumunun yüksək mükafatına layiq görülən alim ömrünün 50 ilə yaxın bir dövrünü elmin inkişafına həsr edib, bu sahədə müstəqil dövlətimizin güclənməsi naminə şərəflə xidmət göstərib. Akademik Qərib Məmmədovun tədqiqatları təkcə torpaqşünaslıq və ekologiya üzrə deyil, torpaqların coğrafiyası, meliorasiyası, rekultivasiyası, mühafizəsi, aqroekologiyası, aqrokimyası, torpaq örtüyünün strukturu, torpaqların CİS əsasında tədqiqi və digər elm sahələrinin inkişafı ilə də bağlıdır. Bu, bütövlükdə Azərbaycana və onun elminə verilən böyük qiymətdir”.
Dünən AMEA-nın böyük təmtəraqla bayram kimi qeyd etdiyi bu mükafatlandırma xəbəri AzərTAC kimi ciddi və rəsmi informasiya agentliyi tərəfindən də tirajlanıb. Agentliyə bu “xoş xəbəri” AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev məlumat verib. Görünən budur ki, AMEA akademikin bu böyük uğurunun sevincini Azərbaycan ictimaiyyəti ilə bölüşməyi günün ən mühüm elmi tələbi hesab edib. Bəs, Azərbaycanın elmi ictimaiyyəti tərəfindən makler-akademik kimi tanınan Qərib Məmmədovu konkret hansı elmi əsərinə görə, bu “möhtərəm” mükafata layiq görüblər? Maraqlıdır ki, məlumatda bu barədə hər hansı fikir bildirilmir. Ovqat.com-un araşdırmaları nəticəsində məlum olub ki, akademikə təqdim edilən mukafatın təqdimat vərəqində “Azərbaycanın 100 000-lik torpaq xəritəsi çəkdiyi üçün” sözləri yazılıb. Yəni akademiyanın Ramiz Mehdiyev dönəmində qazandığı ən böyük uğur adi bir xəritə imiş. Elədirsə, “dünya elminə verilmiş hansı böyük töhfə”dən danışmaq olar? Belə çıxır ki, istənilən xəritəşünaslıq institutunun kiçik elmi işçisi bilim dünyasına antik yunan filosofu Sokrat qədər töhfə verir.
Bizə müəmmalı görünən bu məlumatı araşdırmaq qərarına gəldik və ilk öncə Oksford Universitetində həqiqətən belə bir klubun olub-olmadığını müəyyənləşdirməyə çalışdıq. Oksford Universitetinin rəsmi saytında bütün axtarışlarımıza rəğmən Sokrat klubunun adına rast gəlmədik. Axtarışımız bütün internet boyu davam etdi. Sonunda “Sokrat klubu” barədə maraqlı məlumatlar tapdıq. Sən demə, bu klub 1942-ci ildə Oksford universitetinin Monica Shorten adlı bir tələbəsi tərəfindən qurulub və məqsədi “dinlə, xüsusilə də xristianlıqla əlaqədar intellektual çətinliklərin müzakirəsi üçün açıq bir forum təşkil etmək” olub. Başqa sözlə, klubun heç bir akademik özəlliyi olmayıb və o, universitetin nəzdində də yaradılmayıb. Sadəcə bizim Bakı Dövlət Universitetin bir qrup tələbəsinin ərsəyə gətirdiyi ədəbi yaradıcılıq klubuna bənzər dərnək kimi fəaliyyət göstərib. Sual oluna bilər: Hazırda Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışan akademik Qərib Məmmədovun “kəşflərinin” xristianlıqla, dinlə nə əlaqəsi var? O teoloqdur, yoxsa torpaqşünas?
Məsələ burasındadır ki, 42-ci ildə dünyadərki tam formalaşmamış bir gəncin beynində dinlə bağlı yaranan şübhələrə aydınlıq gətirmək üçün təsis etdiyi Sokrat Klubu hazırda mövcud deyil. Məlumata görə, 1942-ci ildən 1954-cü ilə qədər hər bazar ertəsi axşamı saat 20.15-dən 22.30-dək toplantılar keçərən klub 1972-ci ildə ümumiyyətlə özünü buraxıb. Növbəti sual: o zaman akademik Qərib Məmmədov nəyin mükafatını alıb? Akademik çevrələrdən aldığımız məlumata görə, Ukraynada bəzi dəllallar Oksford Universitetinin 50 il bundan əvvəl yox olub gedən klubunun adından alver edirlər. Onlar müxtəlif “elm adamlarına” müəyyən pul qarşılığında adı möhtəşəm səslənən mükafatlar satırlar. Görünür, akademik Qərib Məmmədov da onların fırıldağının qurbanı olub və bu da AMEA tərəfindən təmtəraqla ictimaiyyətə çatdırılıb.
Suallar tükənmir: Bəs, AMEA niyə bu fırıldağa düşüb? Olmazdımı ki, xəbəri yaymamışdan əvvəl onun nə dərəcədə səhih olub-olmadığını araşdırsın? Fikrimizcə, akademik Ramiz Mehdiyev belə bir qurumun mövcud olmadığını, olsa belə, təqdim edildiyi kimi, Avropanın mötəbər elmi qurumu olmadığını bilməyəcək qədər sadəlövh deyil. Onun sadəcə AMEA-nın Prezidenti təyin olunduğu 2 il ərzində elmi nailiyyətini göstərmək üçün belə saxta uğurlara ehtiyacı var. Çünki Ovqat.com saytı bir neçə gün əvvəl akademiyanın Ramiz Mehdiyev tərəfindən idarə olunduğu 2 il ərzində görülən xidmətlərdən bəhs edən araşdırma yazısı yayınlamış, Milli Məclisin vitse-spikeri Adil Əliyev isə bu faktları şərh edərək akademik fəaliyyətinə belə qiymət vermişdi: “Yusif Məmmədəliyev kimi işıqlı akademikin yerində hazırda akademiyanı ailə şirkətinin bazasına, qohum-əqrəba, dost-aşna klubuna çevirən Ramiz Mehdiyev əyləşib. Səhv etmirəmsə, sizin saytdan oxudum, adını akademik qoyan bu adam həmin vəzifəyə təyin olunandan bəri 1 il 7 ay ərzində bir dəfə də olsun akademik tədbir keçirməyib. Bu müddət ərzində gördüyü iş savadlı akademikləri vəzifələrindən uzaqlaşdırıb yerlərinə elmlə əlaqəsi olmayan insanları gətirmək olub. Onun irəli çəkdiyi kadrların, demək olar ki, hamısının keçmişi isə qaranlıqdır. Bir çoxları məhz bu qara əməlləri nəticəsində işdən uzaqlaşdırılıblar. AMEA məhz bu adamın 1 il 7 aylıq xidməti sayəsində əsl akademiklərdən “təmizlənib”. Özü də tam qanunsuz şəkildə. Onlardan biri (Yəqin ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyevi nəzərdə tutur – Ovqat.com) bu yaxınlarda qanunsuz işdən çıxarılması ilə əlaqədar məhkəməyə müraciət etmiş və məhkəmə hökmü ilə işə bərpa olunmuşdu. Kim Ramiz Mehdiyevin yerinə olsa, məhkəmənin bu qərarından sonra bir gün də o postda oturmaz, dərhal istefa verib nəvələrini, nəticələri ilə vaxt keçirməyə gedərdi. Bu adam isə dəfələrlə ifşa olunmasına baxmayaraq, öz postundan dörd əlli yapışır və AMEA kimi elm mərkəzini şəxsi qara biznesinin ofisinə çevirir”.
Adil Əliyevin bu fikirləri Azərbaycan mediasında ciddi müzakirə olunmuş və hər kəs AMEA prezidentinin yarıtmaz fəaliyyətindən danışmışdı. Məhz bu çıxışlardan sonra akademiyanın bütün instutlarında maliyyə yoxlamaları başlamışdı. Görünür, Ramiz Mehdiyev cənablarının da öz “əsrarəngiz fəaliyyətini” işıqlandırmaq və siyasi iradə qarşısında bəraət qazanmaq üçün Qərib Məmmədovun saxta mükafatını əldə bayraq etməyə ehtiyacı yaranıb. Gorun çatlamasın, Mirzə Cəlil. Əsl sənin mövzun, sənin personajlarındır. Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|