Belə “deputat” olmağa nə var ki… - Polisi döyən deputatdan seçicilər də NARAZIDIR...
Tarix: 30-07-2021, 08:32 | Çap et
“Seçildiyi”dairədə məntəqə sədrlərindən başqa heç kəsin sonralar üzünü görmədiyi xəyali insan, deputat Eldəniz Səlimov.
Yaxşı ki, Milli Məclisə gedib gəlir. Nə də olsa o 125 nəfərin içində Xaçmazın 2 deputatından biri “yeri”ni boş qoymur. Lazım olanda oturacağının altındakı o yaşıl “knopka”nı basıb səsvermədə iştirak edir. Barmaqlarına qüvvət.
Öz dairəsindəki insanlar və onları narahat edən sosial problemlər isə onun vecinə də deyil. Mən öz dairəsi deyərkən seçici dairəsini nəzərdə tuturam. Bu dairədən fərqli olaraq o öz “dairə”sindəki insanlara qarşı çox humanist və arzuolunandır. Deyirlər çox yaxşı oğlandır. Amma biz ona gözəllik müsabiqəsində səs verməmişik, parlamentdə bizi təmsil etməsi üçün səs vermişik. Parlament iclasları və sessiyaları xaric boş qalan bütün zamanını o öz “dairə”si ilə keçirir. Bizim qulaqlarımıza gəlib çatacaq qədər yaxşı. Hətta o qədər sadə davranış sərgiləyir ki, bəzən öz sürücüsünə də əziyyət vermir. Xidməti avtomobilini özü idarə edir.
Bəzən mən onu xüsusi təyinatlı hərbi qulluqçu hesab edirəm. Seçicilərlə elə intensiv və “reaktiv” görüşlər keçirir ki, müsahibələri dərc olunan xəbər saytları görüşdən bir neçə saat əvvəl yayımlayırlar o xəbərləri. O tragikomik “görüş”lərdən danışmaq istəmirəm. Onun fəaliyyəti ilə bağlı kiçik bir sorğu keçirmək kifayətdir. Əgər Xaçmazın onun seçki dairəsinə aid olan 10 seçicisindən biri onu tanısa qələmim gözümə girsin.
Ən populyar müdafiə arqumenti isə budur. ”Mən nə edə bilərəm axı?”
Prinsip etibari ilə Xaçmazın digər deputatı da (56 saylı Xaçmaz kənd SD) ondan çox fərqlənmir. Nədənsə Xaçmaza daha nüfuzlu və “qabarit”li insan məsləhət görülmür ele bil parlament üçün. Eldəniz Səlimova bir sual vermək istəyirik. Sonuncu dəfə hansı seçiciniz ilə telefonla danışmısız? Bu mandatı sizə əlavə imtiyazlar üçün bir vasitə olaraq verməyiblər. Veriblər ki, insanlara xidmət edəsiniz. Onların yanlarında olasınız.
Təkcə ötən həftə 7times.az-a Xaçmaz rayonundan 10-dan çox müraciət daxil olub. Amma sözügedən problemlərlə bağlı bir nəfər də sizin qapınızı döyməyib.Niyə? Belə “deputat” olmağa nə var ki…
Sonuncu dəfə nə vaxt bir şəhid, qazi qapısını döymüsünüz? Bəs öz dairənizin mövcud problemləri ilə əlaqədar hansı nazirliyə gedib xəbərdar etmisiz? Çox çətin suallardır bilirəm. Ağac dibindən su içər. Ağac demişkən, bu rayona bir ağac qədər xeyir vermişdinizmi gedib Xudatda yüzlərlə ağacı kəsib məhv etdiniz. Qanunverici bir orqanda təmsil olunursunuz. Amma özünüz qanunlara əməl etmirsiniz. Yoxsa yol hərəkəti qanunlarını pozduğunuz üçün ödəmədiyiniz cərimələrə görə xidməti avtomobiliniz Milli Məclisin qarşısından cərimə meydançasına aparılmazdı. Məncə müstəqillikdən sonra Azərbaycanda bu bir “ilk” idi. Tez-tez radara düşürsünüz. Hara tələsirdiniz? Biraz təmkinli və müdrik davranmaq lazımdı Eldəniz müəllim. Qanunlar qarşısında heç kəsin xüsusi imtiyazı yoxdur.Tələsirsinizsə Sahibə xanıma müraciət edin sizi operativ nəqliyyat vasitəsi ilə təmin etsin. Ya da 2 nəfərlik kiçik bir helikopterlə. Hələlik bu qədər. Ümimiyyətlə bütün dövlət qulluqçuları vəzifəsindən aslı olmayaraq həm davranışlarına həm də bu dövlət qarşısındakı müqəddəs vəzifələrinin tələblərinə ciddi əməl etməlidir. Abırlarını yeyib həyalarını belinə bağlamalıdırlar. Eldəniz Səlimova gəldikdə isə, biz növbəti parlament seçkilərində onun namizədliyinə də etiraz edəcəyik. Belə deputatımız olmaqdansa qoy o yer boş qalsın. Bilək ki, yoxdur. Bu həqiqət onun “var” olması reallığından daha şirin və daha qəbulediləndir. //7times.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|