Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                 

FHN şefinin BOKS İSRAFÇILIĞI... - FAKT BUDUR!
Tarix: 16-08-2021, 12:46 | Çap et
FHN şefinin BOKS İSRAFÇILIĞI...
Yaponiyanın paytaxtı Tokioda keçirilən Yay Olimpiya Oyunları Azərbaycan üçün məyusluqla başa çatdı. Bu yarışda cəmi 7 medal qazanan (3 gümüş, 4 bürünc) Azərbaycan idmançıları idmansevərləri məyus etməklə yanaşı, həm də bu sahədə ciddi islahatların vacibliyini göz önünə gətirmiş oldular.

Bu olimpiada həm də müstəqil Azərbaycan tarixində qızıl medal qazanılmayan ikinci belə yarış oldu. İlk dəfə 1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunlarından “qızılsız” dönən idmançılarımız antirekordu 25 il sonra təkrarladı.

Azərbaycanın həmişəki kimi uğur gözlədiyi idman növlərindən biri boks idi. Amma digər idman növlərindəki kimi boksda da fiaskonun şahidi olduq. Boks millimiz cəmi bir “bürünc”lə təsəlli tapdı ki, bu da milliləşdirilməsinə milyonlarla pul xərclənmiş Loren Alfonso Domingesin payına düşdü. Digər idmançılarımızın Uzaq Şərqə səfəri turist səfərindən fərqlənmədi…

Bəs uğursuzluğun səbəbi nədir? Maliyyə? Yox, Azərbaycanda bütün idman sahələri kimi, boksun da inkişafı üçün kifayət qədər pul xərclənir. Təkcə Boks Federasiyasına “ən səxavətli məmur” kimi tanınan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun başçılıq etməsi faktını xatırlasaq, bu sahədə heç bir maliyyə probleminin olmadığını əminliklə deyə bilərik.

Səbəb idarəçilik, yeyinti, qeyri-peşəkarlıq və başqa amillərdir. Əsas millini kubalı Umberto Orta Dominqesə tapşıran Boks Federasiyası milyonların havaya sovrulmasını ya görmür, ya da bilərəkdən göz yumur. Bütün idman sahələrində qəbul olunmuş bir qayda var. Nəticə yoxdursa, günahkar baş məşqçidir və yola salınmalıdır. Amma nədənsə, bu qayda Boks Federasiyası üçün keçərli deyil.

Problem təkcə baş məşqçi amilində də deyil. İdmançı seçimi, daha doğrusu böyük pullar hesabına ölkəyə gətirilən legionerlərin əl üstündə tutularaq, yerli idmançıların kənara atılması da mühüm amillərdən biridir. Bunlardan sadəcə biri – Lorenzo Sotomayorun hərəkətləri bir çoxumuza yaxşı tanışdır. 2014-cü ildə böyük pullar hesabına Azərbaycan millisinə cəlb olunan kubalı boksçu bir il sonra ciddi rəqiblərlə qarşılaşmadığı “Bakı-2015” Avropa oyunlarında ən yüksək mükafata – qızıl medala sahib çıxıb dövlətdən və boks federasiyasından böyük məbləğdə mükafatlar aldı. 2016-cı il Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal isə onun karyerasındakı ən böyük uğur oldu. Bundan sonra heç bir ciddi uğur qazanmayan kubalı 2019-cu ildə Minskdə keçirilən Avropa oyunlarında “bürünc”lə kifayətləndi.

Tokio-2020-də isə elə ilk görüşdə – 1/16 finalda uduzaraq mübarizəni dayandırdı. Məgər, Sotomayora bu qədər pullar onun ilk döyüşdəcə uduzması üçün xərclənib? Bu boyda Azərbaycanda gedib ilk döyüşdə uduzub qayıdacaq bir boksçu yoxdu ki, uzaq Kubadan böyük pullar hesabına kimisə milliləşdirmək lazım gəlib?

Rinqdə aldığı pulların qarşılığını verməyən Sotomayor bunun əvəzini şəxsi həyatı, daha doğrusu intizamsızlığı, qurduğu kef məclisləri ilə çıxmağa başladı. Federasiyadan böyük məbləğdə maaş, dövlətdən yüksək mükafatlar alan kubalı o qədər harınlayıb ki, az qala hər gün qadınlarla kef məclisləri qurur, qadın paltarı geyinib rəqs edir (//fanat.az/az/boks/78575/azerbaycan-millisinin-uzvu-qadin-paltarinda-video/). Ən pisi isə odur ki, bunu bağlı qapılar arxasında da etmir. Hər kəsdə qıcıq yaradan bu hərəkətlərini videoya çəkib, “Instagram” hesabında paylaşmaqdan da çəkinmir.

Azərbaycanın pulunu yeyən, qarşılığını rinqdə qazandığı nəticələrlə verə bilməyən bu kubalının hərəkətlərini təəssüf ki, Boks Federasiyası da görmür, ya da görmək istəmir. Görünür ki, onun və onun kimilərin Azərbaycanın vəsaitləri hesabına ciblərinin doldurulması kimlərəsə sərf edir.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu kimi əcnəbi idmançılara xərclənən milyonlar, onların əl üstündə tutulmasa, yerli gənclərin, istedadlı idmançıların idmandan soyumasına, kənarda qalmasına gətirib çıxardır. Belə hallardan biri 2018-ci ildə baş verib. Həmin ilin dekabrında keçirilən boks üzrə ölkə çempionatının yarımfinalında Elnur Süleymanov adlı boksçumuz Boks Federasiyasının indiyədək böyük pullar yedirdiyi Sotomayoru nokauta salaraq məğlub edib və yekunda Azərbaycan çempionu olub. Sonra baş verənlər isə sözün əsl mənasında biabırçılıqdır. Belə ki, 69 kq çəki dərəcəsində beynəlxalq yarışlara ölkə çempionu yox, həmin çempionun nokauta salaraq rusvaçı şəkildə məğlub etdiyi Sotomayorun aparılmasına qərar verilib. Çünki millinin kubalı baş məşqçisi və onların federasiyadakı himayədarları(!) belə istəyir. Bəli, məhz himayədarları. Bunun başqa adı yoxdur. Əcnəbi baş məşqçi yanlış qərar verirsə və federasiyanın rəhbərliyində təmsil olunan azərbaycanlı idarəçilər buna göz yumursa, demək məqsədli şəkildə edilir…

Elnur Süleymanova gəlincə, haqlı olaraq inciyir və ölkəni tərk edərək Rusiyaya üz tutur. Onun indi boksla məşğul olub-olmadığı, hansı sahədə çalışdığı bilinmir. Bəlkə də Rusiya bazarlarında göyərti satır. Bu da Azərbaycan idmanının daha bir acı reallığı…

Sotomayor olayı boks sahəsindəki biabırçılıqlardan biridir. Bu kimi faktlar onlarladır və təəssüf ki, göz yumulur, nəticə çıxarılmır, tədbir görülmür. Boks Federasiyasının prezidenti Kəmaləddin Heyədərov kifayət qədər böyük sahəni əhatə edən bir nazirliyə rəhbərlik edir və hər an federasiyanın işləri ilə maraqlana, problemlərə müdaxilə edə bilməz. Bəs federasiyanın rəhbərliyində təmsil olunanlar, qurumun fəaliyyətinə, idmançılarımızın uğur qazanmasına görə məsuliyyət daşıyanlar? Vitse-prezidentlər Ağacan Abiyev, Süleyman Mikayılov, Vüsal Novruzov, Rövşən Hüseynov, Məhərrəm Talıbov, Baş katib Nağı Səfərov hara baxır, hansı işlərlə məşğuldur?


Boks Azərbaycanda ən sevilən idman növlərindən sayılır. Bu idman növü avarçəkmə və yaxud da otüstü hokkey kimi bizim xalqa yadd deyil. Belə idman növlərinin məsuliyyət sahibləri həmişə yaxalarını kənara çəkir, Azərbaycanca bəzi idman növlərinin ənənəsinin olmadığını iddia edirlər. Amma boksla bağlı eyni bəhanələri ortaya atmaq olmaz. Qısa bir haşiyəyə çıxıb, Murad Əliyevi xatırlayaq. Yəqin ki, siz də Fransanı təmsil edən həmyerlimizin Tokio Olimpiadasındakı inamlı çıxışını, hakim haqsızlığına necə etiraz etməsini gördünüz. Azərbaycanlılar boksu sevir, bu idman növündə uğurlu çıxış etməyi yaxşı bacarırlar. Nümunə təkcə Murad Əliyev deyil. Vüqar Ələkbərovu tanımayan yoxdu. 1981-ci ildə Mingəçevirdə doğulan Vüqar Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdı. Onun Mingəçevirdə dünyaya göz açmasını əbəs yerə vurğulamıram. Mingəçevir Azərbaycan idmanına yetərincə tanınmış, istedadlı similar verib. Deməli, yenidən düzgün iş aparılsa, yerli məşqçilərə və istedadlı övladlarımıza şərait yaradılsa, yaxşı nəticələr də qazanılar. Vüqarın Sidneydəki uğurundan sonra 2004-cü il Afina Olimpiadasından da boksçularımız əliboş dönmədilər. Özü də medal qazananlar hər ikisi xalis azərbaycanlı övladları idi. Belə ki, 51 kq çəki dərəcəsində Fuad Aslanov, 54 kq-da isə Ağası Məmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxdı, Azərbaycana medal qazandırdılar. 4 il sonra Pekində keçirilən Olimpiadada medal qazanan da azərbaycanlı balasıydı, Şahin İmranov 57 kq çəki dərəcəsində bürünc medal sevincini yaşamışdı. 2012-ci ildə Londonda keçirilən Olimpiadada Məhəmmədrəsul Məcidovla yanaşı Teymur Məmmədov Azərbaycanın medal bankına bürünc əlavə etmişdi. Rio-de-Janeyro Olimpiadasında kubalı Lorenso Sotomayorla yanaşı Kamran Şahsuvarlı fəxri kürsüyə yüksəlməyi bacarmışdı.

Sadaladığımız bütün bu faktlar onu göstərir ki, kubalı məşqçilərin Azərbaycan boksunda söz sahibinə çevrilməsindən, bütün səlahiyyətlərin onlara verilməsindən əvvəl bizdə idmanın bu növü daim inkişafda olub, ortaya yeni-yeni istedadlar çıxıb. Pedro Roke Otanyo, Umberto Orta Dominqes kimi kubalı mütəxəssislər bizim boksda söz sahibinə çevrildikdən sonra sürətli tənəzzül dövrünə, azərbaycanlı boksçuların sıxışdırılması proseslərinə qədəm qoymuşuq. Əcnəbi çalışdırıcılar daim kubalıları irəli dartmaqla bu işdə qazanacaqların pulları hesablayıblar. Olimpiya mükafatçısı Vüqar Ələkbərov bu yaxınlarda “CBC Sport” telekanalında qonaq olduğu “Olimpiya Günü” verlişində çox maraqlı fikirlər səsləndirmişdi. Sitat: “Baxmayaraq ki, Azərbaycana dəvət olunan kubalı Lorenzo Sotomayor Olimpiya Oyunlarının gümüş mükfatçısıdır, onu bizim boksçuların bir neçəsi məğlub edib. O cümlədən Elnur da Sotomayoru nokauta salıb. Bu gün Elnurun küsüb getmə səbəbi də bizim məşqçilər heyətindəki çalışdırıcının kubalı olduğu üçün Sotomayorun həmin çəkidəki yeri tutmasıdır. Azərbaycan boksçuları da belə şeylərdən inciyir, küsür. Milliyə 95 kq çəki dərəcəsində yeni legioner gətiriblər. O, heç bir beynəlxalq arenada öz sözünü deməyib. Azərbaycanda həmin şəxsi də uda biləcək səviyyədə yerli boksçularımız var. Hansı ki, onlar bu gün təlim-məşq toplanışlarından kənarda qalıblar. Niyə? Çünki baş məşçqi legioner – kubalıdır. Onun da öz yetirmələri kimi həmyerliləri ilə Azərbaycan boksunu təmsil etmək niyyəti var”.

Bütün bunları idmançılar, jurnalistlər, azarkeşlər bilirsə, Boks Federasiyasında vəzifə tutan səlahiyyət sahiblərinin bundan xəbərsiz olması inandırıcı deyil. Görünür, kimlərsə kubalıların bu əməllərinə göz yumur, əvəzində legionerlərə xərclənən pullardan özlərinə “faiz tuturlar”. Hazırkı mənzərə başqa cür düşünməyə əlyeri qoymur. Federasiya rəsmiləri kubalılarla əlbir deyillərsə, bu işdə maddi maraqları yoxdusa, onların əməllərinə niyə göz yumurlar? Məhz onların yanlış siyasətinin sayəsində Azərbaycanda boks məhv olur. Buna susmaq isə ən azından mənəvi cinayətdi. Vüqar Ələkbərovu, Fuad Aslanovu, Ağası Məmmədovu, o cümlədən də Sotomayoru məğlub edən Elnur Süleymanovu yetişdirən azərbaycanlı məşqçilər yenidən bu işi davam etdirə bilərlər. Bunun üçünsə Boks Federasiyasında islahatlar aparılmalı, kubalılar və onlarla əlbir olub bu idman növünə ayrılan pulları öz ciblərinə dolduranlar qovulmalıdırlar. Azərbaycanda boksun inkişafına xərclənməli olan pulların Kubaya daşınmasına son qoymaq lazımdı. Kubalılar mütləq şəkildə Azərbaycanda qovulmalı, onların havadarları və iş ortaqları da federasiyadan uzaqlaşdırılmalıdır. Zamanın tələbi, batmaqda olan Azərbaycan boksunun fəryadı bizdən bunu tələb edir.

Qeyd etdiyimiz kimi, Kəmaləddin Heyədərovun işləri çox ola, federasiyaya kifayət qədər vaxt ayırmaya bilər. Amma xərclənən pulların, uğursuzluqların hesabının sorulması üçün birbaşa məsuliyyət daşımalı olan şəxsdir. Federasiya rəhbəri ən qısa zamanda hər şeyin hesabatını istəməsə, demək o da digərləri kimi uğurun yox, işin yola verilməsinin tərəfdarıdır. Çünki bir qurumda uğursuzluq varsa, intizamsızlıq, başıpozuqluq, qanunsuzluq varsa, o qurumun rəhbəri buna görə birbaşa məsuliyyət daşıyır…
//fanat.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru