"Binəva valideyin sizin keyfiyyətsiz geyimlərinizi necə alsın?.." - ETİRAZ
Tarix: 27-08-2021, 09:07 | Çap et
Yeni dərs ilinin açılmasına sayılı günlər qalıb. Ölkədə pandemik vəziyyət isə gündən-günə pisləşməkdədir. Yoluxma və ölüm sayı durmadan artır. Belə bir vəziyyətdə hamını maraqlandıran əsas sual məktəblərin açılıb açılmamasıdır. Operativ Qərargahın son brifinqində məktəblərin açılacağı ilə bağlı verilən məlumat hər gün səsləndirilən yoluxma sayı ilə tərs mütənasibdir. Pandemiyanın ən ağır zərbə vurduğu sahə təhsil sistemi oldu. Artıq il yarımdır ki, şagirdlər kiçik istisnalar olmaqla məktəbdən uzaq düşüblər. Bu isə tədrisin keyfiyyətinə, övladlarımızın bilik səviyyəsinə mənfi təsir göstərir. Bütün bunların fövqündə Təhsil nazirliyi hansı addımları atdı və yaxud atır? Heç bir effekti olmayan yay məktəbi təşkil etməklə görüntü yaradıldı. Bəllidir ki, yeni dərs ili üçün də aydın strategiya yoxdur. Uzaq başı “köhnə hamam köhnə tas” prinsipi işə düşəcək. Hə, bax bu köhnə məsələsində bir az vaxtınızı alacağam. Öz prinsiplərinin köhnəliyindən bezməyən Təhsil nazirliyi sadəcə bir işdə yeniliyin tərəfdarıdır. Məktəblər köhnə,uçuq-sökük olsa da olar, şagirdlərin dərsliklərlə, digər ləvazimatlarla təchizatında da nöqsanlar ola bilər, məktəblərdə dərslərin distant olması da şərt deyil. Əsas odur ki, hər il şagirdlər məktəblərə yeni formada getməlidirlər. Qiymətləri 40-50 manat olan,əksər hallarda da keyfiyyətsiz parçadan tikilən formalar mütləq satılmalıdır. Artıq nazirliyin təbirincə kitab bilik mənbəyi deyil, geyim bilik mənbəyidir! Amma nazirliyin sərin kabinetlərində oturub pürrəngi çay içə-içə millət dərdi çəkən islahatçı cənablar fikirləşmirlər ki, iki ilə yaxındır ki, günü göy əskiyə bükülən, qoz qabığına salınan binəva millət bu paltarları necə alacaq. Axşam evinə bir parça çörək aparmaq üçün min bir əziyyətə qatlaşanları hər il eyni çətinliyə salmaq nəyə lazımdır. Bir evdən 2-3,bəzən daha çox uşağın məktəbə getdiyini nəzərə alsaq bunun ailə büdcəsinə neçəyə başa gəldiyini düşünürmü bu moda həvəskarları? Pandemiya dövründə Azərbaycandan dəfələrlə kasıb olan bir çox ölkələrdə şagirdlərə tabletlər paylanıldı, yüksək sürətli internetlə təmin olundu. Bizdə isə məktəb olmaya olmaya məktəbli forması satıldı. İndi də beş-on günlük açılacağı hələ dəqiq məlum olmayan məktəblər üçün yenidən forma satışına başlanılıb. Valideynləri övladları qarşısında niyə çətin vəziyyətə salırsınız, utandırırsınız? Dükan-bazarın od tutub yandığı, qiymətlərin əl yandırdığı indiki zamanda binəva valideyin sizin keyfiyyətsiz geyimlərinizi necə alsın? Atanı övladı qarşısında, uşağı uşaq yanında niyə utandırırsınız? Özünüz utanmalı olduğunuz halda xalqı niyə qızardırsınız?! Məncə təhsil sisteminə cavabdeh olanlar bu paltar sevdasından əl çəkib tədrisin keyfiyyəti haqqında fikirləşsələr yaxşı olar. Paltar biznesi gəlirli sahə olsa da millətin gələcəyi daha vacibdir. Siz dərsinizi düzgün keçin, camaat özü paltarını geyinib gələcək ! Sonda böyük Sabiri bir daha rəhmətlə anırıq...
Zahida, gəl soyunaq bir kərə paltarımızı, Çıxaraq zahirə batindəki əfkarımızı, Pişgahi-nəzəri-xəlqə dutaq varımızı, Görüb onlar dəxi təhqiq eləsin karımızı, Hər kimin ağı qara isə utansın, a balam! Bəlkə illərcə yatanlar bir oyansın, a balam!
Nicat Mahmudov Rubrika.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
|