Aqrar Xidmətlər Agentliyində İŞÇİLƏRİN ƏMƏKHAQQISI MƏNİMSƏNİLİR - NARAZILIQ!
Tarix: 4-09-2021, 09:45 | Çap et
Söz vaxtına çəkər. Sadiq oxucularımız xatırlayarlar, keçən ilin avqust ayından başlayaraq “Dəryaz” qəzetinin internet səhifəsi olan “Deryaz.az” saytında dərc olunmuş 14 avqust 2020-ci il tarixli “Kənd Təsərrüfatı Nazirliyində elmi təcrübə adı altında “gülümsərovların” göyə sovurduqları milyonlar” sərlövhəli birinci və 18 avqust 2020-ci il tarixli “Kənd Təsərrüfatı Nazirliyinin kotanda motoru, anbarda buğda və arpanı görüb taxıl axtaran «mütəxəssis»ləri” başlıqlı tənqidi məqalələr dərc olunmuşdu. Adları çəkilən məqalələrin dərc edilməsindən öncə və sonra Kənd Təsərrüfatı Nazrliyinin bəz məsul vəzifəli şəxsləri sorğularımızı cavablandırmaqdan yayındılar. Məqalələrdə ehtiva olunan məsələlər – Nazirliyin struktur tabeçiliyində olan müəssisələrdə korrupsiya, qohumbazlıq, yerlibazlıq və başqa bu kimi neqativ hallar hələ də aktualdır.
Sözügedən məqalələrdə çağırış edilmişdi ki, Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti ciddi araşdırılması gərəkən struktur vahidlərindən biri də Aqrar Elm və İnnovasiya Mərkəzidir (AEİM). Məqalələrimizdə istinad olunan, etibarlı mənbələrdən aldığımız səhih məlumatlarda qeyd olunurdu ki, direktor İmran Cümşüdovun korruptiv idarəetmə siyasəti sayəsində Mərkəz və onun tabeçliyində olan müəssisələr dövlətdən çox onları idarə edən vəzifə sahiblərinin şəxsi maraqlarına xidmət edir. AEİM-nin ən çox korrupsiyaya bulanmış strukturlarından biri kimi Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzi (RAEİM) təqdim olunurdu. RAEİM-nin direktoru Kənan Səmədlinin Regional Mərkəzə ayrılan dövlət vəsaitini təyinatından yayındıraraq səmərəsiz idarə etməklə, özünün və yaxın adamlarının şəxsi maraqlarını ödəməklə, maliyyə pozuntularına, subsidiyaların yeyintisinə rəvac verməklə və əlbəttə ki, birbaşa tabe olduğu İmran Cümşüdovun korruptiv tapşırıqlarını yerinə yetirməklə məşğul olmasına dəlalət edən faktlar sadalanmışdı.
RAEİM-nin balansında olan göstəricilərin sadalandığı həmin məlumatlarda bildirilirdi ki, Kənan Səmədli yüzlərlə hektar əkin sahələrinə çəkilən xərci səmərəsiz edən, məhsuldarlığın səviyyəsini heçə endirən həm yanlışlıqlara, həm də yeyintilərə yol verib, yanlış, qohumbazlığa, şəxsi münasibətlərə əsaslanan kadr siyasəti yürüdür. Birbaşa tabe olduğu korrupsiya ortağı İmran Cümşüdova, Milli Məclisin deputatı olan xalası oğlu Tahir Mirkişliyə, kənd təsərrüfatı nazirinin müavini, Aqrar Elm və İnnovasiya Mərkəzinin sabiq direktoru Elçin Zeynalova arxayın olan (bunu məhrəm məclislərdə ətrafındakılara deməkdən çəkinmir), onların havadarlığından istifadə edən Kənan Səmədlinin diplomları Təhsil Nazirliyi tərəfindən tanınmayan şəxsləri RAEİM-də dövlət qulluğu sayılan vəzifələrə necə götürməsinin, suvarma təminatının etibarlı olmayacağını bilə-bilə gübrənin verilməsi qərarını hansı ağılla qəbul etməsinin, Mərlkəzin balansında olan ərazilərdə məskunlaşmış kəlbəcərli köçkünlərin artıq Kürdəmirdə və Bakıda evlə təmin olunduqları hamıya məlum olduğu halda onların adı ilə ehtikarlıq etməsinin, məhsul satışından əldə olunan gəlirlərin şəffalığının təmin olunmamasının səbəblərinə aydınlıq gətirilməmişdi.
K.Səmədlinin rəvac verdiyi qanunsuzluqların sırası indi də artmaqdadır. Belə ki, redaksiyamıza daxil olan növbəti məlumatlara görə, RAEİM direktoru təsərrüfatlardan əldə olunan gəlirdən işçilərə heç nə vermir. Soruşana da sualla cavab verir: “Mən kiməm ki? Qalan pullar rəhbərliyə çatdırılır. Direktora narazılıq etməyə heç kimin həddi yoxdur. İşçilərə hədə-qorxu gələrək bəri başdan işdən çıxmaları barədə ərizələrini alıb əlində saxlayır ki, guya yaxın günlərdə idarə ləğv olunacaq. Adını da qoyub ki, guya idarənin təşkilati-hüquqi forması dəyişdirilir. Hər kvartalda işçilərə verilməli olan yardımdan yalnız direktora yaxınlığı ilə seçilən şəxslər faydalanır, özünə münasib olan adamların adına yazaraq mənimsəyir.
RAEİM-in ümumən 1300 ha sahəsi var. 77 ha- nı Dilqəm Nazirova hədiyyə ediblər. O,da idarəyə bir manat da olsa keçirmir. 70 ha Kəlbəcər qaçqınlarına icarəyə verilib. 200 ha isə hər hektar üçün 100 manatdan icarəyə verilib. Qalan 700 ha-sı əkinə tam yararlıdır. Bundan 600 ha əkilib, o cümlədən, 80 ha yonca, 65 ha bostan bitkiləri, 400 ha taxıl (arpa 300 ha, buğda 100 ha). Hər hektara görə 200 manat subsidiya verilir ki, bu da cəmi 120.000 manat edir. Ümumən taxılın hər hektarından orta hesabla 25 sentner məhsul göstərilməklə, kiloqramı 30 qəpikdən satıldığı rəsmiləşdirilib, yəni, rəsmən 400*25*30= 300.0000 manat pul qazanılıb. Halbuki, buğdanın məhsuldarlığı hektardan 40 sentner, arpanın məhsuldarlığı hektardan 28 sentner olduğu halda, müvafiq olaraq azaldılmış şəkildə 20 və 17 sentner göstərilib. Faktiki bazar qiymətinə gəlincə, buğda 45, arpa 35 qəpiyə, toxumluq isə 0,80 – 1.0 manata satılır.
Bostan əkilməsi üçün hektarı 500 manatdan icarəyə verilən 65 ha sahədən 32,5 min manat pul götürülüb.
Məlumatlarda həmçinin xərc maddələri də qeyd olunur: K.Səmədli əmək haqqından əlavə xərclərin 25 %-inin toxum alınmasına, 50 %-ininsə gübrə alınmasına sərf edildiyini göstərir. Hansı ki, gübrəni torpağa vermək əvəzinə satır.
100 hektarda əkilmiş çoxillik yonca ildə dörd dəfə çalınır, hektardan 150 pres (bağlama) çıxır. Hər bağlama 3,5 manata satıldığı halda, hektarın çalımına cəmi 50 manat pul xərclənir.
55 ha-da əkilmiş pambığın hər hektarından 20 sentner məhsul götürülür ki, onun da reallaşdırılmasından təxminən 50000 manat götürülür.
Ümumilikdə, Kənd Təsərüfatı nazirliyinin yarım milyondan çox gəliri olan bu idarəsi işçilərin maaşını görəsən niyə vermir?
Kadr siyasətində ədalətsizliklər davam edir. Məlumata görə, K.Səmədli bu yaxında Ayişə adlı orta ixtisas təhsilli qızı idarənin kadrların rəisi və həmkarlar təşkilatının sədri vəzifəsindən uzaqlaşdırıb. Yerinə ixtisası olmayan öz adamını gətirib. Ayişənin hal -hazırdı qiyabi ali təhsil almasını və hərbi təyyarəçinin qızı olduğunu belə nəzərə almayıblar. Ayişə xanım Nazirliyə müraciət etsə də Səmədlinin nazirlikdəki dayağı onun məktubunun Nazirə çatmasına əngəl törədir.
P.S. Qeyd edək ki, ötən saylarımızda belə mənimsəmələrin baş alıb getdiyi qonşu idarələrdən də yazmışdıq. Bu rəhbərlərdən biri də Kürdəmir Pambıq və Toxum Təcrübə stansiyasının rəisi Asim Orucov idi . O vaxtlar bu nöqsanlardan yazıb Baş Prokurorluğa göndərmişdik. Araşdırma zamanı yazdığımız faktlar sübuta yetirildi və, Asim Orucov tərəfindən mənimsənilən 40.000 manat büdcəyə qaytarılıb,özü də işdən çıxarıldı.
Eyni hallar Aqrar Xidmətlər Agentliyinin digər idarələrində də mövcuddur ki, bunlar barədə də növbəti sayımızda geniş məqalələr dərc edəcəyik.
Ümid edirik ki, KTN özü və üz tutacağımız digər yüksək instansiyalar bu məqaləmizdə ehtiva olunan məsələlərin araşdırılmasını təmin edəcəklər.
Mövzunu davam etdirəcəyik.
Deryaz.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
|