““Rossiya” kanalının AzTV-yə qarşı 5 milyonluq iddiasının ŞOK SƏBƏBLƏRİ” - İLGİNC İDDİALAR...
Tarix: 19-01-2022, 08:52 | Çap et
3 il oldu…
Rövşən Məmmədovun AzTV-yə rəhbər gətirilməsini deyirəm… Düzünə qalsa Rövşənin AzTV-yə rəhbər gətirilməsini ilk günlər mən də təqdir etdim. Düşündüm ki, qocaman AzTV-yə nəhayət ixtisasca bir jurnalist rəhbər təyin edildi. Amma mənim bu düşüncəm cəmi bir neçə günə fiaskoya uğradı. Rövşən kollektivlə rəhbər kimi ilk görünüşdə bəyan etdi ki, mən AzTV-ni CNN, Əl-Cəzirə, Evronyus səviyyəsinə qaldıracam…
Bax, bu zaman anladım ki, AzTV-yə çox yanlış bir rəhbər gəlib. Çünki, bu cür şit və bayağı sözləri ancaq avantüristlər səsləndirə bilər. AzTV-ni yüz milyonlarla büdcəsi və milyardlarla izləyicisi olan hansısa televiziya ilə müqayisə etmək ən azından ağılsızlıq idi.
Üstəlik gördüm ki, bu adam heç AzTV-nin statusunu və missiyasını bilmir. Televiziyanın missiyasını bilməyən bir adamın uğurlu rəhbər olacağına inanmaq isə sadəcə axmaqlıq olardı… Hadisələrin sonrakı inkişafı göstərdi ki, mən sonrakı fikrimdə yanılmamışam.
Rövşən öz bəsitliyini və məkrli niyyətini elə ilk günlərdə biruzə verdi. Onun televiziyada atdığı ilk addımlar studiyaların “yenidənqurulması” oldu. Amma aparılan bu “yenidənqurma” işləri kosmetik xarakter daşıyır və Rövşənin korporativ maraqlarına xidmət edirdi. Bu barədə çox danışıldığı üçün məsələnin üstündə çox dayanmayacağam.
Amma bu kosmetik dəyişikliklər onu sübut etdi ki, Rövşənin qocaman kollektivdə yeniliklər etməyə, tamaşaçıların zövqünə oxşayan verilişlər hazırlamağa və ən başlıcası Ölkə rəhbərliyinin etimadını doğrultmağa nə potensialı var, nə də ki, həvəsi. Rövşənin tək hədəfi daha çox pul qazanmaq, özünün və yaxınlarının qısa zamanda sosial problemlərini həll etmək idi. Buna da zaman-zaman nail oldu.
Bu yolda isə Rövşən plagiatçılığı özünə hədəf seçdi. Onun AzTV-də gözə çarpan ilk dəyişikliyi hər 3 televiziyanın loqosunun dəyişdirilməsi oldu. Bunun üçün külli miqdarda dövlət vəsaiti “xərclənildi”. Amma sonda bəlli oldu ki, AzTV-nin, Mədəniyyət və İdman kanallarının loqosu plagiatdır. Özü də bədnam ermənilərdən oğurlanıb. Buyurun baxın:
erməni telekanalının loqosu
Bu isə AzTV-nin “məşhur” loqosudur:
Bu plagiatlar Rövşənin son işi olmadı. O,bütün “yeniliklər”ini ancaq oğurluqlar üzərində qurdu. Çünki, çoxlu pul qazanmağın ən asan yolu bu idi. Rahat və şəriksiz…
Rövşənin plagiat yaradıcılığı cəzasız qaldığı üçün o daha da iştahlandı. Daha çox dövlət vəsaitini mənimsəmək üçün yeni-yeni “layihələr reallaşdırdı”. Bu yolda istənilən risqlərə də getdi, yalan danışmaqdan belə çəkinmədi. Həmin yalanlardan biri də guya ki, Rövşənin “səyləri” sayəsində AzTV-ni HD yayım sisteminə keçməsi məsələsidir.
Bəri başdan deyim ki, hazırda AzTV 30 il bundan əvvəlki SD sistemi ilə işləyir. Lakin Rövşən apardığı kosmetik dəyişikliklə hər kəsi aldadır ki, AzTV HD sistemi ilə işləyir.
Bəs əslində nə baş verib?
Baş verən odur ki, AzTV inteqrator şikət ilə birlikdə mərkəzi aparat otağını sıfırdan layihələndirib. HD formatına keçid üçün mərkəzi aparat otağı, efir aparat otağı tikilib. Yəni ki, yalnız efir otağındakı avadanlıqlar HD sisteminə keçirilib. Qalan istehsal sahələri isə hələ də köhnə SD sistemi ilə fəaliyyət göstərir.
Bu gün AzTV –dəki bütün studiyalar, montaj otaqları və kameralar SD sistemi ilə işləyir. Şirkətdəki 5 STS-dən yalnız biri HD sistemi ilə işləyir. Bu da o deməkdir ki, AzTV –nin HD sisteminə keçidi barədə danışmaq ən az ağılsızlıqdır. Hazırda AzTV-nin maddi-texniki bazası texniki cəhətdən tükənib. Çünki, studiyaların, STS-lərin, montaj otaqlarının və kameralrın 90 fazinin 20 ildən çox yaşı var. Normalda isə istənilən texniki avadanlıq ən pis halda 10 il istismar edildikdən sonra sökülüb atılmalıdır. Amma AzTV rəhbərliyi köhnə avadanlıqlardan 4 əlli yapışıb. Çünki, yeniliklər etmək üçün vəsait xərcləmək lazımdır. Rövşən isə dövlətin milyonlarını korporativ maraqlarını üçün xərcləyir.
Yeri gəlmişkən deyək ki, Rövşən tez-tez döşünə döyür ki,”mən gələndən 5 studuya qurmuşam”. Əslində isə onun qurduğu sadəcə dekorasiyalardır. Həmin 5 studiyalar isə 90-cı illərin anoloq avadanlıqları ilə işləyir. Əslində “işləyir” demək düz deyil. Çünki, əldən düşmüş avadanlıqlar tez-tez sıradan çıxır. Bu vəziyyətdən isə Rövşəni köhnə, peşəkar işçilər vəziyyətdən çıxarır. Məsələn tanıyanlar bilir. AzTV-də bir Allahverdi var. Uzun illərdir ki,ömrünü AzTV-yə bağlayıb. Bu gün AzTV-nin studiyaları bu adamın çiyinlərində dayanır. Bütün günü qaçaqaçda olan Allahverdi olmasa Rövşən də, onun “qurduğu” 5 studiya da anındaca batar. Çünki, studiyalar bərbad gündədir. Hətta aparıcıların istifadə etdikləri yaxalıq üçün mikrafonların belə 10-15 il yaşı var. Və Allahverdinin şəxsi fədakarlığı hesabına bu mikrafonlar işləyir. Necə deyərlər bu adamı Rövşən üçün Allah verib.
Təkrar edirəm ki, Rövşən milyonlarla vəsaitin dalına keçib “studiyalar qurmuşam “ deməsinə yalnız bu işdən bixəbər olanlar inana bilər. Studiya qurulanda təkcə dekorasiya dəyişmir. Eləcə də stasionar kameralar, işıqlandırma sistemi, yazılış aparatları və bütün digər avadanlıqlar dəyişdirilir. AzTV-də isə heç bir studiyanın texniki bazası dəyişdirilməyib. Hamısı SD sistemində “çalışır”. SD sistemi isə keyfiyyətinə görə HD-dən ən azı 5-6 dəfə geri qalır.
Bu da o deməkdir ki, Rövşənin rəhbərlik etdiyi AzTV bu gün efirə verilən siqnalın keyfiyyətinə görə hətta Gəncədəki Kəpəz TV-dən belə geri qalır. Yalnız Sumqayıtda fəaliyyət göstərən Dünya TV-ni AzTV qabaqlayır. Bu da o deməkdir ki, AzTV texniki imkanlarına görə Azərbaycanda fəaliyyət göstərən televiziyalar arasında axırdan ikinci yeri tutur.
Maraqlıdır ki, Rövşənin plagiatçılığına qarşı artıq beynəlxalq qurumlardan etirazlar başlayıb. Məsələn, Rusiyanıın “Rossiya” televiziyası AzTV-yə qarşı iddia qaldırıb. İddianın motivi də ondan ibarətdir ki, Rövşən müəllif hüquqlarını kobud şəkildə pozub. Rusiya televiziyasının istehsalı olan filmləri müqaviləsiz və ödənişsiz olaraq AzTV -də yayımlayıb. Ona görə də ruslar Rövşəndən 5 milyon rubl təzminat istəyir…
Bax belə… Bu gün- sabah ermənilərin də AzTV-yə qarşı iddia qaldırdıqlarını eşitsəniz heç də təəccüblənməyin əziz oxucu. Çünki, Rövşən 3 ildə təkcə bir məsələdə yenilikçi olduğunu göstərdi. O da plagiatçılıqda. Başqa heç bir uğuru ilə yadda qalmadı. Bu gün AzTV-də elə bir veriliş yoxdur ki, tamaşaçılar günlərlə onun yayımını gözləsin. Sorğu keçirilsə yəqin ki, tamaşaçılar AzTV-nin yaddaqalan 2-3 verilişini belə sadalaya bilməz.
Baxmayaraq ki, Rövşən 3 il qabaq deyirdi ki, “mən AzTV-ni CNN, Əl-Cəzirə, Evronyus səviyyəsinə qaldıracam”. Amma son 3 ildə Rövşən yalnız özünün və dostlarını həyat səviyyəsini yüksəklərə qaldırıb. AzTV efiri isə 3 ildə yüz minlərlə tamaşaçısını, qocaman kollektiv isə normal dolanışığını və xoş iş mühitlərini itirib.
Sonda son 3 ildə milyonlar qazanan AzTV əməkdaşlarını, daha doğrusu Rövşənin yaxın çevrəsininin bir qismini oxuculara təqdim edirik.
Ranar Musayev, AzTV-nin bədii rəhbəri-Məmmədovların ailəvi dostu
Xəlil Məmmədov, Texniki İstehsalat Birliyinin baş direktorunun müavini –Rövşənin xanımının əmisi
Rafael Məmmədov, Bədii rəhbərin müavini-Rövşənin qaynı
İlhamə Hüseynova , Kadrlar Departamentinin rəisi- Rövşənin xanımının rəfiqəsi
Nərgiz Rəfiyeva, Sosial media və ictimaiyyətlə əlaqələr departamentinin rəisi- Rövşənin xanımının rəfiqəsi
Ülfət Rəhimova, Teleradio Akademiyasının prorektoru- Rövşənin xanımının rəfiqəsi
Niyaməddin Quliyev, Maliyyə və Mühasibat uçotu departamentinin rəisi (Rövşənin “qara kassası)- Rövşənin xanımının yaxın qohumu
Turan Babayev ,“Səhər” Musiqi-informasiya redaksiyasının baş redaktoru-Rövşənin ailəvi dostu Anar Həsənov, “Ekstrim qrup”un rəhbəri- Rövşənin ailəvi dostu
Elnur Əlizadə , Texniki İstehsalat Birliyinin direktoru- Rövşənin ailəvi dostu
Müşviq İbrahimov, Maddi-Texniki Təchizat və İstehsalat Departamentinin rəisi-Rövşənin qohumu və uşaqlıq dostu
Vüqar Bəşirov, Təsərrüfat departamentinin rəisi- Rövşənin yaxın dostu
Sadaladığımız bu adamlar hər ay Rövşənin hesabına 5-10 min manat qabağa düşürlər…
Bax, belə… Rövşənin son 3 ildə imza atdığı “uğurların” bir qismini dəyərli oxucularımızın diqqətinə çatdırdıq.
Amma sonda Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində dediyi fikirləri bir daha diqqətə çatdırmaq istəyirəm: “Mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir – ən yüksək vəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq”.
SURXAY ATAKİŞİYEV “24 saat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|