İcra hakimiyyətləri xalqa qənim kəsilib - Şikayətlər niyə çoxalır...
Tarix: 12-02-2022, 09:44 | Çap et
Son illər müxtəlif rayonlarda icra başçılarının həbs edilməsi, işdən azad edilməsi görünür digər rayonların icra başçıları üçün örnək olmur. Əksinə hamı kiməsə arxalanıb, ayağını ayağının üzərinə aşırıb keyifində damağındadır. Vətəndaşın problemindən icra hakimiyyətinə nə? Kreslosu rahat, gəlirləri stabil... İcra hakimiyyətlərinin vətəndaşlara laqeydliklərinə çox sayda misallar çəkmək olar. Elə bir neçə gün öncə Goranboyda rayon sakinin icra hakimiyyəti qarşısında özünü yandırmaq cəhdindən danışaq. Vaxtl-vaxtında qəbul edilən, şikayətləri dəyərləndirilən vətəndaş niyə özünü yandırmalıdır ki? İcra hakimiyyətlərinin vətəndaşlarla iş üzrə şöbələri niyə öz vəzifə məsuliyyətlərini anlamır ki? İcra başçıları rayonlara təhkim ediləndə, onlara vətəndaşların problemlərini həll etmək tapşırılır. Dəfələrlə ölkə başçısı yeni təyin etdiyi icra başçılarını qəbul edərkən bu mövzuya toxunub. Amma görünən odur ki, prezidentin qarşısında boynunu əyib, özünü dinləyirmiş kimi göstərən icra başçıları təyin edildikləri ərazilərdə çalışmağa başlayandan sonra verdikləri sözü, ölkə başçısının tapşırıqlarını unudurlar. Başları rüşvət almağa, var-dövlət yığmağa qarışan başçılar çox zaman vəzifə məsuliyyətlərini də yaddan çıxarırlar.
Niyə axı vətəndaşın şikayətinə icra hakimiyyəti baxmamalıdır, dinləməməlidir, hər hansısa bir yol göstərməməlidir?
Və yaxud Gəncədə bir neçə ay öncə Vüsalə Məmmədovanın özünəqəsdə cəhd etməsi. Qadın bildirirdi ki, dəfələrlə icra hakimiyyətində olsa da, qəbula düşə bilməyib. Bu səbəbdən də əsəbləri tarıma çəkilən qadın belə bir addıma cəhd edir. Sonradan icra hakimiyyəti qadının məhz icra hakimiyyətində halının dəyişməsi ilə bağlı absurd açıqlama versə də, inandırıcı deyildi. Hətta Niyazi Bayramov qadını görməyə xəstəxanaya da gəlmişdi.
Maraqlı bir sual var:
Niyə hadisələr bu həddə çatmamış vətəndaşlar qəbul edilib, problemləri ilə maraqlanılmır? Yoxsa icra başçısının qəbuluna düşmək üçün də kimisə görüm-baxım etməlisən? İcra başçılarının vətəndaşlarla görüşlərinə belə xüsusilə seçilmiş adamlar buraxılır. Vətəndaşlara problemlərini dilə gətirməyə icazə verilmir. Problemlərindən danışan vətəndaşlara əlavə problemlər yaradılır. Bu problemlər, əksər hallarda bölgələrdəki icra hakimiyyətlərində yaşanılır. İcra hakimiyyətləri vətəndaşa özünə qəsd etməkdən başqa çıxış yolu qoymurlar. Əksər vətəndaşlar son çarə kimi prezidentə şikayətlər ünvanlayırlar. Bu şikayətlər isə, elə yoldaca "boğulur", ünvanına çatmır.
Düzdür, əsassız və ya haqsız şikayət edən vətəndaşlar da var. Ancaq icra qurumlarında bu vətəndaşlar da dinlənilsə, rayonlardan şikayətlərin sayı azalar. Görünür ki, rayonlarda icra başçıları necə işləyirsə, onun işçiləri də başçının yolunu gedirlər. Axı, deyirlər ki, “balıq, başdan iylənər”...
Prezident tapşırıq verir, danışır, məsuliyyətlərini başa salır. Amma bu şəxslər, prezidenti belə aldatmağa cəhd edirlər. Başa düşmək istəmirlər ki, onlar xalqa xidmət etmək üçün təyin ediliblər. Görmürlər ki, həbs edilən icra başçılarının bütün yığdıqları müsadirə edilir? Bəziləri həbsdən çıxmadan dünyasını dəyişir? Bəziləri sonradan dinə-imana gəlir...
Bu gün sosial şəbəkələrdə icra başçılarından minlərlə şikayətlər var. Və bu şikayətlərin əksəriyyəti haqlı şikayətlərdir. Ancaq bir rayonda icra başçısı vətəndaşa “get, hara istəyirsən yaz” deyə bilirsə, vətəndaşın son bir çarəsi qalır: Canına qəsd etmək... Bu, heç bir zaman həll yolu deyil. Bu seçimi edən vətəndaşı da günahlandırmazdan öncə bu insanlıq cinayətinin səbəbkarını tapmaq və hüquqi formada cəzalandırmaq özünə qəsd edənlərin sayını qismən də olsa, alar və ədalət sisteminə inamını artırar.
Bəs bu vicdandan məhrum münasibətə, laqeydliyə və işbilməzliyə nə zaman dur deyiləcək? Bizimyol.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|