Ağsuda məmur özbaşınalığı PİK HƏDDDƏ... - NARAZILIQ VAR!
Tarix: 4-05-2022, 09:19 | Çap et
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14 və 19-cu maddələrinə görə , Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda əlilliyi müəyyən edilmiş şəxslərə dövlətdən iki pay, bələdiyyədən bir dəfə pulsuz torpaq sahəsi ayrılmalıdır. Rayon - şəhər icra hakimiyyətləri isə dövlət və bələdiyyə torpaqları ilə şəxsi əmlakları kimi davranırlar; savaş əlillərinə nəinki torpaq ayırırlar , əksinə, istifadələrində olan torpağı da şəxsi bizneslərinə qatırlar. Ağsuda olduğu kimi. Toplum Ağsu rayonunun Pirhəsənli kəndinin yeganə zabit Qarabağ əlilinin torpaq sahəsi ayrılmayan yeganə şəxs olduğundan media qurumları araçılığı ilə bilgilidir. Əlil -veteran təşkilatlarının 25 il qabaqkı müraciətləri əsasında Prezident Administrasiyasından göndərilən torpaq sahəsi ayrılması ilə bağlı göstərişlərə Ağsu RİH “torpaq şöbəsinə göndərdiyi “poçtu” it-bata salmaqla” əməl etməyib. Amma rəsmi məktublarla 1-ci dərəcəli Qarabağ qazisinin torpaqdan istifadə etməkdə azad olduğunu bildirən icra hakimiyyətinin “verdiyi bu sözdə azadlıq” 22 il sürüb. 2019-cu ilin ortalarında Ağsu RİH , Pirhəsənli kənd icra nümayəndəliyi və bələdiyyəsi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək torpağı mütəşəkkil dəstə şəklində ələ keçirib . Nə Ədliyyə Nazirliyi, nə polis, nə prokurorluq, nə də qanunverici və məhkəmə hakimiyyəti açıq -aşkar korrupsiya , vəzifədən sui-istifadə faktına hüquqi qiymət verilməsini təmin edib. Təsəvvür edin, Şəki İnzibati (- İqtisadi ) Məhkəməsi (2 dəfə İlqar Cabbarov, 3-cü dəfə Rüfət Məcidov) qazinin 3 iddiasını anında mümkün saymayıb ki, icra başçısı “vəzifəli şəxs” yox, “fiziki şəxs”dir . Apellyasiya instansiyası və Ali Məhkəmə də Ağsu RİH başçısının sifarişini Konstitusiyadan üstün tutaraq, “fiziki şəxs” icra başçısının məhkəmə toxunulmazlığını qüvvədə saxlayıb(lar). Onu da vurğulayaq ki, 3 ildir üç iddiadan biri üzrə Ağsudan ayrılan Ziya adlı vəkil kassasiya şikayətini yazmaqdan icra başçısının göstərişi ilə imtina edir, Vəkillər Kollegiyası isə bu imtinada qanun pozuntusunun olmadığını iddia edir. Bir ildən çoxdur, Konstitusiya Məhkəməsi də şikayətə baxmır. Bu günlərdə Ağsu RİH-ə İqtisadiyyat Nazirliyindən daxil olan şikayətə hüquq şöbəsinin müdiri Vüqar Hüseynov hüquqazidd cavab verib. 22.04.2022-ci il tarixli məktubla hüquq şöbəsinin müdiri Qarabağ qazisinin “verdiyi məlumatın həqiqətə uyğun olmadığını” araşdırma (?) ilə müəyyən etdiyini bildirib:” ...qeyd olunan torpaq sahəsi Pirhəsənli bələdiyyəsinin mülkiyyətində olmaqla Azərbaycan Respublikasının torpaq məcəlləsinin ( icra hakimiyyətinin savadı elə “qıcqırıb” ki, baş hərfləri kiçik yazıblar – Azərbaycan Respublikasının Torpaq Məcəlləsi kimi yazılmalıdır -M. B. ) 47-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq ümumi istifadədə olan torpaq kateqoriyasına aiddir. Ümumi istifadədə olan torpaq sahələrinin qanunvericiliyə (?-M. B.) müvafiq olaraq təyinatı dəyişdirilmədən fiziki və hüquqi şəxslərə istifadəyə, icarəyə, eləcə də mülkiyyətə verilməsi mümkünsüzdür... Pirhəsənli kəndində uşaq bağçasına ciddi ehtiyacın yarandığı nəzərə alınaraq, bələdiyyənin torpaqayırma sənədlərinə müvafiq olaraq tikinti – layihə sənədləri əsasında həmin ərazidə Heydər Əliyev Fondunun vəsaiti hesabına 60 yerlik uşaq bağçası tikilmişdir”. 7 cümləlik əndrabadi məktubda 70 orfoqrafiya yanlışlığı yapılmasını bir qırağa qoya bilmərik, amma bu yekəlikdə icra hakimiyyətinin hansı qanunvericiliyə əsaslanıb qazini yanlışlıqda ittiham etməsinə də susa bilmərik. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı bəndində bələdiyyə mülkiyyətində olan torpaqların bələdiyyələr haqqında qanunlarla və digər normativ hüquqi aktlarla İCARƏYƏ, İSTİFADƏYƏ, MÜLKİYYƏTƏ verilməsi doğrulanıb. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.8 maddəsinə əsasən, ÜMUMİ İSTİFADƏDƏ OLAN TORPAQ SAHƏLƏRİ hüquqi və fiziki şəxslərin icarəsinə bələdiyyələr tərəfindən qısa müddətə verilir; 16.3 maddəsində QEYRİ – QANUNİ İSTİFADƏ EDİLƏN BƏLƏDİYYƏ TORPAQLARININ GERİ QAYTARILMASI MÜMKÜN OLMADIĞI HALLARDA , bu torpaq sahələrinin onları istifadə edən şəxslərin mülkiyyətinə verilməsi doğrulanıb. Bu qanunvericilik, bu da Ağsu RİH başçısının vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kəndin YEGANƏ torpağı olmayan YEGANƏ 1-ci dərəcəli Qarabağ qazisinin 22 il sənədsiz istifadə etdiyi torpağı “qanunvericiliklə” ələ keçirməsi faktı. Eyni zamanda icarəyə, mülkiyyətə veriləbilməz bələdiyyə torpağı bəs necə icra hakimiyyətinin uşaq bağçası biznesinə ayrılıb? Özü də Heydər Əliyev Fondunun vəsaiti hesabına? ! Belə bəlli olur ki, Ağsu RİH Heydər Əliyev Fondundan şəxsi biznes amacı ilə yararlanır. Deyəsən, icra hakimiyyəti Heydər Əliyev Fondunun qeyri- kommersiya təşkilatı , xeyriyyə fondu olmasından , başlıca məqsədlərindən birinin yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək etmək olduğundan da xəbərsizdir ? ! Bu qanunla üç torpaq sahəsi almaq hüququ olan, amma heç bir qarış torpağı da olmayan, sənədsiz istifadə etdiyi sahənin də əlindən alındığı TORPAQ savaşçısı- 1-ci dərəcəli Qarabağ qazisi, bu vəzifəsindən sui-istifadə etməklə torpağı ələ keçirən icra hakimiyyəti, bələdiyə , bu da torpaq qanunvericiliyi ! Kim doğru deyil? Məğrur Bədəlsoy P. S. Pirhəsənli kəndində 60 yerlik uşaq bağçasına bircə uşağın belə ehtiyacı olsa idi ...Mirzə Cəlilin personajının dediyi kimi, bu kənddə ümumiyyətlə uşaq olmayıb, yoxdur və olmayacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
|