Ermənistanda xarici borcun azalması deyil, .....                     Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması .....                     TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib .....                     Rusiya dibə yuvarlanır? .....                     Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil .....                     Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? .....                     Bakının COP29 TÖHFƏSİ... .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, .....                     Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı .....                     Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR .....                     “Başqa xalqların mahnılarını sırıyırlar” .....                     İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat .....                     Şuşa RMX-nin mebel və inventarla təchizatı .....                     Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib .....                     Uşaqpulu buna görə verilmir .....                     Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir .....                     Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir .....                     ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: .....                     Baboşun fanatının başı dərddə .....                     Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq .....                     Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib .....                     Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb .....                     Milli Məclisin plenar iclası başlayıb, .....                     Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” .....                     "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" .....                     İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... .....                     Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə .....                     "Niyə görə məni pensiyaya çıxarmırlar?" .....                     Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var .....                     Naxçıvansayağı təhsil siyasəti... .....                     “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var .....                     “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” .....                     Azərbaycanda DƏHŞƏT: .....                     “Bakı Telefon Rabitəsi” sığortaçı seçib .....                     Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib .....                     Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib .....                     Rusiya ordusu yeni hücuma hazırlaşır .....                 

COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Tarix: Bu gün, 06:36 | Çap et
COP29-un tarixi uğuru nə oldu?
BMT-nin iqlim dəyişiklikləri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda, paytaxt Bakıda uğurla yekunlaşdı.

COP29-un tarixi uğuru nə oldu?

Çox gərgin müzakirələr, mübahisələr oldu. Bəzi anlarda danışıqların heç bir nəticə vermədən bitəcəyi məqamları da yaranırdı. Heç də asan deyildi; Qlobal Şimalla Qlobal Cənub arasında çox kəskin geostrateji müharibələr getdiyi bir zamanda COP29 sədri olaraq Azərbaycanın üzərinə ağlasığmaz dərəcədə nəhəng vəzifə düşürdü.

Bu, qarşı-qarşıya gələn iki qlobal cinah arasında uzlaşma nöqtələri, razılaşma imkanları tapmaq kimi çox çətin missiya idi.

Nəzərə alsaq ki, rahat, hamının həmrəy olduğu ümumi məsələlərin müzakirəsi getmirdi. COP29 inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yüz milyardlarla dollar kimi böyük məbləğlərdə yardım etməsi ilə bağlı - fövqəladə maliyyə məqsdli konfrans idi. Buna görə ortaq qərara gəlib çıxmaq, müzakirələri nəticəyə bağlamaq asan olmadı.

Ancaq Azərbaycan COP29-a sədrlik edən ölkə kimi yüksək peşəkarlıq və fədakarlıq göstərdi. 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Müzakirələr ilkin olaraq 250 milyard dollar rəqəmi ətrafında gedirdi. Ancaq Azərbaycanın uğurlu moderatorluğu ilə bu rəqəm 300 milyard dollara qaldırıldı.

Azərbaycan uğurlu nəticəyə əvvəlcədən də əmin idi. Azərbaycan prezidenti İlham Əliyev COP29-un liderlər sammitindəki çıxışında bu əminliyi aydın və dəqiq ifadə etmişdi.

Prezident demişdi: "Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib".

Azərbaycan dövlətinin başçısı bu dəfə də özünün və ölkəsinin üzərinə düşən missiyanı yerinə yetirirdi. O, Azərbaycanın çoxtərəfli formatda daha bir uğura ev sahibliyi edəcəyinə inanmışdı, öz xalqını da bu gerçəyə inandırmış, dövlətin bütün resurslarını səfərbər etmişdi.

Azərbaycanda çox maraqlı və unikal bir reallıq, bir sinergetika var. Dövlət başçısı 2020-ci ildə Azərbaycanın işğal altında olan ərazilərini Ermənistanın işğalından azad etmək üçün hərbi əməliyyatları başladanda da, cəmiyyət bütün təbəqələri, zümrələri ilə bir vahid orduya çevrildi. Döyüş əmrini Silahlı Qüvvələrin Ali Baş Komandanı vermişdi. Amma bu əmrə ölkənin Silahsız Qüvvələri də yeddidən yetmişə düzləndi və nəticədə Azərbaycan tarixi qələbəyə imza atdı. Eynilə bu sinerjini biz COP29 zamanı da gördük; on minlərlə qonağın gələcəyini, 100-ə yaxın dövlət və hökumət başçısının Bakıya səfər edəcəyini nəzərə alaraq, Azərbaycan dövləti bəzi addımlar atdı, nəqliyyatın və bütün başqa zəruri xidmətlərin işində müəyyən dəyişiklik edildi. Cəmiyyətə də çağırışlar oldu. Hər kəs bu qərarları anlayışla qarşıladı. Nəticədə Azərbaycan "siyasətin Olimpiadası" adlandırılan bu qlobal konfransı yüksək səviyyədə təşkil etdiyi kimi, məharətlə və cəsarətlə idarə elədi və uğurlu nəticə ilə yekunlaşmasına da nail oldu.

Doğrudur, qarşıya qoyulan ildə 1 trilyon dollarlıq hədəf var idi. Ancaq buna nail olmaq dünyanın inkişaf etmiş ölkələrindən - ABŞ, Avropa İttifaqı, Çin kimi qlobal aktorların qərarlarından asılı idi. Burada Azərbaycanın üzərinə düşən missiya bu cür kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi. Belə bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üst səviyyəsi sayılmalıdır.

2020-ci və 2023-cü illərdə Azərbaycan ordusu dünya hərb elminə və hərb tarixinə necə yeniliklər gətirmişdisə, Azərbaycan diplomatiyası da COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı.

Xeyr, bu, pafos deyil. Elə görünə bilər, ancaq burada heç bir pafos yoxdur. Səbəblərini izah edim.

Əvvəla, COP29-a hazırlıq üçün Azərbaycanın çox az vaxtı vardı. Başqa dövlətlər bu konfransa iki il əvvəldən hazırlıq gördüyü halda, Azərbaycan bir ilə bu işləri yüksək səviyyədə görüb, bitirə bildi. Başqalarının edə bilmədiyini etdimi? Etdi. Pafos deyil, faktdır.

İkincisi, COP29, dediyimiz kimi, hamının rahatlıqla yığışıb, nəzakətlə danışıb, sonra da mehribanca dağılışacağı bir konfrans deyildi. Burada zəngin ölkələrin kasıb ölkələrə yüz milyardlarla dollar yardım ayırmasına nail olmaqdan söhbət gedirdi. Həm də hədəf 1-1,3 trilyon dollar ətrafında "gəzişirdi". Qlobal Şimalla Qlobal Cənub arasındakı kəskin qarşıdurma, amansız rəqabət hər kəsə bəllidir. Bu iki qütb arasında az qala Dünya Müharibəsi gedir; ön cəbhə Yaxın Qərbdə Ukraynadan, Yaxın Şərqdə Livandan, Qəzzadan, Yəməndən keçir. Şərqi Avropada, Qırmızı dənizdə, Aralıq dənizi sahillərində raketlər göydə uçuşur. Rusiya Ukraynanı hətta ballistik raketlərlə vurur. ABŞ, Böyük Britaniya, Avropa İttifaqı bir tərəfdən Rusiya, Çin, Şimali Koreya o biri tərəfdən qarşı-qarşıya gəliblər və bu qarşıdurma az qala Avropa və Asiya arasında qitələrarası müharibəyə çevrilmək həddinə çatıb. Koreya yarımadasında, Tayvan boğazında, Fars körfəzində müharibə ərəfəsinə yaxın gərginlik var. Dünya ən azı ikiyə bölünüb, silahlı qarşıdurmaya cəlb olunub. ABŞ-da, Avropada, Rusiyada müharibələrə xərclənən hər bir dolların hesabı gedir...

Bax, belə bir məqamda Azərbaycan COP29 bu iki əzəli və sanki əbədi rəqiblərin - Qlobal Şimalla Qlobal Cənubun arasında moderatorluğu üzərinə götürür. BMT-nin Baş Məclisinin sessiyalarında, Təhlükəsizlik Şurasının iclaslarında bir-birini görəndə üzünü çevirən, bir-birinin həbsinə Beynəlxalq Cinayət Məhkəməsində həbs qərarı çıxartdıran, bir-birinə sanksiya qoyan tərəfləri bir masa arxasında oturtmaq və onları iqlim fəlakətinin dəf olunması üçün yüz milyardlarla dollar ayırmaq qərarına gətirib çatdırmaq! Bu, əslində Azərbaycan kimi bir dövlətin boyunu aşan məsələdir. Ancaq ölkə Prezidenti İlham Əliyevin effektiv liderliyi altında bunu da bacardı. Razılaşarsınız ki, bu da pafos deyil, faktdır.

Üçüncüsü, nəzərə almaq lazımdır ki, dünyanın ABŞ və Avropa İttifaqı kimi qlobal güc mərkəzləri, Qərbin aparıcı media nəhəngləri, saysız-hesabsız iri lobbi təşkilatları, maraq qrupları və sair qüvvələr COP29-un uğur qazanmasının qarşısını almaq üçün əllərindən gələn hər şeyi etdilər. ABŞ, Avropa İttifaqı, o cümlədən, Almaniya və Fransa, eləcə də, Kanada, Avstraliya, Çin, Rusiya, Yaponiya, Hindistan, Braziliya, Cənubi Afrika Respublikası kimi iri aktorlar bu konfransa birinci şəxslər səviyyəsində qatılmadılar. Hətta İran prezidenti də gəlmədi. Bəziləri üzrlü, bəziləri üzrsüz səbəbdən iştirak etmədilər. Ancaq ortaq bir səbəb vardı: qlobal məsuliyyətdən qaçmaq. Xüsusilə, Qərbin siyasi, media, ekspert dairələri mütəşəkkil və sistemli, həm də amansız bir siyasi, ictimai basqı yaratmağa çalışırdılar.

Əsasən iki "arqument" gətirirdilər. Birincisi bu idi ki, Azərbaycan özü neft-qaz hasil edən ölkədir, mədən yanacağı istehsal edir, atmosferin çirklənməsində rol oynayır və sair. Ona görə də belə ölkədə COP29 uğurlu ola bilməz. İkinci iddia isə bu idi ki, Azərbaycan azad ölkə deyil, insan haqları qorunmur, demokratik inkişafla bağlı problemlər var və sair.

Hətta bəzi Avropa ölkələri COP29-a gedəcək nümayəndələrini Azərbaycanda qarşılaşacaqları "təhlükələrə qarşı" təlimatlandırır, "xəbərdarlıq edir", bir sözlə, "azad" Avropa vətəndaşlarına hər cür psixoloji təsir, hətta təzyiq göstərirdi ki, Azərbaycana getməkdən çəkinsinlər. Belə bir absurd iddia da irəli sürmüşdülər ki, Azərbaycan onları izləyəcək, şəxsi yazışmalarını, danışıqlarını dinləycək və sair və ilaxır.

Təsəvvür edin: Almaniyanın kanslerini dinlədən, Qərb ölkələri rəhbərlərinin, səfirlərinin yazışmalarını izlədib, sonra da açıb yayan, İsrailin İrana qarşı yalnız kəşfiyyat orqanına məlum məxfi hücum planını mediaya sızdıran... Qərb hökumətləri deyirdi ki, Azərbaycan kimi nisbətən kiçik ölkə on minlərlə qonağı dinləyəcək, izləyəcək.

Bu hissədə xüsusi şərhə ehtiyac varmı?! Yox.

Bundan başqa "neft dövləti" adlandırdıqları - neft-qaz hasil edən ölkələrdə COP olmamalıydısa, Azərbaycandan əvvəl bu konfrans başqa neft-qaz hasil edən ölkələrdə də olmuşdu. Elə ötən il Birləşmiş Ərəb Əmirliklərində COP28 keçirilmişdi və həmin o Qərb liderləri gəlib orda iştirak etmişdilər. Üstəlik BƏƏ Azərbaycandan çox mədən yanacağı hasil edir.

Əgər COP-un uğuruna keçirildiyi ölkənin neft hasil etməsi mane olurdusa, niyə, məsələn, 2009-cu ildə Danimarkada keçirilən COP15 konfransında cəmi 100 milyard dollarlıq iqlim maliyyəsi haqda qərar verilib, amma "neft ölkəsi" olan Azərbaycanda 300 milyard dollarlıq hədəf əldə olundu?!

Danimarka ki "petrosate" deyildi. Üstəlik Azərbaycanın nə neft, nə qaz hasilatı ümimi dünya göstəricisinin 1 faizinə çatır. Bundan 30 dəfə çox neft hasil edən ölkənin mediası Azərbaycanı "petrostate" adlandırmazdan qabaq, bu statistikaya baxsaydı, 30 dəfəlik bir səhvə yol verməzdi. Özlərini "qərəzsiz və tərəfsiz" adlandıranlar üçün bu qədər yanlışlıq bir az çox deyilmi?!

Demək istədiyimiz budur: böyük dövlətlərin "boykot" təbliğatı altında qlobal məsuliyyətdən yayınmasına, bunu pərdələmək üçün Avropa Parlamenti və sair kimi siyasi platformaları və Qərbin bütün aparıcı mediasını səfərbər edərək qaralama və pressinq kampaniyasına baxmayaraq, Azərbaycan üzərinə düşən məsuliyyətdən nəinki yayındı, əksinə son dəqiqəyə qədər nəticə üçün çalışdı, savaşdı və qazandı.

Rəsmi Bakı bir tərəfdən, hədsiz və haqsız, əlbir və intensiv təzyiqlərə müqavimət göstərirdi, bir tərəfdən də, COP29-un dünya üçün uğurlu nəticə ilə yekunlaşması üçün bütün diplomatik resurslarını ortaya qoymuşdu. Böyük dövlətlər, konkret olaraq ABŞ-da Co Bayden Administrasiyası, eləcə də, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin başçılığı ilə Avropa İttifaqının rəhbərliyi, ayrıca Fransa və sair ölkələr, dairələr COP-da nəticəsizliyə oynayırdılar və bunun məsuliyyətindən yayınmaq üçün nəzəri günahı ev sahibi ölkənin -Azərbaycanın üzərinə atmağa çalışırdılar. Almaniyanın artıq çökmüş koalisiya hökumətinin xarici işlər naziri Annalena Berbok qərar qəbul edilən günlərdə Bakıya gəldi, daxildə və xaricdən təzyiqləri kordinasiya etməklə Azərbaycanın və bütöblükdə COP29-un işini çətinləşdirməyə çalışdı. Bütün bunlara baxmayaraq, Azərbaycan təkbaşına həm amansız təzyiqlərə tab gətirdi, həm də ortaq qərarın qəbul olunmasını təmin etdi. Bu da pafos deyil, faktdır.

P.S."The Washington Post" oz ampluasına uyğun olaraq qərəzlə yazıb ki, 300 milyard dollarlıq nəticə "optik illüziyadır" və qlobal temperaturu 1,5 dərəcə C həddindən aşağıda saxlamaq üçün "bu məbləğ bəs etməyəcək".

Əlbəttə, bəs etməyəcək. Amma bu rəqəm nəticədir, səbəbini isə qəzet böyük dövlətlərin paytaxtlarında, həm də elə özündə axtarsa, tez tapar. "Optik illüziya" bənzətməsinə gəlincə, həqiqətlərə qara eynək arxasından baxanda, hər şey ya solğun görünər, ya da təhrif olunmuş şəkildə. Sözügedən qəzet və başqa bu kimi "aparıcı" nəşrlər nəticəni aparıb yanlış səbəblərə bağlayarsa, oxucularına gerçəkləri deyil, illüziyaları servis edəcək. Necə ki edir.

Qısası, Azərbaycanın COP29-dakı uğuru danılmaz reallıqdır. Qalan nə varsa, geopolitik kolliziya və informativ illüziyadır...

Bahəddin Həzi,
Bizimyol.info








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02
Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00
TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58
Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21
Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17
Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10
Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01
“Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57
Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44
“Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35
Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33
Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25
Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20
Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43
ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20
Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06
Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05
Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04
"Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58
İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45
"Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41
Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38
Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30
“Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22
“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17
Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12
“Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05
Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48
Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47
Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43
İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42
Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20
AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19
Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17
Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13
Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09
İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru