Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir .....                     Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir .....                     Əziz Orucova hökm oxunub .....                     Mask super milyarderlər reytinqinə başçılıq edir: .....                     Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb .....                     Azərbaycana qarşı iki gizli niyyət .....                     Bakı Rusiyaya sübut etməyə çalışır ki... .....                     Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib .....                     Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi .....                     Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq .....                     Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi .....                     Elektriklə 103 balıq tutan dostlar həbs edildi .....                     Şahin Bağırov generala yeni müavin təyin etdi .....                     "Uşaqlara tək baxa, başsız qala bilmərəm..." .....                     Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ .....                     Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib .....                     Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi .....                     ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? .....                     Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi .....                     Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... .....                     “Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır .....                     Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir .....                     İcra başçısının keçmiş müavini vəfat etdi .....                     Xüsusi təyinatlılar Xocalıda: 1991 .....                     Ermənilərin xilas yolu... .....                     AMEA-da bir neçə institut ləğv olunub? .....                     Naxçıvanda daha bir idarədə MAAŞLAR KƏSİLDİ .....                     BU NƏDİ BELƏ: Bakıda günün-günorta çağı QARƏT... .....                     Ermənistanda hərbi xidmətə çağırış və tərxisetmə müddətləri dəyişir .....                     Azərbaycan-İsrail-ABŞ oxu yaradılır? .....                     Barəsində cinayət işi açılan məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Abel Məhərrəmovun indiki BDU rektoru ilə münasibəti necədir? .....                     İrəvan terrorizmə haqq qazandırır .....                     Paşinyanın 5 müşaviri, 4 köməkçisi, mətbuat katibi... .....                     44 günlük müharibədə Tramp detalı: Bizə dedi ki… .....                     "Mən də oturmaq, gəzmək istəyirəm" .....                     Goranboyun Statistika İdarəsini əslində kim təmir edib .....                     Trampın əlindəki qançırın sirri .....                     Prokuror Ağadadaş Ağayevin azadlığına “balta” vuracaqmı? .....                     "Məndən istənilən rüşvəti vermədiyimə görə buranı sökəcəkləri ilə hədələdilər" .....                 

“KQB” Bakıda mühakimə olunan erməniləri xilas edə biləcəkmi? - SENSASİON GƏLİŞMƏ
Tarix: Bu gün, 08:44 | Çap et
“KQB” Bakıda mühakimə olunan erməniləri xilas edə biləcəkmi?
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli vətəndaşları barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesi davam edir.

Ötən həftəsonu keçirilən məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərdən Araik Arutyunyan bildirib ki, son 34 il ərzində Qarabağda hansı proseslərin baş verməsindən xəbərdardır: “Təəssüf edirəm. Münaqişə Sovet İttifaqının xüsusi xidmət orqanları tərəfindən təhrik edilib. Ona görə də biz özümüzü qurban hesab edirik”.

SSRİ-nin dağılması ərəfəsində yaradılan bütün etnik münaqişələrin ilk növbədə SSRİ “KQB”sinin nəzarəti altında olduğu heç kimə sirr deyil. 1980-ci illərin ortalarında Qorbaçovun hakimiyyətə gəlməsi ilə “KQB”nin partiya üzərində nəzarətinin zəifləməsindən sonra dağıntı prosesinə start verildi. Məlumatlara görə, Qarabağ münaqişəsinin körüklənməsində məhz SSRİ DTK-nın 5-ci baş idarəsinin rəisi və sonradan eyni zamanda DTK sədrinin birinci müavini vəzifəsini tutmuş general Filip Bobkovun müstəsna xidmətləri olub. Qarabağ münaqişəsi ərəfəsində və onun yarandığı dövrdə Bobkov dəfələrlə həm Azərbaycan, həm də Ermənistanda olub. Məsələn, təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı Ərəstun Oruclu müsahibələrinin birində deyib ki, Bobkov Azərbaycan-Ermənistan münaqişəsini faktiki olaraq həm yaradıb, həm də idarə edib. Şübhəsiz ki, yerli DTK orqanları da bu işdə fəal iştirak ediblər: “Şübhəsiz, Sovet İttifaqı qapalı ölkə olsa da, xarici kəşfiyyatlar: "CİA", “Mİ-6", "Mossad" və digərləri müəyyən dərəcədə proseslərə qatılırdı. Amma həlledici və aparıcı rolu yenə də “KQB” oynayırdı. Etnik münaqişələri məhz “KQB” yaradırdı. Onun rəhbərlərinin məqsədi ya SSRİ-ni dağıtmaq idi, ya da onlar ittifaqın dağılacağını bilirdilər, ona görə də gələcəkdə Rusiyanın geostrateji mövqelərini qorumaq üçün mühüm strateji bölgələrdə həmin münaqişələri yaradır və onu idarə edirdilər".

Separatçı rejimin rəhbərlərindən biri olan Arutyunyanın bütün baş verənlərə görə günahı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin üzərinə atması və hətta erməniləri “qurban hesab etməsi” arqument ola bilər? Separatçılar daha sonra Rusiya FTX-sına bağlılıqlarını da etiraf edə bilərlərmi?

“Erməni canilərinin və ümumilikdə Ermənistan dövlətinin Azərbaycan dövlətinə və xalqına qarşı çoxsaylı cinayətlər törətdiyi bir faktdır. Eyni zamanda bu cinayətlər zamanı onlara kənardan dəstək verildiyi də bəllidir. Ümumiyyətlə, ermənilər zaman-zaman hansısa bəlli yaxın və uzaq xarici güclərin əlində bir vasitə rolunu oynayıblar. Ermənilər Azərbaycan və türk düşmənçiliyindən, qaniçən xislətindən yararlanan həmin güclər onları silsilə cinayətlərə sövq etməkdə heç də çətinlik çəkməyiblər”.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat bildirib ki, ermənilər xarici ağalarından asılı olmadan yaşaya bilmirlər: “Onlar üçün sifariş almaq və türk dünyasına qarşı qanlı cinayətlər törətmək bir həyat formuludur. Ancaq bu məxluqlar çətinə düşəndə sifariş aldıqları ünvanları "satmaqda" da mahirdirlər. Necə ki, biz hazırda bunun növbəti dəfə şahidi oluruq".

Deputat qeyd edib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli vətəndaşları barəsində olan cinayət işləri üzrə məhkəmə prosesi bəzi məsələlər də aydınlıq gətirir: “Məsələn, təqsirləndirilən şəxslərdən Araik Arutyunyan bildirib ki, münaqişə Sovet İttifaqının xüsusi xidmət orqanları tərəfindən təhrik edilib. Hesab edirəm ki, bu, Qarabağda baş verənlərin həm də xarici güclərin sifarişi olması faktının erməni canilərinin öz dilindən etirafı kimi dəyərləndirilməklə yanaşı, həm də yeni etiraflar olması ehtimalını artırır. O mənada ki, SSRİ dağılandan sonra da ermənilər cinayətlərini davam etdiriblər. Elə isə sabah, yaxud birisi gün məhkəmədə cinayətkarlardan birinin də "sonrakı dövrdə bizi Rusiya FTX-si idarə edib" etirafını etməsi heç də təəccüblü görünməz. Hər halda, bu məhkəmədə bu tipli etiraflar davamlı ola bilər. Amma bu əsl həqiqəti ermənilərin cinayətləri törətməkdə həvəsli olması faktını heç də arxa plana keçirmir. Sadəcə, belə deyək, xalqımıza qarşı çoxsaylı cinayət törədənlər indi bu etiraflarla sanki özlərini “təmizə çıxarmağa” cəhd edirlər".

Təhlükəsizlik eksperti İlham İsmayıl hələ çox faktların üzə çıxacağını düşünür: “Əvvəla, onu deyim ki, xüsusi xidmət orqanı dövlətin apardığı baş xətti yeridir. Yəni öz yanından münasibət göstərmir. Baş xətt müəyyən ediləndə artıq geridə qalan detallardır, yəni bunu necə həyata keçirəcəklər, hansı yollarla həyata keçirəcəklər. Ümumiyyətlə, xüsusi xidmət orqanlarında belədir. Dövlətin baş xətti müəyyən edilir və xüsusi xidmət orqanları qarşısında da vəzifələr qoyulur. Bu vəzifələr necə həyata keçiriləcək, onlardan asılıdır. Bəzən onların fəaliyyətində dövlətin başında duranın belə xəbəri olmur. Guya əvvəlcədən onlara tapşırıq verilmişdi, Siyasət isə "parçala, hökm sür" siyasəti idi. Rusiya imperiyasının daim siyasəti bu olub. Millətlərarası daim nifaq salmaq istəyiblər. Arutyunyanın dediyi məsələlər tamamilə doğrudur. Çox dəqiq deyir. Filip Bobkovun tabeçiliyində olan xüsusi xidmət orqanı əməkdaşlarını heç kim tanımır. Filip Bobkov tanınsa da, digərləri tanınmır. Onların gəlib göstəriş vermələri artıq dövlətin adından olur. Rusiya Federal Təhlükəsizlik Xidmətinin deməsi ki, bunun qarşısı alınmalıdır, artıq gecdir. Əvvəla, FTX istəsəydi, Xankəndidə onları özləri çıxarardı. Amma bunu etmədilər. Bu işə Paşinyan hakimiyyətindən qisas almaq üçün baxırdılar. Hesab edirəm ki, guya FTX “KQB”nın günahlarını yumaq üçün bunları Bakıdakı məhkəmədən xilas edəcəklər, xeyr, belə bir şey görünmür. Onlar deyəcək ki, bu, zamanında sovet ittifaqı tərəfindən olub. Arutunyan çox haqlıdır. Bu, SSRİ-nin baş xətti idi. Bobkov burada sadəcə baş icraçı idi. Bu, sadəcə Bobkovun peşəkarlığından xəbər verir ki, bunu uzun müddət apara bildi. Hesab edirəm ki, Bakıda mühakimə olunanlar Rusiya FTX-sı ilə bağlılıqlarını da etiraf edə bilərlər. Bu da mümkündür. Tamamilə mümkündür ki, 1991 yaxud 1992-ci ildən sonra Rusiya FTX əməkdaşları gəlsinlər. Mənə elə gəlir ki, burada hələ çox şeylər üzə çıxacaq. Sənə çox şey deyə bilərlər, əgər sən bunu getmisənsə, demək, məsuliyyəti özün çəkirsən. Bu məsuliyyəti FTX əməkdaşları çəkməyəcək. Casuslar necə ki, ifşa olunur, yeri gələndə xüsusi xidmət orqanı əməkdaşları da ifşa olunur. Burada xüsusi bir gərginlik gözlənilmir. Biz bir daha biləcəyik ki, Rusiya dövləti öz xəttini davam etdirmək üçün hansı yollardan istifadə edib".
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Bu gün, 14:00
Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Bu gün, 13:58
Əziz Orucova hökm oxunub
Bu gün, 13:43
Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Bu gün, 13:10
Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 13:07
Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Bu gün, 13:04
Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Bu gün, 13:02
Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Bu gün, 12:58
Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi - FOTO
Bu gün, 12:53
Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 12:49
Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:47
Elektriklə 103 balıq tutan dostlar həbs edildi - “Bişirmək üçün tutmuşduq...”
Bu gün, 12:46
Şahin Bağırov generala yeni müavin təyin etdi - FOTO
Bu gün, 12:44
"Uşaqlara tək baxa, başsız qala bilmərəm..."
Bu gün, 12:42
Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ - FOTO
Bu gün, 12:38
Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib - VİDEO
Bu gün, 12:27
Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi - BİR MİLYONLUQ CİNAYƏT İŞİ
Bu gün, 12:21
ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? - İNCƏLƏMƏ
Bu gün, 12:20
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi - FOTO
Bu gün, 12:07
Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... - ÖZBAŞINALIQ!
Bu gün, 12:04
“Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır - BU NƏDİ BELƏ?..
Bu gün, 11:58
Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir - "İnterpress Georgia"
Bu gün, 11:54
İcra başçısının keçmiş müavini vəfat etdi - FOTO
Bu gün, 11:53
Xüsusi təyinatlılar Xocalıda: 1991 - Nadir foto
Bu gün, 11:50
Ermənilərin xilas yolu... - Cəmiyyəti hazırlamaq Paşinyana elə də çətin olmayacaq
Bu gün, 11:47
AMEA-da bir neçə institut ləğv olunub? - İsa Həbibbəyli açıqladı
Bu gün, 11:45
Naxçıvanda daha bir idarədə MAAŞLAR KƏSİLDİ - NARAZILIQ VAR...
Bu gün, 11:43
BU NƏDİ BELƏ: Bakıda günün-günorta çağı QARƏT... - MÜRACİƏT
Bu gün, 11:39
Ermənistanda hərbi xidmətə çağırış və tərxisetmə müddətləri dəyişir - Ermənistan KİV-i
Bu gün, 11:34
Azərbaycan-İsrail-ABŞ oxu yaradılır? - İlginc görüş
Bu gün, 11:33
Barəsində cinayət işi açılan məşhur şirkət nizamnamə kapitalını azaldır - TƏFƏRRÜAT
Bu gün, 11:31
Abel Məhərrəmovun indiki BDU rektoru ilə münasibəti necədir? - özü AÇIQLADI
Bu gün, 11:28
İrəvan terrorizmə haqq qazandırır - FAKT BUDUR!
Bu gün, 11:25
Paşinyanın 5 müşaviri, 4 köməkçisi, mətbuat katibi... - Baş nazir tənqid olunur
Bu gün, 10:15
44 günlük müharibədə Tramp detalı: Bizə dedi ki… - Hekimyan
Bu gün, 10:11
"Mən də oturmaq, gəzmək istəyirəm" - ÇARƏSİZ VƏTƏNDAŞ YARDIM İSTƏYİR
Bu gün, 10:05
Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…
Bu gün, 10:01
Trampın əlindəki qançırın sirri - Ağ Ev səbəbini AÇIQLADI
Bu gün, 09:54
Prokuror Ağadadaş Ağayevin azadlığına “balta” vuracaqmı? - TƏFƏRRÜAT
Bu gün, 09:52
"Məndən istənilən rüşvəti vermədiyimə görə buranı sökəcəkləri ilə hədələdilər" - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 09:49
VAR... amma YEYƏ BİLMİR... - İDDİA
Bu gün, 09:41
Krım, ümumiyyətlə, müzakirə mövzusu olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:39
“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…
Bu gün, 09:35
"Sputnik Azərbaycan" ictimai rəyə zəhər qatmaqla məşğul idi - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:24
"Kitabxana rəhbərliyi işçiləri təhqir edir, əlavə işlə yükləyir..." - NARAZILIQ VAR...
Bu gün, 09:20
Azərbaycanda 10 manatlıq şirkətin yarım milyon manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 09:13
İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi – Akopyan
Bu gün, 09:07
Göygöldə ana doğuş zamanı öldü
Bu gün, 09:04
"Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu
Bu gün, 09:03
Çox təəssüf ki, bu işçilərin siyahısında... - Ekspert danışır...
Bu gün, 09:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru