Biri tikib YEYİR... biri də söküb YEYİR... - ETİRAZ VAR...
Tarix: 29-12-2024, 11:11 |
Çap et
"Xaçmazda "Şəxsiyyətlər muzeyi"ni söküb yenidən təmir edirlər, yol açırlar. Yolun açılmasi gözəl hadisədi... alqışlanmalıdır, amma..." DİA-AZ" xəbər verir ki, bu barədə Xaçmaz rayon sakini Əziz Qocayev bildirib.
O daha sonra fikrini aşağıdakı kimi ifadə edib: "Çox biabırçı və gülməli vəziyyətdi. "Şəxsiyyətlər Parkı" salınanda rayonun "üzdə olan" ziyalıları bir ağızdan alqışlayırdı, heç kim o zamankı icra başçısı Şəmsəddin Xanbabayevə demədi ki o yolu bağlama... yolu bağlamazlar... Hamı alqışlayırdı...
Həmin tərif yağdıranlar o zaman heykəl qoyurdu Şəmsəddin... indi də Elnur Rzayevə gəlib deyirlər ki, Şəmsəddin orani tikəndə yaxşə pul yeyib... O da söksün bir az yesin...
Olan bizim camaata - Xaçmaza olur. Xaçmazın guya başqa problemi yoxdur? Hər gün sadalanır!
İndi Şəmsəddinə əl çalanlar Elnur Rzayevə əl çalır ki "uraaa... yolu açır". Bu təfəkkürlə, yanaşma ilə xahiş edirəm, dara düşəndə daha deməyin ki, Xaçmazda problemlər var..."