![İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ](https://dia-az.life/uploads/posts/2025-02/thumbs/1738960956_1738041668_0001.jpg)
İki il əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti rəisi Mürsəl İbrahimov tərəfindən köməkçi vəzifəsinə götürülmüş ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) qalmaqallı keçmiş vəzifəli şəxsi, polkovnik Tehran Babatovun vəzifəsi dəyişib.
Mia.az xəbər verir ki, xidmət rəisi Mürsəl İbrahimov 2023-cü ilin aprel ayında özünə köməkçi götürdüyü Tehran Babatovu bu dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin (SHXÇDX) Kadrlar Baş İdarəsinin rəisi vəzifəsinə keçirib.
Mürsəl İbrahimov digər əmri ilə daha bir diqqətçəkən keçmiş vəzifəli şəxs - Hikmət İsbatovu isə özünə yeni köməkçi götürüb.
Məlumatda Tehran Babatov və Hikmət İsbatovun vaxtilə hansı əməllərinə görə işlədikləri qurumlardan kənarlaşdırılması haqda maraqlı iddialar var. Hər halda, bu haqda müxtəlif saytlarda tirajlanan məlumatları google axtarış sistemi üzərindən tapmaq çətin deyil...
Mia.az-a verilən məlumata görə, adıçəkilən Babatov-İsbatov tandemi bu dəfə SHXÇDX-də tenderlərdən tutmuş, digər məsələlərə qədər nüfuz etməyə başlayıblar: "Son iki ildə keçirilən tenderlərdə qalib şirkətlərin kimlərə məxsus olması araşdırılsa, elə şeylər ortaya çıxacaq ki...".
Mövzuya qayıdacağıq.