“Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi .....                     Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI .....                     ADAU-da `EGE YEYİNTİSİ`... .....                     ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir .....                     Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR .....                     Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! .....                     Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib .....                     Məcnun müəllim bu sahəyə nəzər salmazsa... .....                     Naxçıvanda deputatların maaşı artıb .....                     Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... .....                     Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? .....                     “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var .....                     Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... .....                     Amerikalı iqtisadçı İrəvana məsləhət verib .....                     `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... .....                     Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb .....                     Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi .....                     Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq .....                     Manana Çaparidzeyə ağır itki .....                     "Qiymətlər menyu ilə uyğun gəlmir..." .....                     Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi .....                     İşçilərin əməkhaqqı məsələsi... .....                     İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb .....                     Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... .....                     ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır .....                     30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir .....                     Yediyimizə necə haram qatırlar... .....                     Mən onun kimi Putinə zəng etməyəcəyəm .....                     Onu Bakıya gəlməyə qoymayan səbəb .....                     Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                 

Eldar Mahmudovun pulları etibarlı əllərdədir - İLGİNC
Tarix: 5-08-2020, 09:27 | Çap et
Eldar Mahmudovun pulları etibarlı əllərdədir
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şefi Eldar Mahmudov barəsində yeni məlumatlar yayılıb. Sabiq nazirin vəzifə almaq üçün bəzi ünvanlara baş vurduğu deyilir. Bildirilir ki, Eldar Mahmudov 2015-ci ilin oktyabrında MTN-də baş tutan əməliyyatlara yol açan məlumatların həqiqət olmadığını ortaya qoymaq üçün çabalar göstərir. Eldar Mahmudov sübut etməyə çalışır ki, MTN-də əməliyyatlara yol açmış gizli və qanunsuz dinləmələr ittihamı uydurma olub.

Çox da inandırıcı olmasa da, hər halda belə iddialar var və bu iddiaların nə dərəcədə doğru olmasını Eldar Mahmudov təsdiqləyə və ya təkzib edə bilər. Bu məlumatların dövriyyədə olması onu deməyə əsas verir ki, Eldar Mahmudov 5 illik fasilədən sonra hərəkətə keçib. Digər tərəfdən, Mahmudov və komandasının zərbələrə dayanıqlı olması da göz qabağındadır. MTN-də baş tutan əməliyyatdan sonra həbsə alınan 20-yə yaxın “mahmudovçu”nun əksəriyyəti artıq azadlıqdadır.

Bu arada Eldar Mahmudovun 2 bankirindən biri olan Çingiz Əsədullayev “AGBank”ı başqa bir adla “diriltməyə” çalışır. Çingiz Əsədullayevin, əslində isə müəyyən hissəsi qeyri-rəsmi olaraq Eldar Mahmudovun olan “AGBank”ın lisenziyası Mərkəzi Bank tərəfindən ləğv edilib. Çingiz Əsədullayev Eldar Mahmudovun nazir olduğu dövrdə “AGBank”ın Müşahidə Şurasının sədri idi. Bankın rəsmi internet səhifəsində səhmdarların siyahısı və əqdləri bölməsində bankın səhmlərinin 33.57 faizinin ona və ailəsinə məxsus olduğu qeyd edilirdi.

Çingiz Əsədullayev 2010-2015-ci illərdə Ağdaşdan deputat idi. Onun rəhbəri olduğu bankda Eldar Mahmudova məxsus pulları saxladığı, həmin bank vasitəsi ilə xarici ölkələrdəki hesablara köçürdüyü barədə bu günə qədər təkzib olunmayan iddialar var. “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işində “AGBank”ın da adı hallanırdı. Məlumat üçün deyək ki, Malik Əliyev və Rüfət Vəliyev ölkədən 5 milyard 500 milyon manat nağd pul çıxarmaqda suçlanaraq həbs edilib. Mediada yayılan məlumatlara görə, həmin pullar Eldar Mahmudova məxsus olub. Milyardların bir hissəsi “AGbank” vasitəsi ilə ölkədən çıxarılıb. Təsadüfi deyil ki, Çingiz Əsədullayevin qürubu Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra baş verdi...

2015-ci ildə keçirilən parlament seçkilərində onun namizəd olduğu 90 saylı Ağdaş seçki dairəsinin nəticələri ləğv edilib. Ardından “AGBank”da problemlər yaranmışdı. Sonda Mərkəzi Bankın qərarı ilə Çingiz Əsədullayevin bankının lisenziyası ləğv edildi.

Çingiz Əsədullayev bank sahibi olarkən adı müxtəlif cinayət işlərinə qarışmışdı. Məlum olmuşdu ki, Çingiz Əsədullayev “AGbank”da öz dostuna saxta qızıllar girov qoyaraq külli miqdarda kredit götürmək üçün şərait yaradıb. Bank rəhbərliyi dəyişəndən sonra məsələnin üstü açılmışdı. Söhbət hazırda həbsdə olan və Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham edilən Eldar Səmimi cinayətindən gedir. Eldar Səmimi barəsində olan cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir. Cinayət işinin materiallarında dələduzluq hadisənin bir çox ilginc məqamları üzə çıxıb.

İttihama görə, Eldar Səmimi “AGbank”dan kredit götürmək üçün banka qızıl-zinət əşyalarını girov qoyub. Bankdan külli miqdarda kredit götürən Eldar Səmimi lombard açaraq biznes fəaliyyətini davam etdirib. Lakin işləri yaxşı getmədiyi üçün krediti ödəyə bilməyib. Bu azmış kimi bankın rəhbərliyi dəyişən zaman araşdırma aparılıb və Eldar Səmiminin banka qoyduğu qızılların bir çoxunun saxta olduğu üzə çıxıb. Əsas məqam isə Eldar Səmiminin şəxsiyyəti ilə bağlıdır. Bu şəxs 1993-cü ildə “AGbank” təsis edildikdən sonra 2 ilə yaxın bankın Müşahidə Şurasının sədri, təsisçilərdən biri olub. Daha sonra Eldar Mahmudovun digər bankında - “Azərbaycan Beynəlxalq Bankı”nda və “Mostbank”da da çalışıb.

1999-cu ildə Moskvaya gedərək orada banklardan birinin İdarə Heyətinin sədr müavini kimi çalışıb. 2010-cu ildə isə Azərbaycana qayıdıb və bir müddət Dövlət Sosial Müdafiə Fondunda çalışıb. Eldar Səmimi 2012-ci ildə “Təzə bazar” yaxınlığında icarəyə yer götürərək lombard işlətməyə başlayıb. Lombard üçün Eldar Səmimi “AGbank”dan bir neçə dəfə kredit götürüb. Yarım milyon manata yaxın kredit götürən Eldar Səmimi borcunu qaytarmayıb. Bundan sonra məhkəmə qərar verib ki, Eldar Səmiminin banka girov qoyduğu qızıl-zinət əşyaları müsadirə edilərək onun borcuna yönləndirilsin. Bu zaman Eldar Səmiminin cinayət işinin üstü açılıb. Bank tərəfindən qızıl zinət əşyalarının qiymətləndirilməsi aparılan zaman məlum olub ki, Eldar Səmiminin banka girov olaraq qoyduğu 2 ədəd xəritə tablosu, xəncər, qılınc və portret qızıldan deyilmiş.

Saxta qızılın girov qoyulması qalmaqalı “AGbank”da ilk deyil. Vaxtilə banka girov qoyan Maqsud Mahmudov da bankdakı saxtakarlıqdan danışmışdı. Demişdi ki, banka girov olaraq qoyduğu brilyantlar saxtaları ilə əvəzlənib. Bu məsələ sona qədər araşdırılmadı. Eldar Mahmudovun həbsə alınmaması, komanda üzvlərinin ayaqda qalması məsələsi bu cür faktların ümumiyyətlə araşdırılmamasına gətirib çıxarıb.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Eldar Mahmudovun ötən 5 il ərzində ayaqda qalmasının müxtəlif səbəbləri var: “Onun nazir kimi fəaliyyəti ümumilikdə cəmiyyət üçün arzuolunan deyildi. Bunu hər kəs bilirdi. Bu adamların gücü vəzifədə olduğu müddətdə tutduqları posta görə idi. Hazırda vəzifədə olduğu dönəmdə əldə etdikləri milyardlar və törətdikləri əməllərin tək özlərinə aid olmaması ilə bağlıdır. Eldar Mahmudov bu qədər cinayətin qabağında 2 dəfə istintaqa çağırılmaqla məsələ bitdi. Baş verənlər bu adamların daxili gücü deyil. Eldar Mahmudov və komandası ona görə sınmayıblar ki, törətdikləri əməllərə görə kimsə onlara irad bildirə bilmir”..

Hüquqşünas deyir ki, Eldar Mahmudovun ən yaxın adamı Akif Çovdarovun həbsi və 4 il yarımdan sonra azad edilməsi imitasiyadan başqa bir şey deyildi: “Eldar Mahmudovu da sadəcə vəzifədən çıxarıblar. Əslində isə bu adamlar ömürlük həbsə məhkum olunmalı idilər. Və onlara cəzadan şikayət vermək hüquqları da tanınmamalı idi. Çünki onlar bu dərəcədə çox cinayətlərin sahibidirlər. Mütləq nazir və müavinləri baş verənlərə görə həbsə alınmalı idilər”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23
Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19
ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10
ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04
Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57
Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55
Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50
Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49
Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43
Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40
Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38
“Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32
Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21
`R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18
Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14
Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00
Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58
Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56
"Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54
Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43
İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41
İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37
Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35
ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36
30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru