Onun da işçiləri meydan sulayır... - NARAZILIQ...
Tarix: 12-08-2020, 09:22 | Çap et
Tənzimləyici qurum kimi yaradılan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sovet “obxss”i kimi fəaliyyət göstərməyə başlayıb. Ən azından İsmayıllı rayon Kürdmaşı kənd sakini Quliyev Tural Ramiz oğlunun və Aşıqbayramlı kənd sakini Zülfüqarov Anar Valeh oğlunun başına gələnlər bu qənaəti doğurur.
Belə ki, İsmayıllı rayonunun bu sakinləri Qida Təhlükəsizliyi Agentliyinin yerli qurumunun əməkdaşlarının “obxss”sayağı fəaliyyəti sayəsində işsiz qalıb… Agentliyin əməkdaşları Eldar Əzizov və Elşən Qasımov bu iki ailənin yeganə gəlir mənbəyi olan qəssab dükanını əvvəlcədən xəbərdar etmədən qapayıblar. Rayon mərkəzində onlarla belə satış dükanı olsa da, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları məhz bu sırada standarta uyğun şəraiti olan üç-beş dükandan birini qıfıllayıb(?) Sahibkarlar üzləşdiyi problemlə bağlı Prezident Adminstrasiyasına, Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə və İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət edib. Müraciətlərinin əksəriyyətinin ünvanına çatması haqqında cavab alsalar da, Qida Təhlükəsizliyi Agentliyindən hec bir cavab almayıblar. Aktuallığını nəzərə alıb müraciəti müəyyən ixtisarla dərc edirik:
“Etdiyimiz müraciətimizə müsbət nəticəsi olmadığından, Sizə müraciət etməklə, bəzi məmurların dövlətimizin adına yaraşmayan əməllərini ictiamiləşdirmək məcburiyyətindəyik. Belə ki, bir neçə vaxtdır İsmayıllı “Yaşıl Market” bazar kompleksinin sahibi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin rəisi İrfan İsgəndərovun cəzasızlıq, məsuliyyətsizlik, vəzifə borclarını yarıtmaz yerinə yetirmələri, rüşvət və korrupsiya mühitinin olması, sahibkarlıq subyektinin normal fəaliyyət göstərlməsinə qəsdən müxtəlif əngəllərin törədilməsi, ət kəsim sexində antisanitariya qaydalarına riayət olunmaması və s. özbaşınalıqlarla bağlı Prezidentə,1-ci Vitse Prezidentə, Kənd Təssərrüfatı Nazirliyinə, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa və İsmayıll Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Təəssüflər olsun ki, etdiyimiz haqlı müraciətimizə bu günədək cavab verilməmiş, biganə və laqeyid münasibət göstərilmişdir. Bütün dünya koronavurusla mübarizə aparır. Lakin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin rəisi İrfan İsgəndərov isə karantin vəziyyətini fürsət bilib yazdığımız yazılara görə bizi susdurmaq istəyir. Açıq-aşkar qanunsuz hərəkətlər edir. Belə ki, 21 aprel 2020-ci il tarixdə bizə məxsus İsmayıllı şəhəri Cavanşir küçəsində yerləşən obyektdə yoxlama aparmaqla güya, fəaliyyətdə olan ət satışı mağazasında sanitariya-gigiyena qaydalarına əməl olunmadığını əsas gətirərək, fəaliyyət göstərdiyimiz mağazanın giriş qapısını qıfıllanmış və kağız parcasına “giriş qadağandır” sözləri yazaraq qırmızı lentlə bağlanmışdır. Halbu ki, 09 yanvar 2019-cu il tarixdə mağazamız sanitariya-gigiyena qaydalarına cavab verdiyi üçün Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin rəisi İrfan İsgəndərov bizdən 250 manat pul alaraq ət satışına icazə vermişdir.
Onların qanunsuz hərəkətlərlə məşğul olmaları haqqında, eləcə də saxta arayışlarla kəsilmiş ətə möhür vurularaq ət satışına icazə vermələrini bildirmişdik. Etdiyimiz bu müraciətimizdən sonra bizə qarşı qərəzli mövqe nümayış etdirməkdə davam edirlər. Qeyd olunan səbəblərə görə, rayon ərazisində fəaliyyətdə olan 35 ət satışı mağazasından yalnız bizim mağazamız hədəfə alınmışdır. Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin rəisi İrfan İsgəndərovun etdiyi qanunsuz hərəkətlər nəticəsində fəaliyyətimizi danandırmışıq. Onsuz da hər kəsin dərdi özünə bir yükdür. Ətrafımızda baş verən bu hallar bizi ağır duruma salır, haqlı narazılığımıza və şikayətimizə səbəb olur. Hesab edirik ki, bu qanunsuzluqlara son qoyulmalı və ədalət bərpa olunmalıdır”.
Redaksiyadan: Bu məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən açıqlama almaq istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. On gündən artıqdır ki, Agentliyə ünvanladığımız online müracətə cavab ala bilmədik(?) Bəlli olduğu kimi, Qida Təhlükəsizliyi Agentliyinin faəliyyətinin vətəndaşlarda narazılıq yaratması ilə bağlı bu məlumat ilk deyil. Tənzimləyici orqan kimi yaradılmış Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “obxess” kimi fəaliyyət göstərməsi haqqında iddialar isə qurum tərəfindən şərh olunmur və cavabsız qalır. Həm ictiami rəyin, həm də ekspertlərin bu Agentliyin fəaliyyətinə yanaşmalarının yumşaq desək birmənalı olmaması da sirr deyil.
Aktuallığını nəzərə alıb, mövzunu davam etdirəcəyik./yenixeber.org/
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35 |
|
|
|
• Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31 |
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43 |
|
|
|
• Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40 |
|
|
|
• Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38 |
|
|
|
• “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35 |
|
|
|
• Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32 |
|
|
|
• Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21 |
|
|
|
• `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18 |
|
|
|
• Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14 |
|
|
|
• Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00 |
|
|
|
• Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58 |
|
|
|
• Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56 |
|
|
|
• "Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54 |
|
|
|
• Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43 |
|
|
|
• İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35 |
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
|