Xocavəndin icra başçısından Prezidentə ŞOK ŞİKAYƏT - "Onun göstərişi ilə əmisi oğlu şəhidlərin abidəsinə Erməni bayrağı qoyur..."
Tarix: 20-08-2020, 09:03 | Çap et
Teref.az-ın poçtuna daxil olmuş şikayət məktubunu oxuculara təqdim edirik! Dövlət başçımızın hər zaman çıxışlarında əhalinin sosial problemləri diqqət mərkəzində olub. Məcburi-köçkünlərin sosial rifah halının yaxşılaşdırılması isə dövlətin prioritet məsələlərindən biridir. Amma biz Xocavəndlilər İcra Başçısının 28 illik yarıtmaz siyasəti nəticəsində (1992-ci ildə Əbülfəz Elçibəyin hakimiyyətin dövründə təyin edilib) bu diqqətdən məhrumuq. Cənab Prezident hər dəfə əhaliyə və yerli icra orqanlarına səslənir. Bildirir ki, yerli icra orqanları əhalini inctiməsin, xor görməsin. Biz isə həm maddi, həm də mənəvi olaraq əzilirik. Belə olan halda bizdən susmamaq tələb olunur. Biz də indi Cənab Prezidentimizə səslənir, ondan səsimizə səs verməyini gözləyirik.
Etiraz isə tək bir nəfərin, bir ailənin deyil. Bütöv bir rayon camaatınındır. Elə bir kənd yoxdur ki, onun özbaşlanığının qurbanı olmasın. Bu gün dövlət səviyyəsində kənd təsərrüfatının inkişafına göstərilən səy hər kəsin göz önündədir. Bununla həm yerli camaat işlə təmin olunur, həm də ərzaq təhlükəsizliyimiz təmin olunur. Xocavənd rayonunun isə bizdə olan torpaq sahələri (əsasən Nərgiz təpə) rayon camaatına deyil, digər rayonların sakinlərinə pulla satılır. 300 hekatara yaxın torpaq “Qaytanlanmış kitabla təsdiq olunmuş” Qaradağlı kənd sakinlərinə məxsusdur. İcra başçısı Eyvaz Hüseynov kənd sakinlərinə məxsus həmin torpaqları da zəbt edərək mənimsəyib. Topaqlarımızdan istifadə edə bilmirik. Hamımıza da məlumdur ki, kəndlinin qazancı torpaqdan çıxır. Bəs biz, bu torpaq, bu Vətən uğrunda döyüşmüş şəxslər nə edək? Onlar qazanclarına qazanc qatanda, biz acındanmı ölək? Torpaqların bir qismində də şəxsi tut bağını salıb. Və burda zavod fəaliyyət göstərir spirtli içkilərin istehsalı məqsədilə. ( Özünün və qohumlarının zəbt etdiyi torpaqları- adları və həcmi ilə sizə ünvanladığımız rəsmi məktubda qeyd etmişik.) Ərazisində olan bütün artezianlar onların nəzarəti altındadır. Yanlız satılan torpaqlarda və özlərinəməxsus olan ərazilərdə istifadəsinə şərait yaradılır.
Bu sadaladıqlarımızdan da göründüyü kimi, rayonda işsizlik pik həddə çatıb.
Səhiyyə sahəsində də ciddi nöqsanlara yol verilir rayon ərazisində. Rayon xəstəxanasının baş həkimi Nurəngiz Bəşirovanı 2017- ci ildə korrupsiya, dövlət malına ziyan verdiyinə görə Kollegiya işindən azad edib. 2 il keçdikdən sonra Xocavənd rayonu İcra başçısı Eyvaz Hüseyov həmin Bəşirovanı vəzifəsinə yenidən qaytardırıb. İndi də nöqsanlar olanda deyirlər get hara deyirsən de.
Buranın yiyəsi Eyvaz Hüseynovdur. Heç kim, heç nə edə bilməz. Dövlət tərəfindən ayrılmış dəyirman preparatları, təsərrüfat əşyaları, hər ay olaraq ərzaq məhsulları satılaraq dövlətə külli miqdarda ziyan vurulur. Xarici ölkə vətəndaşları olan, orda işləyən şəxslər xəstəxanada vəzifəli şəxs və işçi kimi göstərilir, əmək haqqları mənimsənilir. (Kimlər və hansı vəzifədə olduqları barədə rəsmi müraciətdə qeyd edilib).
Cənab Prezident, bu şəxs sizin siyasətinizin tam əksini aparır ərazidə. Şəhid ailələrinə kobud davranır. “Nə edim ki, şəhidin var?” deyir. Heç qəbula buraxıb problemini də dinləmir. Siz həmişə vurğulamısız bizim haqq səsimiz dünyaya çatdırılmalıdır. Amma icra başçısı heç bu səsin rayondan kənara çıxmasına imkan vermir. Xocalıdan sonra ikinci böyük soyqırım hesab edilən Qaradağlı kəndi haqqında təbliğedici tədbirlər kifayət qədər deyil. Siz, 2008- ci ildə Beyləqan rayonunda yeni qəsəbənin açılışında iştirak edəndə tapşırıq vermişdiniz ki, Qaradağlı soyqırımı və buna qəhrəmanlıq da demək olar ictimaiyyətə çatdırılsın, təbliğ edilsin. Amma nə fayda. 2013-cü ildə biz kənd camaatı atasını, qardaşını, oğlunu itirmiş insanlar, şəhidlərinin məzarından belə məhrum olanlar toplaşdıq və öz vəsaitimiz hesabına Beyləqan ərazisində ( Haramı düzündə) “Qaradağlı abidəsi” ucaltdıq. Bu gün düşmənlə üz-üzə dayanan əsgərlərimiz o abidənin qarşısından keçərək cəbhəyə gedirlər. Onlarda düşmənə qarşı nifrət, vətəni qorumaq üçün iradə yaranır. Bilirsiz niyə bu abidəni Xocavənd ərazisində ucalda bilmədik? Çünki Xocavənd rayonu icra başçısı məlumat göndərdi ki, tikintiyə başlanılan zaman abidəni sökdürəcək. Bəli gördüyünüz kimi bu şəxs şəhidə hörmət qoymur.
Onun göstərişi ilə əmisi oğlu şəhidlərin abidəsinə Erməni bayrağı qoyur. Şəhid ailələrinin hissləri ilə belə oynamaq olmaz axı. Biz bu Vətən uğrunda atasını, qardaşını, əzizini itirmiş şəxslərik. Hislərimizi cilovlamasaq rayonda pis hadisələr baş verə bilər. Amma Cənab Prezident biz sizə güvənirik. Bilirik ki, bu yürüdülən siyasət sizin siyasətinizin davamı deyil. Bu çətin günlərdə bizdə hiddət yaratmaqlarında məqsəd nədir onu da anlamırıq.
Bütün bunların əksi olaraq sosial şəbəkələrdə, əliçatan media qurumlarında özünü və ailəsini vətənpərvər kimi təbliğ edir. Mediada məlumatlar yaydırır ki, sanki bütün rayonun müdafiəsini onun qardaşı İbad Hüseynov edib. Yerli camaatın göstərdiyi şücaət, qəhrəmanlıq tək bir adla- İbadla əlaqələndirilir. Şəhidlərimizin və özümüzün haqqı mənimsənilir. Mediada “Milli Qəhrəman İbad Hüseynov” kimi təqdim edilir. Halbuki, nə Ulu öndərimiz Heydər Əliyev, nə də ki Cənab Prezident Siz ona bu adı verməmisiniz. Daim bu mövzularda həssas davranılıb və layiqli insanlar doğru tətlif edilib. 2001-ci ildə fermada ürək tutmasından vəfat edən digər qardaşına- İlyas Hüseynova şəhid statusu verib. Şəhidliyə aid bütün imtiyazdan yararlanmaqla yanaşı “qardaşı şəhid olan yeganə icra başçısı” kimi özünü təbliğ etdirir. Bununla da əsas məqsəd onun vəzifədə daha da möhkəmlənməsidir. Amma real fəaliyyətləri bunun tam əksini deyir. Digər qardaşı Əbülfət Hüseynov o vaxtlar Rəsul Quliyevin Azərbaycana gətirilməsini təşkil edən aktivlərdəndir. Zamanında Space Televiziyasının efrində adı da çəkilmişdir, lakin bəzi qüvvələr tərəfindən sonrada ört-basdır edilərək hadisədən yayındırılmışdır.
Cənab Prezident biz sizin seçiciniz olaraq Sizə güvənir və sizin tapşırığınızı gözləyirik. Biz bu gün bütün lazımi qurumlara müraciətlərimizi etmişik. Lakin rayon icra hakimiyyətindən olan şəxslər həmin qurumlara zəng edib bizim adımızdan danışırlar. Şikayətimizi əsəbi olaraq yazmışıq, əslində heç bir şikayətimiz yoxdur deyib məsələni bağlamağa, səsimizin sizə çatmamağına çalışırlar. Cənab Prezident, biz bir daha vurğulayırıq, biz sizi və Vitse-prezident Mehriban Əliyevanı dəstəkləyir, siyasətinizə güvənirik. Bu gün Qarabağda vuruşan şəxsələr kimi, yenidən səslənsəniz Vətən uğrunda vuruşmağa, şəhid olmağa hazırıq. Amma bizi Şəhidlərimizə hörmət qoymayan, camaatı həm maddi, həm də mənəvi narazı salan başçı ilə yaşamağa məcbur qoymayın. Məcburi köçkün və şəhid ailələri olaraq Sizdən xahiş edirik ki, qaranlıq keçmişi olan Xocavənd rayon icra başçısı və onun ətrafındakıların qanunsuz əməllərinə son qoyasınız.
Daim sizin seçiciləriniz olan Xocavənd rayon sakinlərindən. Teref.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36 |
|
|
|
• Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35 |
|
|
|
• Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31 |
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43 |
|
|
|
• Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40 |
|
|
|
• Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38 |
|
|
|
• “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35 |
|
|
|
• Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32 |
|
|
|
• Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21 |
|
|
|
• `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18 |
|
|
|
• Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14 |
|
|
|
• Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00 |
|
|
|
• Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58 |
|
|
|
• Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56 |
|
|
|
• "Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54 |
|
|
|
• Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43 |
|
|
|
• İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35 |
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
|