“Vaxtilə hansısa əsəri hazırlamaq istəmişəm, ancaq teatrın baş rejissoru imkan verməyib...”
Tarix: 3-04-2023, 08:59 | Çap et
Əməkdar artist, tanınmış rejissor Nicat Kazımov Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:
- Nicat bəy, bu günlərdə yubiley doğum gününüzlə bağlı uzun illərdir çalışdığınız Gənc Tamaşaçılar Teatrında yaradıcılıq gecəniz keçirildi. Təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz? - Əslində mənim yubileyim ötən ilin iyun ayında olub. Allah ömür versə, iki aydan sonra 51 yaşım tamam olacaq. Sadəcə olaraq ötən il teatrımız təmirdə olduğuna görə yubileyi sentyabr-oktyabr ayına saxladıq. Sentyabr-oktyabr ayında da şəhidlər verdik. Düşündüm ki, yubiley qeyd etməyim mümkünsüzdür. Ümumiyyətlə, fikirləşdim ki, heç bir yubiley keçirməyəcəm. Əslində gözləyirdim ki, televiziya kanallarında yada düşərəm, amma yadlarına düşmədim. Hər şərdə xeyir, hər pisdə yaxşı nəsə var. Bir müddət sonra əməkdar artist İlham Əsədov, mənə yaxınlaşıb teatrımızın gənc aktyoru, rejissor Vüsal Əsgərovun yaradıcılığıma həsr olunmuş sənədli film hazırlamaq istəyini dedi. Onlar həm də bu filmi 50 illik yubileyimə hədiyyə etmək istədiklərini bildirdilər. Filmin prodüsseri də İlham Əsədov idi. Razılıq verdim, amma düşünürdüm ki, kiçik bir şey olacaq. Sonra çəkilişlər başladı, uşaqların tam fədakarlıqları nəticəsində bu film ərsəyə gəldi. Filmin çəkilişlərində yaratdığı şəraitə görə mən teatrımızın rəhbərliyinə təşəkkürümü bildirirəm. Müsahiblərə təşəkkür edirəm ki, gəlib müsahibə verib, sənədli filmdə çəkildilər. Filmdə teatrımızın direktoru Naidə İsmayılzadə, baş rejissorumuz, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, xalq artistləri Xuraman Qasımova, Gülyaz və Gülyanaq Məmmədovalar, Naibə Allahverdiyeva, əməkdar artist Kəmalə Müzəffər, Sevinc Əziz, Bəhram Əliheydər, Anar Səfiyev, xanəndə Mirələm Mirələmov, teleaparıcı Leyla Quliyeva, Milli Parolimpiya komitəsinin prezidenti İlqar Rəhimov, Mədəniyyət Nazirliyinin əməkdaşı Günay Rəhimova və s. insanlar danışıblar. 32 il səhnədə olduğum müddətdə gördüyüm işlərin 10 faizi filmdə yer alıb. Film 1 saat 31 dəqiqə idi. Şükür Allaha, işlər çoxdur. Bunları hər-hansı bir filmə yerləşdirmək mümkü deyil. Təqdimat keçirdik, təqdimatda həm də gecikmiş yubileyim qeyd olundu. Çox sağ olsun dostlarım, mənim sənətimə qiymət verən insanlar ki, teatrımızın tamaşaçı zalı dolu idi. Çox qonaqlar gəlmişdi. Onların hər birinə təşəkkür edirəm. Çox xoş bir bayram əhval-ruhiyyəsi oldu. 32 illik səhnə fəaliyyətimin bir növ hesabatını verdim. Rejissor Vüsal Əsgərova, filmin prodüsserliyini edən İlham Əsədova təşəkkür edirəm. Mənə çox böyük hədiyyə etdilər. Hər bir sənət insanının arzusu olar ki, ona belə bir hədiyyə etsinlər. Mediadan olan, televiziyadan gələn dostlarıma da təşəkkür edirəm. Yəqin ki, hansısa kanalda nümayiş etdiriləndən sonra yutub kanalına yerləşdiriləcək. - 50 yaş ömürün yarısı deməkdir. Həyata keçməyən arzularınız, istəkləriniz varmı?
- Aydın məsələdir ki, var. Oynamaq istədiyim rollar olub ki, yaşım artıq keçib. O rolları bir də oynaya bilməyəcəm. Rejissor kimi isə hazırlamaq istədiyim tamaşalar olub, kimsə hazırlayıb deyə ikinci dəfə həmin əsərə müraciət etmək istəməmişəm. Ümid edirəm ki, bir müddət sonra həmin əsərlərə müraciət edə biləcəyəm. Şəxsi həyatda min şükür, gözəl ailəm var. Şəraitimin daha yaxşı olmasını istəyirəm. Neyçünsə hələ bunu mənə layiq bilmirlər. İnşallah ki, onlar da düzələr. - Yəqin ki, ev problemini nəzərdə tutursunuz? - Bəli, haqlısınız. - Sizin rejissor yanaşmanız fərqlidir. Gənc Tamaşaçılar Teatrının repertuarının formalaşmasında həqiqətən də əməyiniz danılmazdır. Bəs bu illər ərzində nələr istəmisiniz ki, teatrda onlara şərait yaradılmayıb?
- İndi min şükür, hər şey yaxşıdır, qaydasındadır. Ürəyim istəyən əsərlərə müraciət edə bilirəm. Bu günə qədər hazırladığım tamaşaların sayı 50-dən çoxdur. Onlardan ikisi, yaxud üçü mənə istəmədiyim halda verilib. 15-20 il əvvəl hər mövsüm yeni əsərlər gətirmişəm, “bu olmaz, bu olmaz” deyərək teatrdan uzaqlaşdırıblar. Və yaxud da əsəri mən gətirmişəm, baş rejissor götürüb özü hazırlayıb. Belə hallar olub. - Kiminsə tapşırığı ilə aktyorlara rol vermisiniz? - Xeyr, qətiyyən! Ümumiyyətlə tapşırıqla səhnəyə çıxmaq olmaz. Tutaq ki, tapşırıqla rol verdilər, bu adamın istedadı, bacarığı yoxdursa, zatən tamaşaçı onu sevməyəcək, tamaşanın əleyhinə işləyəcək. Mənim xasiyyətimi bildiklərinə görə, belə bir təklif almamışam. Əgər rol verirəmsə, demək ki, mən istəyib həmin aktyora rol verirəm. Məndə tapşırıq, falan keçmir. - Əvvəl teatr haqda “intriqalar yuvası” deyirdilər. Niyə görəsən oranı belə adlandırıblar?
- İntriqa hər yerdə var. İnanmıram ki, haradasa intriqa olmasın. Buna əslində intriqa da demək olmaz. Sadəcə olaraq hər kəs özünü göstərmək istəyir. Bizim işimiz də emosional olduğuna görə, ola bilsin ki, bu sahədə söz-söhbətlər daha çox üzə çıxır. Şükürlər olsun ki, bizim teatrda elə də böyük intriqalar olmayıb. Vaxtilə hansısa əsəri hazırlamaq istəmişəm, teatrın baş rejissoru imkan verməyib. Mən də gedib həmin əsəri başqa teatrda səhnələşdirmişəm. Bunun mənə heç bir təsiri olmayıb. Sadəcə olaraq sağlam rəqabət olmalıdır. Heç kəsi şərləmədən, heç kəsə badalaq gəlmədən, fikirləşirsən ki, filankəs yaxşı tamaşa hazırlayır, mən niyə ondan yaxşısını hazırlamayım? Və öz üzərində çalışıb, özünü inkişaf etdirirsən. - Bəzən deyirlər ki, filan rejissorun aktyoru yaxud aktrisası. Sizin haqqınızda da belə deyilirmi?
- Hə, mənim haqqımda da bu cür sözlər deyilir. Amma bu deyilənlər həqiqət deyil. Aydın məsələdir ki, işləmək üçün rahat olan aktyorlar var. Bir-birimizi rahat başa düşürük. Mənim üçün bütün kollektiv çox doğma, sevimlidir. Sadəcə rol uyğun gəldikdə mən həmin adamlarla işləyirəm. Kəmalə Müzəffərə deyirdilər ki, Nicat Kazımovun aktrisasıdır. Amma Kəmalə xanım məndən başqa bir çox rejissorlarla işləyib. Kəmalə xanımla “Pəri Cadu” dan bir xeyli keçəndən sonra mən onunla “Qağayı” tamaşasında çalışmışam. Təxminən 10-12 il fasilədən sonra. Sadəcə rol onun rolu idi. Son vaxtlar mənim tamaşamda Bəhram Əliheydər, Anar Səfiyev oynayır. Rola uyğun gəlirlər deyə oynayırlar. - Rejissorun sənətçiyə zülm edib, sevdiyi teatrı, səhnəni ona nifrət etdirməyə haqqı varmı? Yəni, sənətlə məşğul olmağın, məşqin də bir əndazəsi var.. Fədakarlıq, sənətsevərlik və s. bunları qoyuram kənara. Bir müddət əvvəl bir neçə sənətkarla həmsöhbət olmuşdum, onlar gileylənirdilər ki, rejissor bizi premyeraya bir gün qalmış da məşq etdirir. Sizcə bu qədər məşq olar?
- Mən düşünürəm ki, aktyor öz peşəsini sevirsə, öz peşəsini sevərəkdən bu sahəyə gəlibsə, onun üçün məşq əzab olmalı deyil. Premyeradan bir gün öncə məşqin olması normaldır. Tamaşaya baxış olur, baxışdan sonra hər-hansısa düzəlişlərə ehtiyac varsa, bunu premyera qabağı edirsən. Bilmirəm, danışan aktyorlar kimlərdir, söhbət hansı tamaşadan gedir?! Bu fikir qətiyyən düz deyil. “Pəri cadu” tamaşasının işığını mən tamaşanın premyerası günü qurmuşdum. Səhər tezdən aktyorlar məşqə gəliblər, axşam da tamaşa təqdim olunub. Çox da uğurlu da bir premyera olmuşdu. Aydın məsələdir ki, rejissorun, ümumiyyətlə heç kəsin aktyoru teatrdan iyrəndirməyə ixtiyarı yoxdur. Rejissor despot da, manyak da ola bilər, amma teatrı sevərəkdən bunu edirsə, o aktyorları da sevir. Danlamağın, irad bildirməyin özü belə sevərəkdən olur. Şükürlər olsun ki, hələ mənimlə aktyorların arasında belə bir narazılıq yaşanmayıb. Ümid edirəm ki, yaşanmayacaq da. İlk növbədə mən aktyorları sevirəm. Çalışıram ki, bizim sevgimiz qarşılıqlı olsun. - Nicat bəy, oğlunuz Mirsənan da bu sənətlə məşğul olur. Ona ən böyük dəstəyiniz nə olub?
- Bəli, böyük oğlum Mirsənan aktyordur. Kiçik oğlum Mirismayıl Memarlıq və İnşaat universitetinin tələbəsidir, dizayner ixtisası üzrə təhsil alır. Böyük oğluma dəstək yox, onun bu sənətə gəlməyinin əleyhinə olmuşam. Bacarmadım, gəldi. Yaxşı ki, gəldi. İndi hərbi xidmətdədir. Sağ-salamat bütün əsgərlər kimi qayıdıb gəlsin, inşallah. Qayıdan sonra bizim teatrda öz işinə davam edəcək. Mənim ona ən böyük dəstəyim düzgün yol göstərmək, yaxşı nümunə olmaq olub. Gözünü açıb ətrafında sənəti sevən, sənətə hörmət edən insanları görüb. Düşünürəm ki, onun zəhmətkeşliyi də, teatra hörməti də bu kökün üstündə bitəcək. Buna çox ümid edirəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31 |
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43 |
|
|
|
• Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40 |
|
|
|
• Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38 |
|
|
|
• “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35 |
|
|
|
• Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32 |
|
|
|
• Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21 |
|
|
|
• `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18 |
|
|
|
• Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14 |
|
|
|
• Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00 |
|
|
|
• Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58 |
|
|
|
• Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56 |
|
|
|
• "Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54 |
|
|
|
• Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43 |
|
|
|
• İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35 |
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
|