Əslən Kazandan olan rusiyalı Dinara Salyaxova “Miss Avropa 2024” gözəllik müsabiqəsinin qalibi olub.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Bolqarıstanın Plovdiv şəhərində keçirilən müsabiqədə İtaliya, Portuqaliya, Naderland, Almaniya, Ukrayna daxil olmaqla 25 ölkənin nümayəndəsi iştirak edib.
Müsabiqədə 34 yaşlı Dinara tacı qazanmaqla yanaşı həm də əlavə iki mükafat - “Müsabiqənin sponsorunun seçimi” və “Ən yaxşı milli geyim” alıb. Milli geyimlərin nümayişi mərhələsində Salyaxova Tatarıstan Respublikasının ənənəvi libasını geyinib.