"O gün baxıram ki, tiktokda çox insan biri-birinə rahatlıqla söyüş söyür. Fikirləşirəm ki, artıq söyüş belə sambalını, mahiyyətini, çəkisini itirib".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində deyib. O, sosial şəbəkələrdə insanların artıq söyüşə əhəmiyyət vermədiyini bildirib:
"Əvvəl kimsə birinə nakişi deyəndə onu o qədər düşünürdü, ölçürdü ki, qarşısındakı insan bu sözə layiqdirmi. İndi yeri gəldi-gəlmədi kimsə post paylaşanda, biri kiminləsə görüşəndə söyüş söyürlər. Söyüş belə çəkisini itirib. Heç kim artıq söyüşə əhəmiyyət vermir".