“İNSANLARIN MƏNİ TƏNQİR ETDİKLƏRİNİ GÖRDÜM”
Tarix: 4-11-2011, 13:24 |
Çap et
“DUMAN OLDUĞUNDAN YOL GÖRÜNMÜRDÜ”
Populyar müğənni Rəqsanə bir neçə gün əvvəl üzləşdiyi yol qəzası haqda danışıb.
Day.Az-ın verdiyi məlumata görə, hələ də özünü pis hiss etməsinə baxmayaraq ANS-in "Günəbaxan" verilişinə çıxmış ifaçı deyib:
"Hər şey gözlənilmədən baş verdi. Duman olduğundan yol görünmürdü. Maşını mən yox, prodüserim Təranə idarə edirdi. Mən artıq sükan arxasına əyləşməyə qorxuram və özümə sürücü tutmuşam. Bəzi saytlarda şərhləri oxudum və insanların məni tənqid etdiklərini gördüm. Hamıya demək istəyirəm ki, baş verənlərdə mənim günahım yoxdur. Bu, hər kəsin başına gələ bilər".