XALQ MAHNILARINDAKI EROTİKA–1 (FOTO)
Tarix: 13-11-2011, 17:53 |
Çap et
“GİRƏYDİM YAR QOYNUNA - ÇIXAYDIM TƏRLİ-TƏRLİ”
DİA.AZ: - Hər bir millətin maraqlı məqamları var. Bizim də xalq mahnılarımız, dastanlarımız, folklorumuz hər zaman maraq çəkib. Bu dəfə isə biz bir başqa marağa nəzərinizi yönəltmək qərarını verdik. Söhbət mahnılarımızdakı erotikadan gedir.
Hər halda yəqin ki, çoxlarınızı düşündürb ki, nədən bağa üzümə girən oğlan yarını ancaq əyiləndə görür. Və yaxud da nədən yarı qaragilənin otağına onu oyatmaq üçün gəlir...
Biz də bu andan etibarən xalq yaradıcılığında nəzərləri cəlb edən bu MARAQLI məqamları diqqətinizə çatdırmaq qərarına gəldik. Beləliklə erotik xalq mahnıları...
...Gəlin gedək bizim bağa
Hərə çıxaq bir budağa
Ləb-ləbə, dodaq-dodağa
A tirmə köynək,
Ay sarı çəpkək
...Günəş getdi batmağa,
Can atıram yatmağa,
Əllərim öyrənibdir
Şux məmə oynatmağa.
...Ay doğdu nərli-nərli,
Qapılar qoşa pərli
Girəydim yar qoynuna
Çıxaydım tərli-tərli.
...Bu gələn yar olaydı
Əlində nar olaydı
ikimiz bir köynəkdə
Yaxası dar olaydı.
Davamı olacaq. Bizi izləyin...