MƏHƏBBƏT KAZIMOVUN DA VƏZİYYƏTİ PİSLƏŞDİ
Tarix: 14-11-2011, 14:34 |
Çap et
MÜĞƏNNİ TƏDBİRİ YARIMÇIQ QOYMALI OLUB
Populyar müğənni Məhəbbət Kazımov şadlıq saraylarından birində çıxış edərkən qəflətən halı pisləşib. Bu barədə Oxumeni.az-a müğənninin yaxınları məlumat veriblər.
Məlumatda bildirilir ki, uzun müddətdir qan təzyiqindən əziyyət çəkən müğənni səhnəyə çıxıb bir neçə mahnı oxuduqdan sonra özünü pis hiss edib. Onun təzyiqi yüksəlib. Bu səbəbdən müğənni tədbiri yarımçıq tərk etməli olub.
Hazırda müğənninin vəziyyəti stabildir. O, ev şəraitində müalicə alır.