MÜSAVATDA RAFİQ ƏLİYEV MÖVZUSU
Tarix: 14-11-2011, 17:31 |
Çap et
PARTİYA DİVANI TOPLANTI KEÇİRİB
Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, öncə qərarların icrası və görülən işlərə baxılıb.
Gündəliyin partiyadaxili məsələlər bölümündə qurultaya hazırlığın gedişi haqda müzakirələr aparılıb. Son bir həftə ərzində rayon təşkilatlarında keçirilmiş hesabat-seçki konfransları haqqında məlumat verilib. Görüləcək işlərlə bağlı konkret qərarlar qəbul edilib və tapşırıqlar verilib.
İctimai-siyasi vəziyyətə dair məsələnin müzakirəsi zamanı Ziyalılar Forumunda iştirakına və fəal ictimai mövqeyinə görə məşhur alim Rafiq Əliyevin ADNA-da kafedra müdiri vəzifəsindən çıxarılması haqda fikir mübadiləsi aparılıb.
Divan İctimai Palatanın 15 noyabr tarixində keçirmək istədiyi piketə razılıq verilməməsini qınayıb.
Toplantıda Suriyanın Ərəb Ölkələri Liqasından xaric edilməsi haqda da fikir mübadiləsi aparılıb. Ərəb Ölkələri Liqasının tutduğu prinsipial mövqe təqdir edilib. Bu qərarın ərəb dünyasında baş verən demokratik dəyişikliklər prosesinin tərkib hissəsi olduğu vurğulanıb.
Sonda cari məsələlərə baxılıb.