“YAŞARIN SƏHHƏTİ HƏLƏ DƏ KRİTİKDİR”
Tarix: 15-11-2011, 18:22 |
Çap et
XALQ ARTİSTİNİN VƏZIYYƏTİNİN AĞIR OLDUĞU BİLDİRİLİR
“Yaşarın səhhəti hələ də kritikdir. Süni nəfəs aparatına qoşulu vəziyyətdədir". Bunu açıqlamasında Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində müalicə olunan xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva bildirib.
Onun sözlərinə görə, həkimlərin Yaşarın vəziyyətinin ağır olduğunu deyir: "Xəstəxanadan indi gəlirəm. Həkimləri ilə görüşdüm və onun vəziyyətinin ağır kritik olduğunu bildirdilər".
Rəhimə xanım onu da əlavə edib ki, aktyorun yanına heç kim buraxılmır: "Süni nəfəs aparatına qoşulduğuna görə qidalana bilmir. Ümidimiz yenə də Allahadır. Bütün günü dua edirik”.
Qeyd edək ki, Y. Nurinin səhhəti bu il sentyabrın 15-də də qəflətən pisləşmiş, aktyor bir müddət Dövlət Gömrük Komitəsinin Hospitalında müalicə almışdı.
Xalq artisti ötən ilin sonu, bu ilin əvvəlində isə Türkiyənin İstanbul Memorial Xəstəxanasında uzun müddət müalicə olunub.