"ƏRƏ GEDƏCƏYİM ŞƏXS ÇƏKMƏÇİ DƏ OLA BİLƏR..."
Tarix: 28-11-2011, 12:50 |
Çap et
XANA HƏR TOYA GETMİR
Azərbaycanlı müğənni Xana hər toya getmir. O, bunu Day.Az saytına müsahibəsində bildirib.
"Toylara gedirəm. Amma yalnız yaxın dostların toylarına", - deyə o, qeyd edib.
Şəxsi həyatı haqda sualı cavablandıran ifaçı şou-biznes nümayəndəsilə ailə qurmağın əleyhinə olmadığını söyləyib: "Sevdiyim şəxslə ailə quracağam. O, artist də ola bilər, çəkməçi də. Bunun əhəmiyyəti yoxdur".