Novxanı Bələdiyyə sədrinin “torpaq sevgisi”... - İLGİNC İDDİALAR...
Tarix: 10-01-2024, 10:38 | Çap et
Novxanı bəldiyyəsinin sədri Şahin Tağıyevin uzun illərdir ki, bu kəndi şəxsi təsərrüfatı kimi idarə etdiyi heç kimə sirr deyil . Ölkə mediasında bugünə qədər yer alan yazıların təhlili də göstərir ki, bələdiyyə sədri uzun illər ərzində yalnız şəxsi maraqları uğrunda “tər töküb”. Bunu anlamaq üçün həm Şahin Tağıyevin malik olduğu nəhəng sərvətə, həm də Novxanı kəndinin acınacaqlı durumuna nəzər salmaq kifayətdir. Təsadüfi deyildir ki, bu gün Novxanı Bakı kəndləri arasında ən baxımsız kənd kimi səciyyələndirilir. Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, dağılan yollar, vətəndaşların şəxsi vəaiti hesabına reallaşan kommunal layihələr, görkəmindən miskinlik və baxımsızlıq yağan küçə və səkilər Şahin Tağıyevin kəndə olan münasibətinin göstəricisidir.
Məlumat üçün qeyd edək ki, Şahin Tağıyev həm də vətəndaşlara olan laqeyd və ironik münasiibəti ilə diqqət çəkir. Belə ki, kənd yollarının sıradan çıxdığını, təmir və bərpaya ehtiyacı olduğunu, xüsusilə də qış aylarında bu yollardan istifadənin çətin və təhlükəli olduğunu bildirən, bununla bağlı bələdiyyə sədrinə öz narazılığını çatdıran vətəndaşlardan birinə Şahin Tağıyevin verdiyi cavab şokedicidir. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, vətəndaşın şikayətini dinləyən bələdiyyə sədri yolların bərbad vəziyyətindən şikayət edən hər kəsə “Jeep” marakılı avtomobil almağı məsləhət görüb. Bələdiyyə sədri bildirib ki, “Jeep” avtomobillərinin altı hündür olduğu üçün onlarla çala-çuxur yollarda hərəkət etmək daha asandır. Xatırladaq ki, hazıda Şahin tağıyevlə yanaşı, Novxanı bələdiyyəsinin əksər əməkdaşları məhz “Jeep” markalı avtomobildən istifadə edir.
Mətbuatda sabiq MTN şefi Eldar Mahmudova bağışlanan villalar, qiymətli hədiyyələr, “aylıq”lar barədə yazılar dərc edilir. Bir neçə gün əvvəl saytlar Abşeron RİH-nin keçmiş başçısı ( hazırda Sumqayıt şəhərinin başçısı ) Zakir Fərəcovun Eldar Mahmudova Abşeron rayonu ərazisində villa bağışladığı barədə xəbər yaymışdı. Bununla yanaşı cumhuriyyet.az-a daxil olan məlumata görə, Zakir Fərəcov keçmiş MTN şefinə təkcə villa bağışlamayıb, həm də rayonun ərazisində böyük torpaq sahələri hədiyyə edib. Bu işdə Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev daha çox əliaçıqlıq edib. Məlumatda qeyd olunur ki, Şahin Tağıyev təkcə icra başçısının tapşırığını yerinə yetirmək üçün deyil, həm də məşhur motellərin birində çəkilmiş “disk”i almaq üçün belə səxavət göstərib.
Şübhəsiz ki, Şahin Tağıyevin torpaq alverinin miqyasına, habelə qazandığı pulların başgicəlləndirici məbləğinə baxsaq, bələdiyyə sədrinin heç də “tənbəl adam” olmadığını görərik. Hər şeydən öncə qeyd edək ki, Novxanı Bakı kəndləri arasında yeganə kənddir ki, burada bir qarış da olsun boş torpaq sahəsi yoxdur. Bütün torpaq sahələri Şahin Tağıyev və onun yaxın ətrafı tərəfindən illər öncə mənimsənilib ki, bura örüş sahələri, yol və səkilər də daxildir. İşin ən maraqlı tərəfi isə bu toprpaq sahələrinin böyük əksəriyyətinin bələdiyyə sədri tərəfindən qanuni imitasiya etmək yolu ilə mənimsənilməsidir. Bu mənimsəmənin qanun pərdəsi altında necə baş verməsi haqqında növbəti reportajımızda ətraflı məlumat verəcəyik. Hələlik isə cumhuriyyet.az olaraq qeyd edək ki, bələdiyyə sədri kənddəki bütün örüş sahələrini, eləcə də kəndin girişində – yamac boyu ərazilərdəki ənənəvi örüş yerlərini müxtəlif iş adamlarına, məmur və oliqarxlara satmaqla böyük pullar əldə edib. Kənddə bu gün satışa çıxarılan torpaq sahələrinin 90%-i Şahin Tağıyev və onun yaxın ətrafına məxsus olan, illər öncə sənədləşdirilən torpaq sahələridir. Hansı ki, bələdiyyə sədri bu yolla öz daimi gəlirini təmin edir, nəvə-nəticələri üçün “gün ağlayır”.
Gələn yazımızda:
Bələdiyyə sədri Sovet İttifaqı Qəhrəmanının adını daşıyan hansı küçədəki yolu satıb? Şahin Tağıyevin “hərrac fırıldağı”: Hamının bilib heç kimin bilmədiyi nədir? Şahin Tağıyev ona “pul atan” qadın məmur haqqında niyə susmağa üstünlük verib? Bələdiyyə sədrini iri məmurların kənddə apardığı villa tikintisinə hansı maraq gətirir? Şahin Tağıyevi himayə edən kölgədəki məmur kimdir və bu himayənin əvəzində nə əldə edir? Bələdiyyə sədrinin “qaz vurub qazan dolduran” İlqar adlı əməkdaşı kimdir?
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35 |
|
|
|
• Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22 |
|
|
|
• Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur - İNCƏLƏMƏ
Bu gün, 07:19 |
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
|