OQTAY ŞİRƏLİYEVİN DƏRMAN MONAPOLİYASI
Tarix: 17-12-2011, 11:15 | Çap et
APTEK BİZNESİ UĞRUNDA MÜBARİZƏDƏ KİM QLİB GƏLƏCƏK?
DİA.AZ: - Ölkədə aparılan antikorrupsiya tədbirləri və bir sıra kadr islahatları ən çox tənqidə məruz qalan səhiyyə sisteminin iç üzünü açmaqdadır. Uzun illər mətbuatın tənqid etdiyi bu sahədə son on ildə bir neçə dəfə kadr dəyişikliyi aparılsa da, təəssüflər olsun ki, uğurlar xəstəxanaların qapısından palatalara qədər edilən «hörmət»dən o tərəfə keçmədi. Əslində, xalqın səhiyyə sistemindəki islahatlardan sonra bu sahədə qanunsuzluqların aradan qaldırılacağına ümidi böyük idi. Çünki digər sektorlardan fərqli olaraq bu sahədə təkcə kiçik vəzifələrdə çalışan məmurlar deyil, həm də nazir dəyişikliyi olmuşdu.
Oqtay Şirəliyevin gizli avtobioqrafiyası
Belə ki, 2005-ci ildə sabiq səhiyyə naziri Əli İnsanov dövlət çevrilişində təqsirli bilinərək həbs olunmuş, yerinə hazırkı nazir - Oqtay Şirəliyev gətirilmişdi. Ancaq yeni nazirin (artıq altı ildir o, bu postdadır) avtobioqrafiyası bu günün özündə də ictimaiyyətə tam təfsilatı ilə aydın deyil. Bu barədə məlumat əldə etmək isə o qədər də asan deyil. Çünki Səhiyyə Nazirliyinin rəsmi saytında da onun haqqında heç bir məlumat yerləşdirilməyib. Bununla bağlı bir neçə mənbəyə baş vursaq da, nazirin tərcümeyi-halını tam öyrənə bilmədik. Odur ki, qeyri-rəsmi mənbələrdən əldə etdiyimiz məlumatlarla kifayətlənməli olduq. Həmin məlumatlarda isə qeyd olunur ki, O.Şirəliyevin nəsli əslən Cənubi Azərbaycandan gəlmədir. Onun bu posta gətirilməsi isə həmişə sual doğurub. Qeyd edək ki, 2005-ci ildə sabiq səhiyyə naziri Əli İnsanovun həbsə alınmasından sonra respublika Diaqnostika Mərkəzinin direktoru vəzifəsini tutan O.Şirəliyev üçün yüksəliş şansı yarandı. Beləliklə, o, bu şansdan yararlanmağı bacardı və sonda nazir kreslosunda otura bildi. Əldə etdiyimiz məlumata görə, səhiyyə sisteminin alternativsiz rəhbəri sayılan O.Şirəliyev heç bir oliqarx qruplaşmaya qoşulmur, başqalarına da öz biznes sahələrinə müdaxilə etməyə imkan vermir. Bu azmış kimi, bütün dövlət və özəl tibb ocaqlarına nəzarəti əlindən saxlayan səhiyyə şefi ayrı-ayrı məmurlara məxsus olan tibb müəssisələrini də sıradan çıxarmağı bacarıb. Məlumat üçün bildirək ki, onun nazir təyin olunmasına qədər bir çox məmurlar səhiyyə sisteminə də «əl tapmış» və paytaxtda bir neçə özəl klinikalar açdıra bilmişdilər. Onun inadlı mübarizəsindən sonra isə həmin klinikaların ya fəaliyyəti dayandırılmış, ya da onun üzərində sərəncam hüququ O.Şirəliyev ixtiyarına keçmişdir. Bunu nazirin digər oliqarxlar üzərində ilk qələbəsi kimi də qiymətləndirinlər.
Genefonda tuşlanan silah
Qeyd edək ki, O.Şirəliyev təkcə özəl klinikaları ram etmədi. Eyni zamanda o dərman preparatlarının idxalına nəzarəti və aptekləri də öz mütləq-hakimliyinin təsir dairəsinə çevirə bildi. Ölkədə nömrəli apteklər birmənalı olaraq Səhiyyə Nazirliyinin nəzarətinə keçdi. Bildirilir ki, Bakıda nömrəli apteklərin sayı 400-ə yaxındır. Redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, bu apteklərin hər biri səhiyyə nazirinin işbirliyi qurduğu firmalardan dərman alırlar. «Əgər hansısa aptek o firmalardan dərman almasa, onun məsələsinə Səhiyyə Nazirliyi rəhbərliyi səviyyəsində baxılır. Aptekin taleyinə gəlincə isə, ən yaxşı halda onu qapadırlar» - deyə mənbə vurğulayır.
Qeyd edək ki, bir çox ölkələrin səhiyyə nazirlikləri ölkəyə Hindistan dərmanlarının idxalına qadağa qoyub. Bu ölkədən gətirilən keyfiyyətsiz dərmanların genefonda ağır zərbə vurduğu bildirilir. Ancaq Oqtay Şirəliyevin əməkdaşlıq etdiyi firmalar daha çox Hindistan dərmaları idxal edirlər. Mənbə bildirir ki, təkcə Bakıda 10-a yaxın böyük dərman deposu var ki, bunların əksəriyyəti səhiyyə nazirinin nəzarətindədir. Onu da əlavə edək ki, Azərbaycanda qeydiyyatdan keçən dərmanların bir hissəsi də Rusiya, Ukrayna, Almaniya, Polşa və digər Avropa ölkələrindən idxal olunur. Həmin dərmanların ölkəyə gətirilməsi işinə də nazirin şəxsən rəhbərlik etdiyi bildirilir. Əgər bir neçə il bundan əvvəl hansısa şəxslər və ya firmalar da xaricdən dərman gətirə bilirdilərsə, artıq bunun qarşısı alınıb.
Aptek savaşının görünməyən tərəfləri
Ölkədə aparılan antikorrupsiya siyasəti bir çox iş adamlarının monopoliyalardan «qurtuluş savaşı» aparmasına şərait yaradıb. Ona görə də bir çoxları özəl bizneslərini istədikləri kimi idarə etməyə çalışırlar. Bu da indiyədək müəmmalı qalan mətləblərin görünməyən tərəflərini üzə çıxarır. Mənbə bildirir ki, bir çox aptek sahibləri də bu mübarizənin iştirakçısına çevrilib. Mənbələr bildirirlər ki, həmin şəxslər Oqtay Şirəliyevin apteklər üzərində nəzarətini zərərsizləşdirməyə çalışırlar, nəzarətdən çıxmağa can atırlar.
«Avromed», «Riyad-renta», «Riyad-Qafur», «Nur» və s. kimi şirkət və firmalar aptekləri öz nəzarətlərinə məcburi götürməklə böyük savaş meydanı açıblar. Mətbuatın yazığına görə, İnnovasiya və Təhcizat Birliyinin baş direktoru rüstəm rüstəmbəyov, Baş mühasibi Fuad Qəmbərli hər ay bütün aptek və dərman depolarından aylıq əlavə ödəniş alırlar. Onlar bunu nazirlikdən verilən göstəriş kimi təqdim edirlər. Mənbə bildirir ki, son günlər apteklərdə ümumiyyətlə təminat, təchizat, keyfiyyət, qiymət nəzarətdən çıxıb. Aptek və depo sahibləri bildirirlər ki, artıq Səhiyyə Nazirliyi xəstələrlə, onların sağlamlığı ilə məşğul olmalıdır. «Nazir Oqtay Şirəliyev bizə yox, xəstəxanalara göstəriş verə bilər» deyə vurğulayırlar. Bakı, Sumqayıt, Gəncə, Lənkəran ümumiyyətlə, respublikanın bütün bölgələrində olan aptek və xəstəxana rəhbərlərinin davranışları deyilənləri təsdiqləyir.
Dərman biznesində Elsevər Ağayev faktoru
Bu arada səhiyyə nazirilə bağlı daha maraqlı bir xəbər də yayıb. Bildirilir ki, Oqtay Şirəliyev ən total mahiyyət kəsb edən dəyişikliklərə getmək niyyətindədir. Mənbənin bildirdiyinə görə, səhiyyə sistemində adı ən çox korrupsiyada hallanan məmurlardan biri kimi təqdim olunan nazir müavini Elsevər Ağayev bu günlərdə vəzifəsindən azad edilə bilər.
Onu da deyək ki, Elsevər Ağayev Səhiyyə Nazirliyində Əli İnsanovdan qalan yeganə kadrdır və onun oliqarxların içində çox ciddi müdafiəçiləri olması Oqtay Şirəliyevi ciddi narahat edir. Bir sözlə, bu adam nazir üçün ciddi problemə çevrilib. Mənbə onu da bildirir ki, əvvəllər nazirlikdə olan nüfuzundan istifadə edən Elsevər Ağayev həm də ölkədə dərman satışına nəzarət edən qüvvələrdən biri kimi tanınırdı. Onun inhisarında olan aptek biznesi isə bu gün ən gəlirli sahələrdən hesab olunurdu. Lakin son vaxtlar Elsevər Ağayevin arxasında dayanan qüvvələrin yuxarı dairələrin yanındakı mövqeləri zəiflədiyindən nazirin mübarizə imkanları artıb: «Elsevər Ağayevin qeyri-rəsmi səlahiyyətləri əlindən alınıb. O, demək olar ki, dərman biznesindən kənarlaşdırılmaq üzrədir».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35 |
|
|
|
• Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22 |
|
|
|
• Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur - İNCƏLƏMƏ
Bu gün, 07:19 |
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
|