Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                 

GORANBOY XANINA HƏBSXANADAN ŞOK İTTİHAMLAR
Tarix: 8-07-2013, 10:40 | Çap et
GORANBOY XANINA HƏBSXANADAN ŞOK İTTİHAMLAR
DİA.AZ: - Goranboyun icra başçısı Nizaməddin Quliyev tərəfindən şərlənərək həbs olunmuş iş adamı Müqayis Verdiyev növbəti dəfə Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Sahibkar bu müraciətində başına gətirilən oyundan və həbsdə olmasının hələ də səbəbini bilməməsindən bəhs edib.

DİA.AZ bildirir ki, Verdiyev müraciətində deyib ki, o, indiyə qədər ölkədə həyata keçirilən yenidənqurma və tikinti sahəsində gücü çatdığı qədər iştirak etməklə yanaşı, həm də köməkliyini göstərməyə çalışıb. «Cənub Prezident, mən uzun illərdir rayonlarımızın abadlaşdırılması və yenidənqurulması istiqamətində həyata keçirdiyiniz layihələrdə yaxından iştirak edirəm. Bu illər ərzində Yevlaxda abadlaşdırma və yenidənqurma işlərinə görə məni təqdir edərək, təşəkkürünüzü bildirmisiz. Eyni olay İmişli rayonunda da yaşanıb və Siz böyüklük göstərərək mənim gördüyüm işlərə ən yüksək qiymət vermisiniz. Lakin Goranboyda mənim deyil, icra başçısı Nizaməddin Quliyevin günahı üzündən işlər yarımçıq qaldı. Belə ki, o, mənim fəhlələrə verməli olduğum halal 156 min manatımı ödəməkdən imtina etdi. Həmin pulu mənimsədiyindən ört-basdır etmək üçün mənə şər ataraq, həbs etdirdi».

İş adamı daha sonra bildirib ki, Goranboyun icra başçısı Nizaməddin Quliyevin onu şərləməsinin əsas səbəbi oğlu Ramal Quliyevin əməlləri olub. O qeyd edib ki, icra başçısının oğlu Ramal Quliyev «Fəqan Xidmət» şirkətinin qeyri-rəsmi rəhbəridir. Eyni zamanda, Goranboyda həyata keçirilən tenderlərin də hamısı bu şirkətə həvalə olunub. «Amma Ramal Quliyev dəfələrlə atasını ciddi şəkildə borca salıb. Məsələn, hələ bir neçə il bundan əvvəl Ramal Quliyev Kapital Bankın Mingəçevir şəhər filalının rəhbəri olarkən 500 min manat pulu götürərək, xarici dövlətlərdən birində qərarlaşmışdı. Həmin pulu isə atası Nizaməddin Quliyev qaytarmalı olub. Bu dəfə də tenderin pullarını mənimsəyən oğul Quliyev atası üçün əlavə problem yaratmışdı ki, nəticədə həmin borcları bağlamaq zərurəti yaranmışdı. Oğlunun əməllərini brt-basdır etməyə çalışan Nizaməddin Quliyev müavini Baxış Abdullayevə göstəriş verərək, 5-6 fəhləni aldatmaq yolu ilə İcra Hakimiyyətinin binası qarşısına çıxararaq, onların aksiyasını təşkil etmişdi. Amma bununla da kifayətlənməyib, yuxarı dairələrə guya, mənim «iğtişaş» törətdiyim barədə məlumat ötürüblər. Halbuki bu işdən mənim qətiyyən xəbərim olmayıb. Üstəlik, həmin fəhlələr yazılı şəkildə müraciət edərək, mənimlə əlaqəli olmadıqlarını və Baxış Abdullayev tərəfindən öyrədildiklərini bildirmişdilər».
Müqayis Verdiyev daha sonra vurğulayıb ki, onun heç bir zaman ölkədə və ya ölkənin hansısa məntəqəsində iğtişaş törətmək niyyəti olmayıb. «Cənab Prezident, mən hər zaman atanız, Ümummilli Liderimiz Heydər Əliyevə və Sizə sədaqətli olmuşam. Bunu sözdə yox, əməldə də sübut etməyə çalışmışam. Hələ 1994-cü ildə Gəncədə Surət Hüseynov dövlət çevrilişinə cəhd edəndə mən onlara qarşı çıxmaqla yanaşı, həm də cənab Prezident Heydər Əliyevin şəhərə təyin etdiyi icra başçısını qoruyaraq, onun fəaliyyətini davam etdirməsinə yardımçı olmuşam. Həmin vaxt şəxsi maşınımı belə onun ixtiyarına vermişəm. Hətta bu hərəkətlərimə görə, Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev cənabları da keçirilən müşavirədə adımı çəkərək, hamını dövlətçiliyə mənim kimi sədaqətli olmağa çağırıb. Həmin vaxt belə əlimdə yetərli qədər imkan olub ki, iğtişaşlar törədim. Amma mən dövlətimə, onun başçısına sədaqət nümayiş etdirmişəm. Bu gün də eyni mövqedəyəm və kimsə bunu dəyişə bilməz. Əgər bu gün kimsə Azərbaycandakı sabitliyi pozmağa cəhd edərsə, yenə də mən və mənim kimi Sizə sədaqətli insanlar onun qarşısını almaq üçün əlindən gələni edəcəklər».

Goranboyun icra başçısı Nizaməddin Quliyevin ona şər atdığını, haqqında qaldırılmış cinayət işinin isə qondarma olduğunu bildirən sahibkar qeyd edib ki, bu gün həbsdə günahsız yerə yatması ədalətsizlikdir və bu məsələ araşdırılmalıdır. «Mənim ən böyük «günahım» Goranboyda görülən işlərdə çalışan fəhlələrin əmək haqlarını icra başçısı Nizaməddin Quliyevdən istəməyimdir. Çünki onlar da ailə başçılarıdırlar və evlərinə bir tikə çörək aparmaq istəyirlər. Onların haqqını kəsmək haqsızlıq və ədalətsizlik olardı. Bunu Siz də müşavirələrdən birində qəti şəkildə bəyan etmisiniz ki, görülən işlərə görə bütün işçilərin haqları vaxtında və bütünlüklə verilməlidir. Əgər dövlətə və dövlətçiliyə görə həbsdə qalmaq lazımdırsa, buna hazıram. Lakin Goranboyun icra başçısı Nizaməddin Quliyevin oğlu ilə olan probleminin qurbanı olmaq mənə ağır gəlir. Belə icra başçıları əminliklə vurğulayıram ki, Sizin gördüyünüz işlərə kölgə salmaqla məşğuldur. Səbəb isə özlərinin büdcə pulları hesabına daha da varlanması üçün çalışmalarıdır».

Müqayis Verdiyev daha sonra vurğulayıb: «Cənab Prezident, əminəm ki, Siz tezliklə barəmdə qaldırılmış cinayət işinə xitam verilməsi barədə göstəriş verərək, ədaləti bərpa edəcəksiniz. Siz İmişli rayonunda sahibkarlarla bağlı yaranmış problemlə bağlı məsələyə müdaxilə etdikdən sonra böyük bir humanizm nümayiş etdirərək, ədaləti bərpa etmişdiniz. Həmin vaxt biz sahibkarlar bir daha əmin oluq ki, Prezident İlham Əliyev bizim dayağımız və köməyimizdir. Bu gün də həmin fikirdəyik və birmənalı olaraq vurğulayırıq ki, hər zaman Sizin siyasətinizi qəbul edib, onu dəstəkləmişik. Və bundan sonra da belə olacaq».









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru