MİRMAHMUD MİRƏLİOĞLU GERİ ÇƏKİLİRMİ?
Tarix: 10-07-2013, 12:10 |
Çap et
KXCP-nin prezident seçkilərində öz namizədi ilə iştirakı məsələsinin gələn həftə Ali Məclisin müzakirəsinə çıxarılacağı gözlənilir. Bu barədə APA-ya Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin sədri Bəybala Əbil məlumat verib. O bildirib ki, KXCP sədri Mili Şuranın vahid namizədini müdafiə etdiyini və öz namizədliyini geri götürəcəyini dəfələrlə söyləyib: “Ancaq məsələnin prosedur qaydalarına gəldikdə isə buna Ali Məclisinin sessiyasında baxılacaq. Bu, Ali Məclisin səlahiyyətində olan məsələlərdir. Güman ki, gələn həftə keçirilən sessiyada bu məsələyə baxılacaq”.
KAXCP sədri Mirmahmud Mirəlioğlu isə məsələni şərh etməkdən imtina edib.
Xatırladaq ki, KXCP Ali Məclisinin 2013-cü il 26 yanvar tarixli qərarı ilə Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi irəli sürülüb.