AMERİKA PREZİDENTİNDƏN QƏRİBƏ TƏLİMAT
Tarix: 11-07-2013, 10:54 |
Çap et
OBAMA: "BİR-BİRİNİZİ GÜDÜN"FaktXəbər-in verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Milli Təhlükəsizlik Agentliyinin (MTA) sabiq əməkdaşı Edvard Snoudenin ölkəsinin qlobal dinləmə proqramını mətbuata sızdırmasından sonra federal agent və kəşfiyyatçılara qəribə göstəriş verib. Ağ Ev başçısı gələcəkdə baş verə biləcək kəşfiyyat sızıntılarının qarşısını almaq məqsədiylə federal agentlərin bir-birindən şübhələndiyi təqdirdə rəhbərliyə hesabat verməsini istəyib.
Qeyd edək ki, kəşfiyyatçılardan iş yoldaşlarının həyat tərzi və davranışlarına xüsusi diqqət göstərməsini istəyən ABŞ prezidenti, bu yolla Vaşinqtonun təhlükələrdən qoruna biləcəyini iddia edib.