RUHANİ FƏRQLİ TAKTİKA YÜRÜDÜR
Tarix: 11-07-2013, 10:57 |
Çap et
İRANLI NAZİR DƏYİŞİKLİKDƏN DANIŞDIİranın yeni seçilmiş prezidenti Həsən Ruhani dünya ilə konstruktiv qarşılıqlı əlaqələr axtarır. DİA.AZ-ın Press TV telekanalına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Almaniyanın Frankfurt şəhərində təşkil edilmiş beynəlxalq konfransda İranın neft naziri Rostam Qasemi bildirib.
"Ruhani beynəlxalq məsələləri yaxşı anlayır və beynəlxalq münasibətlər sahəsində ekspertdir və... onun şüarı dünya ilə əməkdaşlıq və konstruktiv qarşılıqlı əlaqə idi", - Qasemi deyib.
Nazir qeyd edib ki, İranda iyunun 14 keçirilmiş prezident seçkiləri İslam Respublikasında "tam demokratiyaya" mövcudluğuna dəlalət edir.
14 iyunda İranda keçirilmiş prezident seçkilərində Ruhani 50,7 faiz səs toplayıb.