TÜRKİYƏDƏN İRƏVANA İSMARIC
Tarix: 13-07-2013, 10:26 |
Çap et
Türkiyəyə məxsus ərazilərə Ermənistanın iddiaları rəsmi Yerevanında üzv olduğu BMT və ATƏT kimi beynəlxalq təşkilatların prinsiplərinə ziddir. Trend-in məlumatlına görə, bu barədə şənbə günü Türkiyə XİN-in rəsmi saytında yerləşdirilən məlumatında bildirilir.
Türkiyə XİN-in məlumatında bildirilir ki, Ermənistan hökumətində bu səviyyədə vəzifə daşıyan rəsmi şəxslərin belə bəyanatları sadəcə qeyri-ciddilikdir.
Məlumatda bildirilir: "Hamı aydın şəkildə anlamalıdır ki, heç kəs Türkiyədən torpaq tələb edə bilməz".
Qeyd edək ki, iyul ayının 5-də Yerevanda keçirilən dünya erməniləri hüquqşünaslarının forumunda Ermənistanın Baş prokuroru Aqvan Ovsepyan bəyan edib ki, Ermənistan Türkiyədə olan itirilmiş ərazilərini geri qaytarmalıdır.