İCRA BAŞÇISI "ÇERNOBIL ƏLİLİNİ" NECƏ EVSİZ QOYUB?
Tarix: 15-07-2013, 12:20 | Çap et
“Sıraqəddin Cabbarov Saatlıya icra başçısı təyin olunan gündən şirin həyatım pozulub. Əvvəl mənzilimi əlimdən alıb məni küçəyə atdı, sonra da çalanın əhatəsində olan yarımçıq tikilidə yerləşdirdi. İllərdir ki, rütubətdən ailə üzvlərim əziyyət çəkir, qurbağaların qurultusundan əsəblərim pozulub. Bir yandan da banklara olan borcu ödəyə bilmirəm. Məni intihar həddinə çatdırıblar.”
Bu sözlər Saatlı rayonunun Məzrəli kəndində yaşayan Ağayev Namiq İman oğlunun infom.az-a müraciətindən götürülüb. O, bildirir ki, 1985-87-ci illərdə keçmiş Sovet Ordusunun tərkibində Çernobılda hərbi xidmət vəzifəsinin icrası zamanı xəstəlik tapıb. Ona qoyulan diaqnozda yazılıb: “radiasion toksiki ensefalopatiya, vegetativ-damar distoniyası sindromu, kəskin dərəcədə ifadə olunan astono-nevrotik vəziyyət, qalxanabənzər vəzinin 1-2-ci dərəcəli hiperplaziyası.” Bir tərəfdən mütəmadi olaraq müalicə almağı, digər tərəfdən isə ailələrinin kasıb olmağı səbəbindən N. Ağayev uzun müddət şəxsi həyatında da problemlərlə üzləşib. O, həyat yoldaşı ilə gah atası, gah da qardaşı evində yaşayıb. Bu müddətdə əlil vətəndaş əlaqədar təşkilatlara müraciət edərək, mənzil problemlərinin həllində ona köməklik göstərilməsini xahiş edib. Nəhayət 2008-ci ildə Saatlı şəhərində şəhid ailələri, Qarabağ, Əfqanıstan və Çernobıl əlilləri üçün inşa edilən 32 mənzilli yaşayış evindən ona 2 otaqlı mənzil ayrılıb. Bu barədə Saatlı RİH başçısının 8 sentyabr 2008-ci il tarixli, 146 saylı sərəncamı olub, N. Ağayevə həmin evin 29 saylı mənzilinə köçmək hüququ verən 512 saylı order təqdim edilib: “Mənzillə təmin edilən imtiyazlı şəxslərin ad-soyadları “Dönüş” qəzetində dərc edilib. Orderlər binanın açılışında paylanıldı. Qırmızı qovluqda olan orderi güllə bir yerdə icra başçısı şəxsən öz əlilə təqdim etdi. Gül solub gedib, amma qovluq da, onun içərisindəki order hələ də durur.” Amma Çernobıl əlilinin sevinci uzun sürmür. Nədən ki, həmin günlərdə N. Ağayev Saatlı Rayon Məhkəməsinə müraciət edərək, həyat yoldaşı ilə nigahının pozulması tələbilə iddia qaldırıb və 16 sentyabr 2008-ci ildə bu iddia təmin edilib. Elə ertəsi gün İcra Hakimiyyətinin başbilənləri keçmiş arvadının onunla birgə həmin mənzildə yaşamadığı və gələcəkdə də bu fikirdə olmayacağı barədə izahatını, habelə həmin mənzilin yaşayış şəraiti daha ağır olan digər şəhid və ya əlil ailələrindən birinə verilməyi barədə xahişini nəzərə alaraq, N. Ağayevin adına olan orderin ləğvi və onun sözügedən mənzildən çıxarılmağı barədə qərar qəbul edirlər. Qəribədir ki, Namiqə xəbərdarlıq edilmədən mənzilin qapısı plomblanır və o, faktiki olaraq öz mənzilindən istifadə etmək hüququnu itirir, bir neçə gün sonra isə polis əməkdaşlarının təzyiqi altında şəxsi əşyalarını həmin mənzildən çıxarmalı olur. RİH əməkdaşları elə belə də deyirlər: “Sənə mənzil-zad düşmür, get harada istəyirsən yaşa, kimə istəyirsən şikayət et.” N. Ağayev iddia edir ki, mənzil Çernobıl əlili olduğu üçün ona verildiyindən, sabiq həyat yoldaşının ərizəsində göstərilənlərin və onun “humanist” təklifinin əsas götürülməyi qanunsuz olub: “Mənzil bizə mənim əlilliyimə görə verilib. Əgər bu status məndə deyil, keçmiş arvadımda olsaydı, onun izahatı və təklifi əsas yarada bilərdi. Nəzərə alınmayıb ki, komissyaya sənədləri təqdim edərkən mən onunla rəsmi nigahda olmuşam, o, bu təklifi edərkən isə artıq məndən rəsmi qaydada başanmışdı. Əgər onun dövlət tərəfindən verilən mənzillə bağlı hər hansı tələbi vardısa, bunu məhkəmə qarşısında qaldıra bilərdi. Qeyd edim ki, adıma olan order ləğv edilərkən bu faktlar İcra Hakimiyyətinə məlum olub. Mən o qadını boşayıb, başqa bir qadınla ailə həyatı qurmuşam, iki övladımız da var. Şəxsi həyatımda baş verənlər mənim mənzil üzərində olan hüquqlarımı məhdudlaşdıra bilməz. Belə çıxır ki, əvvəlki arvadımı boşamaq üçün gərək icra başçısı Sıraqəddin Cabbarovdan icazə almalı, eyni zamanda, məni mənzildən çıxarmasın deyə tezliklə evlənəcəyim barədə onun qarşısında öhdəlik götürməliydim.” Mənzildən qanunsuz çıxarılmağı barədə N. Ağayevin ölkə başçısına, ombudsmana və digər səlahiyyətli şəxslərə etdiyi müraciətlər nəticəsiz qalıb. Yenidən ailə qurduqdan sonra ona vəd edilib ki, şəhid və əlil ailələri üçün tikilməkdə olan 16 mənzilli binadan ona yaşayış yeri ayrılacaq. Amma sözügedən ev hazır olanda, N. Ağayev bu dəfə də “oyundankənar vəziyyət”də qalır. Yenə başlayır şikayətə. Axırda ona yaşamaq üçün Saatlı rayonunun Məzrəli kəndində olan ikiotaqlı ev və 0,20 ha torpaq sahəsi təklif edilir. “Tərtib edilən saxta sənədlərdə həmin torpaq sahəsi Saatlı Rayon İcra Hakimiyyətinin sərəncamında olduğu göstərilir. Əslində isə bu yer vaxtilə aparılan aqrar islahatı nəticəsində kolxozdan ailəmizə və qohumlarımıza düşən əmlak payıdır. Yəni “hamam suyu” ilə səxavət göstəriblər. İkincisi, həmin sahə 3 il əvvəl başqa bir əlilə verilmiş, orada ev tikintisi üçün vəsait də ayrılmışdı. Amma ev mənə təklif edilərkən hazır vəziyyətdə deyildi: nə yerinin döşəməsi vardı, nə divarının suvağı. Eləcə torpaq kərpiclə quru divarlar hörülmüş, bayır tərəf görkəmə salınmış, bir də üstü vurulmuşdu. Mənə cəmi bir min manat pul və bir maşın daş verdilər ki, get evini təmir elə. Özləri də yaxşı bilirdilər ki, mənzildən qanunsuz çıxarılmağımla bağlı etdiyim şikayət və teleqramlara görə məni bundan da çox zərərə salıblar. Həmin vəsait yaşamaq üçün evi yararlı vəziyyətə gətirməyə tələb olunan işlərin yalnız beşdə birinə çatdı. Məcbur olub banklardan kredit götürdüm. İndi üstümə yığdığım borcları qaytara bilmirəm.” Namiqin evlə bağlı problemləri bununla bitmir. Ona ayrılan yaşayış yeri böyük bir su hövzəsinin, yerli sakinlərin dili ilə desək, çalanın lap qırağında olduğundan, yağıntı və qrunt suları evin zirzəmisinə dolub: “Elə buna görə evin özülünü iki cərgə tikinti daşı ilə hörüblər, döməməaltı atmalar da bu hündürlükdən qoyulub. Gəlib baxsınlar, zirzəmi su ilə göl vurub. Belə rütubətli yerdə sağlam adam yaşasa xəstə düşər, onda qalmış əlillik qrupu təyin edilən xəstə, ya körpə uşaq olsun. Hələ əsəbləri pozulan adama yaz-yay aylarında qurbağaların verdiyi “pulsuz konsert”i demirəm. Evimin qabağından isə asfalt ötklü yol keçir. Maşınların çıxardığı siqnal, gurultu səsi beynimə işləyir. Qalmışam çıxılmaz vəziyyətdə, bilmirəm nə edim...”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|