ƏRDOĞANDAN XALQA İLGİNC ÇAĞRI
Tarix: 17-07-2013, 10:11 |
Çap et
BAŞ NAZİR BORCLANMAYA QARŞITürkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan əhalini kredit kartlarından istifadə etməməyə çağırıb. Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir.
Məlumatda bildirilir ki, Baş nazir bunu onunla izah edib ki, kredit kartlarının istifadəsinə görə bankların kredit kartlarının istifadəsinə görə müəyyənləşdirdiyi komissiya haqları çox yüksəkdir.
Ərdoğan bildirib: "Elə banklar var ki, kredit kartlarının istifadəsinə görə, komissiya haqlarından əldə olunan illik gəlir, digər bankların illik gəlirinə bərabər olub".
Onun sözlərinə görə, xalq bankların Türkiyədə hansı oyun oynadığını anlamalı və ona qarşı mübarizə aparmalıdır.