RUSLARIN QARA GÜNLƏRİ GƏLİR
Tarix: 19-07-2013, 11:44 |
Çap et
Rusiyada spirtli içkilər istehsalıyla bağlı yeni düzənləmələr və xüsusi istehlak mallarına qoyulan vergilərin artırılması ölkədə leqal araq istehsalının il başından bəri 30 faiz azalmasına səbəb olub. ANS PRESS-in məlumatına görə, Rusiya Dövlət Statistika Komitəsi Rosstatın verdiyi məlumatda bu ilin birinci yarısında araq istehsalının keçən ilin eyni dönəmiylə müqayisədə 28.3 faiz azalaraq 303 milyon dekalitrəyə düşdüyü bildirilir.
Rusiyada spirtli içkilərdən alınan xüsusi istehlak vergisinin 33 faiz artırılması nəticəsində yarım litrə ən ucuz arağın qiyməti 125 rubldan 170 rubla çıxıb. Ekspertlər isə ən böyük problemlərindən biri alkoqalizm olan Rusiyada hökumət tərəfindən alınan bu tədbirlərin insanlar arasında içkinin azalmasına deyil, daha çox qeyri leqal istehsalın artmasına təkan verdiyini deyirlər.