AYGÜN KAZIMOVADAN SAMRİNAYA TƏRS SİLLƏ
Tarix: 5-01-2012, 11:34 |
Çap et
PROBLEM İÇİNDƏ OLAN GƏNC MÜĞƏNNİ MAŞININI SATIŞA ÇIXARIB
DİA.AZ: - Bir müddət əvvəl Amerikada yaşayan əslən Azərbaycan türkü olan iranlı iş adamı Tağı Şahabniyadan aldığı evlilik təklifinə rədd cavabı verən gənc müğənni Samrina deyəsən, peşmançılıq hissi keçirir.
Xatırladaq ki, Tağı Şahabniya ABŞ-da kifayət qədər imkanlı ş adamlarından hesab olunur və redaksiyamızın araçılığı ilə gənc müğənniyə evlilik təklifi etsə də, rədd cavabı almışdı.
Samrinanın yaxınlarından əldə etdiyimiz məlumatlardan isə aydın olur ki, «mənim yetərincə imkanım var» deyən gənc müğənni əslində, ciddi maliyyə böhranı keçirir:
«Son olaraq isə gənc müğənniyə Aygün Kazımovadan tərs sillə gəldi. Aygün onunla duet oxumalı olduğu halda Röya ilə oxudu. Halbuki Aygünlə Samrina arasında duet barədə hələ keçən ilin yayında Antalyada razılıq əldə olunmuşdu».
Mənbə DİA.AZ-a onu da bildirdi ki, gənc müğənni artıq maliyyə problemləri səbəbindən şəxsi maşınını da satışa çıxarıb.