ABİD ŞƏRİFOVUN QOHUMU NİYƏ "VURULUR"?
Tarix: 29-08-2013, 12:30 | Çap et
Son vaxtlar çeşidli KİV-lərdə Teleradio İstehsalat Birliyinin sədri Əflatun Şərifova qarşı tənqidlərlə dolu yazılar dərc olunur. Məlum olduğu kimi, Teleradio İstehsalat Birliyi ölkənin əsas strateji obyektlərindən hesab edilir. Məhz bu səbəbdən də əslində belə tənqidləri təbii qarşılamaq olardı. Amma bir məqam adıçəkilən istehsalat birliyi rəhbərliyi ilə bağlı iradlara başqa rakursdan yanaşmaq ehtiyacı yaradır.
Həmin məqamın üzərinə gəlməmişdən öncə deyək ki, informasiya və texnologiyaların cəmiyyətdə rolunun gündən-günə yüksəlməsi bu birliyin də nüfuz və çəkisinin yüksəlməsinə səbəb olmuşdur. Onu da qeyd edək ki, burada işin çoxnövbəli olması, xüsusi diqqət və bacarıq tələb etməsi mütəxəssislərin də xüsusi diqqətlə seçilməsini və onlara qayğı ilə yanaşılmasını tələb edir. Çünki birlik bütün gün ərzində ölkənin bütövlükdə televiziya və radio yayımlarına məsuliyyət daşıyır. Burada iş rejiminin bir anlıq pozulması informasiya məkanının iflic olması deməkdir. Amma tənqidi materiallardan belə görünür ki, vaxtilə saat kimi dəqiq işləyən bu birliyə də indi korrupsiya, yerlibazlıq və digər neqativg hallar nüfuz etmişdir ki, bu adıçəkilən qurumda narazılıqlara səbəb olmuşdur. Xatırladaq ki, birliyin baş direktoru baş nazirin müavini Abid Şərifovun qardaşı oğludur. Elə yuxarıda vurğuladığımız maraqlı məqam da budur. Teleradio İstehsalat Birliyinin rəhbəri Əflatun Şərifovun məhz əmisinə güvənərək tabeliyində işləyən şəxslərlə istədiyi kimi rəftar etdiyi bildirilir, qeyd edilir ki, "özünə yaxın olanları "xüsusi qayğı və sevgi" ilə əhatə etdiyi halda, uzun illər bu sahədə çalkışanları gözümçıxdıya salmaqdan çəkinmir. İş o yerə çatıb ki, birliyin Bakı radio-televiziya yayım filialının işçisi 8-ci dərəcəli elektromexanik Teymur Məmmədzadə adıçəkilən təşkilatda baş verən qanunsuzluqlarla bağlı bir neçə dəfə direktora rəsmi məktubla müraciət etdikdən və müraciətlərinə qənaətbəxş cavab almadıqdan sonra Prezident Aparatına müraciət etmək zorunda qalıb. Birinci dəfə 17.07.2013, ikinci dəfə isə 02.08.2013 tarixində ölkə başçısına rəsmi məktub göndərib" (vhppress.az). Adıçəkilən istehsalat birliyində xüsusilə mənimsəmə hallarının yeni olmadığı məlumdur. "Unikal"ın araşdırmaları nəticəsində aydınlaşıb ki, hələ iki il əvvəl Baş Prokurorluq qurumda mənimsəmələrlə bağlı şok faktlar ortaya çıxarıb. Həmin vaxt yayılan rəsmi məlumatda bildirilirdi ki, Əliyev Sahibəli İmran oğlu Teleradio İstehsalat Birliyinin Mərkəzi Radio-Televiziya Yayım Filialının rəisi vəzifəsində işləyərkən özgə əmlakını talamaq məqsədilə filialın baş mühasibi İbadova Məhəbbət Seyfəddin qızı və mühasibi İbrahimova Şəlalə İsgəndər qızından ibarət mütəşəkkil dəstə təşkil etməklə, öz qulluq mövqeyindən istifadə edərək filialın külli miqdarda əmlakını, yəni 612.746 manat məbləğində vəsaiti mənimsəmə və israf etməklə talamış, vəzifəli şəxs kimi tamah və sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Yəni Teleradio İstehsalat Birliyi ilə bağlı bir çox vaxtlar belə xoşagəlməz məlumatlar ortaya çıxıb. Amma indi qəfildən əksər yazılı və elektron KİV-lərdə istehsalat birliyi direktorunun hədəfə gəlməsi, onun barəsində tənqidlərin intensivləşməsi müəyyən ehtimallara yol açır. Bəzi versiyalara görə, əslində Əflatun Şərifovla bağlı şikayət və tənqid xarakterli mətbu materialların artması dolayı yolla onun əmisi, baş nazirin müavini Abid Şərifova yönəlib. A. Şərifovun payızda keçiriləcək prezident seçkilərindən sonra formalaşacaq yeni hökumətdə yer almayacağına dair proqnoz və ehtimallar son həftələrdə xeyli artıb. Hətta onun son üç ayda mətbuatda və ictimaiyyət arasında demək olar, görünməməsi də bununla əlaqələndirilir. Bildirilir ki, Abid Şərifov yeni hökumət kabinetində təmsil olunmayacağı ilə bağlı indidən qətiləşən siyasi qərarla razılaşıb və bu səbəbdən də kölgəyə çəkilməyə qərar verib. Amma belə gümanlar var ki, Şərifovun "vurulması"nda maraqlı olan qüvvələr hər ehtimala qarşı baş nazir müavininin mövqelərinin tamamilə sarsıdılması və zəiflədilməsini istəyir, bununla da onun hər hansı bir fürsət tapıb yenidən güclənə bilmə ehtimalını tamamilə sıfıra endirməyə çalışırlar. Elə baş nazir müavininin strateji qurumlardan birinə direktorluq edən qardaşıoğlunun adının neqativ planda tez-tez önə çıxarılması, gündəmə gətirilməsi də bu istiqamətdəki səylərin bir parçasıv kimi qiymətləndirilir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
|