«AZERCELL»DƏN NÖVBƏTİ FIRILDAQ
Tarix: 27-09-2011, 15:31 |
Çap et
ŞİRKƏTİN KAMPANİYASI YENƏ DƏ FIRILDAQ ÇIXDI
DİA.AZ: - Son günlər «Azercell» mobil operatoru yeni bir reklam kampaniyasına start verib. Məlum olur ki, şirkətin təklif etdiyi nömrəyə «sms» yolladıqda hər bir abunəçi gün ərzində min manat pulu, həftə ərzində isə avtomobil udma şansı əldə edir.
Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) şikayət edən Bakı sakini Ağamüseyib Əlixan oğlu Cavadov bildirir ki, şirkətin reklam kampaniyasına aldanaraq təxminən 250 manata yaxın konturunu havaya sovurub:
«Hər dəfə mənə udma şansımın olması barədə xəbərdarlıq gəlsə də və kampaniyada fəal olsam da, nə bir qara qəpik udmuşam, nə də maşın. Maşında heç gözüm yoxdur. Heç olmasa 1000 manatı udanlar arasında da olmamışam».
Onu da bildirək ki, oxşar mövzuda redaksiyamıza onlarla şikayət daxil olub. Və apardığımız müşahidələr də təsdiqləyir ki, şirkətin həyata keçirdiyi bu kampaniyası da əslində müştərilərin fırıldaq yolu ilə cəlb olunmasından başqa bir anlamı daşımır.
Araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq…