“Eurovision 2011” müsabiqəsinin qalibləri Nigar Camal və Eldar Qasımov pop musiqisinin kralı Maykl Ceksonun ad gününə həsr etdikləri klipi təqdim edib. Axşam.az-ın məlumatına görə, duet ortaqlarının birlikdə səsləndirdikləri “Music still alive” mahnısının klipini rejissor Fərhad Əli çəkib. Məşhur ulduzun 50 illik yubileyinə həsr olunan mahnının sözləri Eldar Qasımova, musiqisi isə Maykl Ceksonun özünə və İsa Məlikə aiddir. Bəstədə Ceksonun “Human Nature” mahnısından istifadə olunub.
Klipdə sənətçilərin imici üzərində stilist Cyama Rəsulova, Fazilə Rəcəbova və modelyer Leyla Əhmədova çalışıb.
Qeyd edək ki, bu duet Eldar və Nigarın “Eurovision”dan sonra ikinci birgə layihəsidir. Xatırladaq ki, ekran işi media nümayəndələrinə nümayiş olunsa da, o ictimayətə təqdim olunmamışdı. Artıq klip "Youtube” kanalında yayımlanıb.