Tramp Yunanıstandakı bazanı ləğv edir .....                     Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi .....                     Sanksiyalar siyahısında erməninin də adı var .....                     Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır .....                     “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” .....                     Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür .....                     Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub .....                     Nəsimi rayonunda polis əməliyyatları: .....                     Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb .....                     Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır .....                     “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” .....                     Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? .....                     Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər .....                     "Oğuz-Məişət" ASC-nin səhmdarları .....                     Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər .....                     “Buna görə bəzən övladlarım da mənə irad tutur” .....                     Deputatdan Ayaz Salayevə ağır sözlər: .....                     Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu .....                     "Rabitəbank"da yeni baş direktor təyin edilib .....                     Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur .....                     Martın 10-a qədər... .....                     2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır .....                     Zaqatalada “Makler İsa” ilə bacarmırlar .....                     Zelenski "gizli kartları" niyə açdı? .....                     MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? .....                     “Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... .....                     Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib .....                     "Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." .....                     Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır .....                     Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? .....                     Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi .....                     Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... .....                     “Aztech and Tegeta Motors”un rəhbəri dəyişib .....                     Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi .....                     Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik .....                     Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? .....                     "Münasibətlərdə gərginliklər ola bilər, olur da... .....                     "Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı .....                     Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək .....                     Misir Mərdanov rus “sektoru”ndan danışdı: .....                 

Azərbaycanın aqrar sektoru FETO caynağında? - Aqro-tərəqqi ümidləri korrupsiya bataqlığında
Tarix: 22-04-2019, 11:21 | Çap et
Azərbaycanın aqrar sektoru FETO caynağında?
Dünya bazarında neftin qiyməti ucuzlaşmağa başladıqdan sonra Azərbaycan hakimiyyəti bütün ümidlərini qeyri-neft sektoruna bağladı. Prezident İlham Əliyev məşhur çıxışlarından birində neft erasının artıq bitdiyini açıq şəkildə bəyan edərək, ölkəmizin yeni iqtisadi mərhələyə keçdiyini rəsmən dilə gətirdi. Müasir iqtisadi mərhələnin əsas prioritetinin isə aqrar sektor olacağı planlaşdırılır.

Son prezident seçkilərinin ardınca kadr islahatı aparılan dövlət qurumlarından birinin Kənd Təsərrüfatı Nazirliyi olması öz sahələrində ciddi dəyişikliklər gözləyən fermer təsərrüfatlarında böyük ümidlər yaratdı. Nazirliyə “ASAN Xidmət”-in qurucusu İnam Kərimovun gətirilməsi də bu ümidlərin tumurcuqlanmasında mühüm rol oynadı. Nədən ki, Azərbaycanın dünya brendinə çevrilmiş bu xidmət yeni idarəetmə ənənələrinin simvolu kimi məşhurlaşmış, bürokratik aparatın aradan qaldırılmasının, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin yeni metodologiyası kimi təqdim olunmuşdu. KTN-nin bütün kadrlarının “ASAN Xidmət” çalışanları ilə əvəz olunması da aqrar sektorun inkişaf etdiriləcəyinə inamı artırmışdı.

Son zamanlar Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqədar mediada ictimailəşdirilən məlumatlar isə bütün ümidləri alt-üst edir və mövcud hakimiyyətin iliyinə qədər işləyən korrupsiyanın aradan qaldırılmasının asan olmayacağını bir daha təsdiqləyir. Xüsusilə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin yeni rəhbəri Anar Hüseynovun barəsində mediada yayılan məlumatlar KTN rəhbərliyinin təmizkar imicinə kölgə salır.

Maşın alverçisinin “əliaçıqlığı”

“Azəraqrar”ın bir sıra rayonlardakı, o cümlədən Beyləqandakı fəaliyyətlərinin ictimai narazılıqlara yol açdığı bir sıra faktlarla təsdiq olunur. Ölkə mətbuatının yazdığına görə, rayon sakinlərinin narazılığının səbəbi uzun illər istifadələrində olan torpaqların əllərindən alınaraq kənar şəxslərə hektarı 300 manatdan satılmasıdır: “Narazı sakinlər bildirirlər ki, Hikmət Ağayev və keçmiş “Dostluq” Damazlıq Birliyi Sovxozunun iqtisadçısı Oruc Ağayev başqa-başqa şəxslərdən pul alaraq torpaqları onların istifadəsinə veriblər. Məlumatlar sırasında o da yer alır ki, hərəsinin qiyməti 50 manat olan 165 baş ölüvay, qoca sovxoz qoyunlarını özünəməşğulluq proqramı çərçivəsində həyata keçirilən tədbirlər adı ilə bir başını 250 manata rəsmiləşdirərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzinə satmış, əhaliyə sırımışlar” (qaynaq: http://realmedia-az.life/hikm%C9%99t-agayev-anar-huseynova-vita-avtomobili-h%C9%99diyy%C9%99-edib-ona-gor%C9%99-d%C9%99-ktn-nin-sob%C9%99-mudirin%C9%99-qarsi-ittiham/).

Məlumatlara inansaq, Anar Hüseynov tərəfindən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Aran Regional İdarəsinə direktor vəzifəsinə təyin olunmuş Hikmət Ağayevin vazkeçilməz kadra çevrilməsinin səbəbi heç də onun qeyri-adi savadından və bacarığından irəli gəlmirmiş. Onun ulduzunu parladan əsas xüsusiyyəti “əliaçıqlığı” imiş:

“Hətta idarəçilik anlayışının nə olduğunu bilməyən, dənli və paxlalı bitkiləri bir-birindən ayırd etməyi bacarmayan biri kimi xarakterizə olunan, üstəgəl, siyasi orientasiyası şübhəli olan bir avtomobil alverçisinin hazırda böyük ümidlər bəslənilən, perspektiv gözlənilən aqrar sektorda mühüm vəzifəyə gətirilməsi haqlı olaraq narazılığa, söz söhbətə səbəb olub.

Bildirilirdi ki, Hikmət Ağayevin KTN-nin “Aran Regional” İdarəsinə direktor təyin edilməsi heç də təssadüfü deyil. Məhz “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin rəhbəri Anar Hüseynovun Hikmət Ağayevlə maşın alveri olub və şöbə müdirinin H. Ağayevə avtomobil borcu olur və borcun müqabilində də ona vəzifə peşkəş edir” (eyni qaynaq).

Mətbu orqanlarda bənzər hadisələrin Şəkidə, Göygöldə və digər rayonlarda da təkrarlandığı xəbər verilir. Məlumatların həqiqəti nə dərəcədə əks etdirdiyini müəyyənləşdirmək hüquq mühafizə orqanlarının işi olduğundan bu barədə hər hansı mülahizələrə yol vermədən, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin fəaliyyətinin Beyləqan əhalisində yaratdığı narazılığı əks etdirən video-görüntünü oxucularımızın diqqətinə çatdırmaqla vəzifəmizi tamamlamaq istəyirik.

Video-faktlar:






KTN-də “Məmləkəti-Rey hərracı”

“Hürriyyət”in əldə etdiyi məlumatlar bənzər vəziyyətin digər rayonlarda da yarandığını göstərir. Məlumata görə, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin yeni rəhbəri Anar Hüseynovun başı “Göygöl” Kənd Təsərrüfatı İstehsalat Müəssisəsinin keçmiş sədri Rasim Şəfiyevlə də dərddədir. İddialara görə, İnam Kərimov KTN-nə gətiriləndən sonra aparılan kadr islahatlarının qurbanı olan Rasim Şəfiyev öz kreslosunu qorumaq üçün Anar Hüseynova 200 min manat pul verib. Bildirilir ki, alınan pulun müqabilində Rasim Şəfiyevə köhnə postunu qoruyacağı vədini verən Anar Hüseynov öz sözünə əməl edə bilməyib. Bu da tərəflər arasında ciddi insidentə səbəb olub. Öz pulunun dərhal geri qaytarılmasını istəyən R. Şəfiyevin tələblərinin KTN-nə qədər çatdığı və nazirliyin külislərində ciddi müzakirə edildiyi xəbər verilir. Məlumatda o da bildirilir ki, R.Şəfiyevin Anar Hüseynova verdiyi vaxt artıq 2 gündür tamam olub və “Azəraqrar”ın yeni rəhbəri bütün yaxınlarından ianələr toplayaraq borcunu qaytarmağa çalışır.

Anar Hüseynovun rəhbərlik etdiyi qurumda bənzər “kadr islahatları”nın yalnız “Göygöl” Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi ilə məhdudlaşmadığı, qurumun bütün strukturlarına yayıldığı xəbər verilir. Məlumata görə, yeni sədr “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-ni əsl hərrac bazarına çevirib. Müəssisənin bütün şöbələri 30 min-100 min manat arasında satılır. Lap, Mirzə Ələkbər Sabirin dediyi kimi:

“Çox ucuz qiymətə hər şey satıram,

Ay alan! Məmləkəti-Rey satıram!”

Maraqlıdır kı, Anar Hüseynovun “Məmləkəti-Rey hərracı”nın qalibləri də özgələr deyil. Demək olar ki, qurumun bütün strukturlarına gətirilən kadrların əksəriyyəti qohum-əqrəbalardan və dostlardan ibarətdir. Qohum-əqrəbalardan boş qalan yerlərə isə həyat yoldaşının rəfiqələri təyin olunur. Beləcə, hətta vəzifə üçün tələb olunan hədiyyəni verən özgələr “Azəraqrar”da vəzifə tutmaq şansı əldə edə bilmirlər.

“Texnikabank” təcrübəsi

Anar Hüseynovun qohum-əqrəbalardan təşəkkül tapan kadr siyasətində bəzi istisnalara yol verdiyi də qeyd olunur. Həmin istisnalardan biri Anar Hüseynovun müavinidir. Bir zamanlar “Texnikabank”ın sədri vəzifəsini icra edən və “işgüzarlığı” sayəsində bankı batıran Cəfər İbrahimovun “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin müavini vəzifəsinə gətirilməsi hər kəsdə təəccüb doğurub. Sual olunur: Peşəsi aqrar mütəxəssis olmayan, işgüzar karyerasında bir bankı batıracaq qədər ağır ləkə daşıyan Cəfər İbrahimovun hansı xüsusiyyəti Anar Hüseynova bu qədər cəzabədar görünüb ki, onu birbaşa özünün “sağ əli”nə çevirib?

Məlumatlı dairələr bu sualı Cəfər İbrahimovun “hərracçılıq” qabiliyyəti ilə əsaslandırırlar. Bildirilir ki, Cəfər İbrahimovun “Texnikabank”da yiyələndiyi pul silmək təcrübəsi “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”ndə həm özünün, həm də müdirinin işinə xeyli yarayır. İddialara görə, sovet hökumətindən qalma sovxozların olan-qalan mülkiyyəti də məhz Cəfər İbrahimovun bankir təcrübəsi sayəsində xırd edilir. Bu işdə ikilinin ən etibarlı kadrı isə Cəfər İbrahimovun qardaşıdır. Məlumata görə, qurumun rəhbərliyi keçmiş sovxozların heyvanları ilə yanaşı, fermerlərə müftə verilən gübrələri də, torpaq sahələrini də məhz İbrahimov qardaşlarının vasitəsilə dağıdır.

“Torpağa 200 kq əvəzinə 50 kq gübrə verilir. Xüsusilə Şəkidə gübrələr rüşvət müqabilində fermerlərə satılır”, deyən informasiya qaynağımız iddialarını təsdiqləyən video-görüntünü də bizə təqdim edib:



“Aqro-FETÖ” iddiaları

“Azəraqrar”-ın yeni rəhbəri Anar Hüseynovun haqqında irəli sürülən bir başqa iddia Azərbaycanla qardaş Türkiyə arasındakı münasibətlərə ciddi zərbə vuracaq mahiyyətdədir. Bildirildiyinə görə, Anar Hüseynov Türkiyədə dövlət çevrilişinə cəhd etmiş və hərbi qiyamı xalq müqaviməti nəticəsində yatırılmış FETO qruplaşmasının üzvüdür. Onun hətta bir zamanlar FETO-nun Azərbaycan uzantısına rəhbərlik etmiş Elnur Aslanovun ən etibarlı kadrı olduğu bildirilir. 2007-ci ildən 2014-cü ilə qədər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsində Elnur Aslanovla eyni idarədə işləyən Anar Hüseynov daha sonra “ASAN Xidmət”ə transfer olunur və İnam Kərimov Kənd Təsərrüfatı naziri təyin edildikdən sonra onunla bərabər eyni nazirliyə mətbuat katibi gətirilir. Bu vəzifədə qısa müddətli fəaliyyətdən sonra Anar Hüseynovun daha yağlı vəzifəyə təyin olunduğu bildirilir.

İlk baxışdan, bu transferlər İnam Kərimovun barəsində də müəmmalı suallara yol açsa da, informasiya qaynaqlarımız nazirin FETO ilə əlaqələrini istisna edir. Bildirildiyinə görə, Anar Hüseynovun arxasında daha güclü qüvvələr dayanır və o, öz fəaliyyətində yeri gələndə naziri belə saymır. Faktiki olaraq KTN-də İnam Kərimovdan daha çox, Anar Hüseynovun şələsinin fırlandığını deyən mənbəmizin bu iddiaları Azərbaycanda hələ də FETO-nun öz yenilməzliyini qoruduğunu təsdiqləyir.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Hurriyyet.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Yunanıstandakı bazanı ləğv edir
Bu gün, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Bu gün, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Bu gün, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Bu gün, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Bu gün, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Bu gün, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Bu gün, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Bu gün, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Bu gün, 16:50
Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Bu gün, 16:48
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Bu gün, 16:39
Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Bu gün, 16:36
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Bu gün, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 16:32
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Bu gün, 16:28
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Bu gün, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Bu gün, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Bu gün, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Bu gün, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Bu gün, 15:39
2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Bu gün, 15:37
Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Bu gün, 15:17
Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Bu gün, 15:14
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Bu gün, 15:09
“Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Bu gün, 15:02
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Bu gün, 14:49
"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Bu gün, 14:48
Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Bu gün, 14:31
Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Bu gün, 14:26
Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Bu gün, 14:25
Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:22
“Aztech and Tegeta Motors”un rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 14:17
Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
Bu gün, 14:12
Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik - Peskov
Bu gün, 14:11
Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 14:05
"Münasibətlərdə gərginliklər ola bilər, olur da... - Amma ABŞ heç vaxt buna getməz"
Bu gün, 13:57
"Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı - 2 aylıq həbs olundu
Bu gün, 13:55
Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək
Bu gün, 13:51
Misir Mərdanov rus “sektoru”ndan danışdı: - “Nazir olanda, mənim üçün çox ağır oldu”
Bu gün, 13:48
İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir - 80 min borcu var
Bu gün, 13:45
Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar – Şok gerçəklər
Bu gün, 13:42
Kiyevdə danışıqlar “yüksək tonda” keçib
Bu gün, 13:31
"Maşını həyətdən tərpədə bilmədim" - VİDEO
Bu gün, 13:24
Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib
Bu gün, 13:22
Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir - Oğlu danışdı
Bu gün, 13:17
Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib - Rusiya KİV-i
Bu gün, 13:16
“Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət – Şou davam edir
Bu gün, 13:15
General-mayorun oğlu vəfat etdi - FOTO
Bu gün, 13:13
Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib
Bu gün, 13:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru