Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi .....                     Sanksiyalar siyahısında erməninin də adı var .....                     Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır .....                     “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” .....                     Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür .....                     Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub .....                     Nəsimi rayonunda polis əməliyyatları: .....                     Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb .....                     Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır .....                     “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” .....                     Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? .....                     Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər .....                     "Oğuz-Məişət" ASC-nin səhmdarları .....                     Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər .....                     “Buna görə bəzən övladlarım da mənə irad tutur” .....                     Deputatdan Ayaz Salayevə ağır sözlər: .....                     Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu .....                     "Rabitəbank"da yeni baş direktor təyin edilib .....                     Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur .....                     Martın 10-a qədər... .....                     2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır .....                     Zaqatalada “Makler İsa” ilə bacarmırlar .....                     Zelenski "gizli kartları" niyə açdı? .....                     MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? .....                     “Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... .....                     Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib .....                     "Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." .....                     Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır .....                     Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? .....                     Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi .....                     Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... .....                     “Aztech and Tegeta Motors”un rəhbəri dəyişib .....                     Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi .....                     Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik .....                     Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? .....                     "Münasibətlərdə gərginliklər ola bilər, olur da... .....                     "Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı .....                     Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək .....                     Misir Mərdanov rus “sektoru”ndan danışdı: .....                     İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir .....                 

Onları kim AKTİVLƏŞDİRİR? - Azərbaycan üçün "İvanaşvili layihəsi" hazırlayan kimlərdir?
Tarix: 30-04-2019, 12:26 | Çap et
Onları kim AKTİVLƏŞDİRİR?
Son zamanlar dünya miqyasında milyarderlərin siyasətlə maraqlanması, seçkilərə qatılması tendensiya halını alıb.

2012-ci ildə heç kimin gözləmədiyi halda iş adamı Bdzina İvanişvili Gürcüstanda siyasi meydana atıldı və onun rəhbərlik etdiyi “Gürcü arzusu” Partiyası parlament seçkilərində qalib gəldi.

Qeyd edək ki, hazırda Bdzina İvanişvili hakimiyyətdə heç bir post tutmur, ancaq hakim partiyanın sədri kimi siyasi proseslərə təsir imkanlarını saxlayır. Amerika Birləşmiş Ştatlarının (ABŞ) indiki prezidenti Donald Tramp da milyarderdir və o da siyasətə biznesdən gəlib. Tramp 2016-ci il seçkilərində ABŞ-ın prezidenti seçilib. Son vaxtlar azərbaycanlı milyarderlərin də siyasətə maraq göstərməsi müşahidə edilir. Bir müddət öncə Türkiyədə yaşayan “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun siyasətə gələcəyi ilə bağlı xəbərlər yayıldı. Bundan əvvəl azərbaycanlı milyarderlər Vahid Ələkbərov, Araz Ağalarov, Fərhad Əhmədov, hətta hazırda həbsdə olan Söyük Sadıqov və digərlərinin siyasətə gələcəyi ilə bağlı müxtəlif zamanlarda fikirlər səsləndirilib.

Bir müddət əvvəl Rusiyada azərbaycanlılardan təşkil olunan Milyarderlər İttifaqı fəaliyyət göstərirdi. Bu İttifaq bu və ya digər formada siyasətə qarışır, bəzi siyasi qüvvələrə müxtəlif bəyanatlarla dəstək nümayiş etdirirdi. Amma hazırda Milyarderlər İttifaqı fəaliyyət göstərmir və bəzi zənginlər faktiki olaraq bu boş qalan yeri doldurmağa cəhd göstərirlər.

Belə ki, ötən gün Rusiya Azərbaycanlıları İttifaqı adlı yeni bir təşkilat təsis konfransını keçirilib. Toplantıya Rusiya Federasiyasının 56 regionunu təmsil edən diaspor qurumlarının təmsilçiləri qatılıb. Qərara alınıb ki, 3 ay ərzində Rusiya qanunvericiliyinə uyğun olaraq hazırlıq işləri aparılsın, Nizamnamə hazırlansın və qurultay təyin olunsun. Bundan başqa Nizamnamənin bəndlərinin təsisçi təşkilatların hüquqşünasları tərəfindən onlayn qaydada müzakirə ediləcəyi təklifi qəbul edilib.

İdarə Heyətinə Füzuli Məmmədov, Tofiq Rzayev, Mirkazım, Elşən Əliyev, Akil Mikaylov, Mais Cəfərov, Aydın Mehtiyev, Zahid Qocayev, Əli Kazımovun namizədliyi səsvermə ilə qəbul edilib.
Daha sonra Rusiya Azərbaycanlıları İttifaqının prezidentliyinə namizədlər irəli sürülüb. Ceyhun Əliyev bu posta Dünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədovun namizədliyini irəli sürüb. Təklif qəbul edilib və azərbaycanlı milyarder Füzuli Məmmədov yeni yaranan təşkilatın sədri seçilib.

Maraqlıdır, azərbaycanlı milyarderlərin diaspor fəaliyyəti ilə kifayətlənməyib siyasətə gəlməyə də hazırlaşırmı? Onların siyasətə maraq göstərməsi nədən irəli gəlir? Biznesdə uğurlu olan bu adamlar siyasətdə də müvəffəqiyyət qazana bilərmi?

“Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Cebhe.info-ya açıqlamasında yeni təşkilatın sədrinin siyasi iddialarından danışıb. Onun sözlərinə görə, Füzuli Məmmədov şəxsi mənada ziddiyyətli reputasiyaya malikdir:

“Təşkilatlanma mərhələsində olan yeni təşkilatın siyasi yönümlü olacağını hələlik deyə bilmərəm. Nəticə çıxarmaqda tələsmək lazım deyil. Kasıb, oliqarx fərq etməz, hər kəsin siyasətlə, ictimai fəaliyyətlə məşğul olmaq hüququ var. Amma əsas şərt həm Azərbaycan, həm Rusiya dövlətinin mənafeləri çərçivəsində fəalliyyət göstərmək, hər iki dövlətin maraqlarının ortaq nöqtələrinə əməl etməkdir. Eyni zamanda Azərbaycan xalqının milli-mənəvi dəyərlərini üstün tutmaq şərtilə proseslərin aparılmasına böyük ehtiyac var. Yeni təşkilatın yaranma prosesində bizə hələlik çox şey məlum deyil. Şəxsən mənim üçün qaranlıq məqamlar var. Ortada fikir ayrılıqlarının olduğunu göstərən mənzərə var. Keçmiş Rusiya Azərbaycanlının Konqresinin rəhbərliyində olan şəxslərin, onun regional təşkilatlarının hamısının yeni yaranan təşkilatda təmsil olunub-olunmayacağı bəlli deyil. Bu suallar Azərbaycan üçün maraqlıdır ki, yeni yaranan təşkilat hansı nizamnaməyə, proqrama və fəaliyyət məramına malikdir? Onun əsl məqsədi nədən ibarətdir? Əlbəttə, Füzuli Məmmədov şəxsi mənada ziddiyyətli reputasiyaya malikdir. İndi demək olmaz ki, o, yeni yaranan təşkilatın rəhbərliyində özünü necə göstərəcək. Bütün hallarda proseslərin axırını gözləmək lazımdır”.

“Əsas məsələ siyasətdə qalmağı bacarmaqdır”

Aydın Quliyev bildirib ki, keçmiş Milyarderlər İttifaqı pərdəarxası maraq xatirinə yaranan qurum olub:

“Siyasətə gəlmək iddiası hər kəsdə bilər. Amma əsas məsələ siyasətə gəlmək iddiası yox, siyasətdə uzun müddət və səmərəli fəaliyyət göstərməyi bacarmaqdır. Köhnə Milyarderlər İttifaqı da sonradan məlum oldu ki, kampaniyaçılıq və hansısa pərdəarxası maraq xətrinə yaranan qurum idi. Hər kəs gördü ki, siyasətdə uzun müddət qala bilmədilər. İndi siyasətə gəlmək istəyən milyarderlərin, oliqarxların isə siyasətə gələ biləcəklərini və ya gələndən sonra nə qədər qalacaqlarını zaman göstərəcək”.

“Bunun ağır şərtləri var”

Aydın Quliyev deyib ki, siyasətdə qalmağın vacib şərti xalqın dəstəyini qazanmaqdır ki, bu da asan məsələ deyil:

“Ciddi problem ondan ibarətdir ki, siyasətə gəlmək istəyən şəxslər, qoşulmaq istəyən qruplar ilk növbədə xalqın dəstəyini qazanmağı bacarmalıdırlar. Xalqın dəstəyini qazanmağın isə çox ağır şərtləri var. Bu, milyarderlərin göstərdiyi fəaliyyətin xalqın gözündə şəffaf olmasından ibarətdir. Bu çox vacib şərtdir. Əlbəttə, fəaliyyəti şəffaf olan şəxslərin xalqın nüfuzunu qazana bilmə şansı çoxdur. Amma problemlərin həll olunması nöqteyi nəzərindən xalqa nəsə vermək gücündə olmağın özü çox böyük şərtdir. Heç də birmənalı şəkildə demək olmaz ki, hansısa milyarder, maliyyə imkanları çox böyük olan şəxslər xalqın problemlərini həll etməyə qadirdir. Şəxsi maliyyə imkanları xalqın problemlərinin həll edilməsi baxımından əslində həlledici deyil. Tarixdə çox siyasətçilər olub ki, özünün heç bir maliyyə imkanları olmaya-olmaya xalqın taleyində çox böyük rol oynayıblar. Elə varlı oliqarxlar olub ki, pulun köməkliyi ilə siyasətə gəlmək iddiasında olsalar da, praktikada heç bir nailiyyət əldə edə bilməyiblər. Xalqın reytinqini qazanmaq çətindir və kimin bunun öhdəsindən gələcəyini, kimin gələ bilməyəcəyini zaman göstərəcək”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Bu gün, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Bu gün, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Bu gün, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Bu gün, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Bu gün, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Bu gün, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Bu gün, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Bu gün, 16:50
Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Bu gün, 16:48
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Bu gün, 16:39
Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Bu gün, 16:36
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Bu gün, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 16:32
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Bu gün, 16:28
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Bu gün, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Bu gün, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Bu gün, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Bu gün, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Bu gün, 15:39
2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Bu gün, 15:37
Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Bu gün, 15:17
Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Bu gün, 15:14
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Bu gün, 15:09
“Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Bu gün, 15:02
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Bu gün, 14:49
"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Bu gün, 14:48
Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Bu gün, 14:31
Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Bu gün, 14:26
Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Bu gün, 14:25
Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:22
“Aztech and Tegeta Motors”un rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 14:17
Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
Bu gün, 14:12
Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik - Peskov
Bu gün, 14:11
Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 14:05
"Münasibətlərdə gərginliklər ola bilər, olur da... - Amma ABŞ heç vaxt buna getməz"
Bu gün, 13:57
"Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı - 2 aylıq həbs olundu
Bu gün, 13:55
Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək
Bu gün, 13:51
Misir Mərdanov rus “sektoru”ndan danışdı: - “Nazir olanda, mənim üçün çox ağır oldu”
Bu gün, 13:48
İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir - 80 min borcu var
Bu gün, 13:45
Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar – Şok gerçəklər
Bu gün, 13:42
Kiyevdə danışıqlar “yüksək tonda” keçib
Bu gün, 13:31
"Maşını həyətdən tərpədə bilmədim" - VİDEO
Bu gün, 13:24
Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib
Bu gün, 13:22
Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir - Oğlu danışdı
Bu gün, 13:17
Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib - Rusiya KİV-i
Bu gün, 13:16
“Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət – Şou davam edir
Bu gün, 13:15
General-mayorun oğlu vəfat etdi - FOTO
Bu gün, 13:13
Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib
Bu gün, 13:12
Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək - belə deyirlər...
Bu gün, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru