ƏLİ İNSANOVUN ARİF QARAŞOV KARTI
Tarix: 31-01-2012, 11:47 | Çap et
BÖYÜK PULLARA SAHİB OLAN KEÇMİŞ XİDMƏT RƏİSİ AKTİV SİYASƏTƏ QAYIDIR
DİA.AZ: - Hələ bir müddət əvvəl Azərbaycanda struktur islahatları fonunda bəzi dövlət qurumları ləğv olunaraq, ayrı-ayrı komitə və nazirliklərə birləşdirilirdi. Həmin proseslər nəticəsində Dövlət Reyester Xidməti (DRX) də bu zaman ləğv olunaraq, Dövlət Əmlakını İdarəetmə Komitəsinin ixtiyarına verildi. Komitənin tərkibində hal-hazırda departament kimi fəaliyyət göstərən həmin qurumun başında bir zamanlar duran Arif Qaraşov isə yeni təşkilatın başına keçməkdən imtina etdi. Qeyd edək ki, bu, əvvəlcədən gözlənilən hal idi. Çünki Qaraşov Kərəm Həsənovun əlinin altında işləməyi heç bir zaman qəbul edəcək biri kimi tanınmırdı. Neçə illər idi DRX-nin başında dayanan bu şəxs ayrıca "dövlət" kimi fəaliyyət göstərir və heç kimə də hesabat vermirdi..
Bütün bu prosesin nəticəsi olaraq ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə ləğv edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri Arif Qaraşov hələ də yeni vəzifəyə təyinat almayıb. Xatırladaq ki, həmin orqan eyni sərəncamla yeni yaradılan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) tərkibində fəaliyyət göstərir. Əmlak Məsələləri Dövlət Komitəsinə Arif Qaraşovun deyil, daha gənc və potensial kadr, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sabiq sədri Kərəm Həsənovun rəhbərlik etməsi birincinin həmin post uğrunda aktiv fəaliyyətə keçməsi ilə nəticələnib. Nəzərinizə çatdıraq ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşovun bu günə kimi hansısa vəzifəyə təyin edilməməsi həm də ona münasibətin göstəricisidir.
Baş verən dəyişikliyə münasibət bildirən mütəxəssislərin sözlərinə görə, Arif Qaraşovun rəhbərlik etdiyi qurum əslində, Kərəm Həsənovun sədri olduğu komitə ilə oxşar vəzifələri yerinə yetirirdi. Sadəcə, Kərəm Həsənovun vaxtilə hökumətin işinə yaraması, ona olan etimadı doğrultması faktı bu kadrın yeni komitədə sədr kimi qalmasına təsirsiz ötüşməyib. Çünki Arif Qaraşovdan fərqli olaraq Kərəm Həsənov bir qədər müstəqil fikirli, qanunlara hörmət edən şəxs kimi tanınır. Bu arada Arif Qaraşovun son fəaliyyətləri ilə bağlı qəzetimizə yeni məlumatlar daxil olub. Verilən xəbərlərdə bildirilir ki, Arif Qaraşov 2009-cu ilin 19 mayında itirdiyi vəzifəsinə yenidən qayıtmaq, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə rəhbər təyin olunmaq uğrunda ciddi səylər göstərir. O, artıq iki ildən artıq davam edən işsizliyi ilə barışa bilməyərək Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri postuna yiyələnmək uğrunda bütün vasitələrdən yararlanmağa çalışır. Aldığımız xəbərlərdə qeyd edilir ki, Arif Qaraşov son günlərə kimi təhsil naziri Misir Mərdanovun da köməyindən yararlanmağa can atıb. Amma sonuncunun gələcək fəaliyyəti üçün şübhəli detalların ortaya çıxması Arif Qaraşovun ümidlərini heçə endirib. Məsələ burasındadır ki, Qaraşovla yaxın münasibətlərdə olan Misir Mərdanovun bir neçə gündən sonra vəzifəsindən uzaqlaşdırılacağı, təhsil naziri vəzifəsinə ali təhsil ocaqlarından birinin rektorunun gətiriləcəyi bildirilir. Elə buna görə də Arif Qaraşovun təsir rıçaqları xeyli zəifləyib. Qəzetimizi bilgiləndirən mənbənin sözlərinə görə, Arif Qaraşovun komitə sədri vəzifəsinə təyin edilməsi şanslarını sıfıra endirən əsas cəhətlərdən biri də onun öz varidatını Azərbaycandan xaricə daşımasıdır. Söylənilənlərə görə, məhz bu xəbər yuxarılara çatdırılıb və burada böyük narazılıqla qarşılanıb. Amma məsələ yalnız narazılıqla bitməyib.
Bu barədə verilən məlumatlarda vurğulanır ki, DRX-nin ləğvindən sonra Qaraşovun bir zamanlar başçılıq etdiyi qurumda yoxlamalara start verilib. Ciddi yeyinti və qanunsuzluq faktları üzə çıxarıldıqdan sonra onu keçmiş rəhbərin qarşısına qoyublar. Məlumatlara görə, Qaraşova deyilib ki, əgər "artıq-əskik" hərəkət edərsə, bu faktları istintaqa göndərib məsələ ilə bağlı araşdırma aparacaqlar. Həmin olayın ardından başqa halların da baş verdiyinə dair məlumatlar verilir. Deyilir ki, Qaraşovun nəzarətində olan bəzi biznes sahələri əlindən alınıb. Həmçinin bir neçə iri əmlakını da ondan alaraq, özünküləşdirənlər olub.
Ancaq "artıq-əskik" məsələsinin ardından başqa bir qəribə xəbər yayılmağa başlayıb. Verilən informasiyalarda vurğulanır ki, Arif Qaraşov başına gətirilən oyundan sonra bunun əvəzini çıxmaq üçün xeyli müddət imiş düşünürmüş. Nəhayət, bu yaxınlarda onun yekun qərar verdiyi iddia edilir. Bildirilir ki, sabiq xidmət rəhbəri yeni müxalifət partiyası yaratmaq qərarına gəlib. Həmin partiyanın hansı adda olacağı barədə isə hələlik heç bir məlumat yoxdur.
Qaynaqlar qeyd edirlər ki, Arif Qaraşov əslən Qərbi Azərbaycandan olduğundan bu kontingentə daha çox bel bağlayır. Keçmiş səhiyyə naziri Əli İnsanovun həbsindən sonra narazı düşən və pərakəndə şəkildə fəaliyyət göstərən bu elektoratı bir araya gətirmək üçün isə Qaraşov qısa müddətdə göstərdiyi fəaliyyəti ilə çox şey edə bilər. Eyni zamanda, bunun üçün ona Əli İnsanovu dəstəkləmək lazım gələcək ki, artıq xəbərlərdə də bunun təsdiqini tapdığı diqqəti çəkir. Məlumatlara görə, Qaraşovun yeni yaradacağı siyasi partiya sabiq nazirin tərəfdarlarını öz ətrafında birləşdirəcək və ona dəstək verəcək.
Nəzərə almaq lazımdır ki, hazırkı məqamda Qərbi Azərbaycandan olan soydaşlarımızı siyasi proseslərə cəlb edib, onları aktivləşdirmək kifayət qədər ciddi məsələdir. Bu kontingent uğrunda illərdən bəri mübarizə aparan istər hakimiyyət, istərsə də müxalifət hələ də real olaraq nəticələr əldə etməyiblər. Çünki narazı olan elektoratın bir araya gətirilməsi mümkün olmayıb. Həmçinin hadisələrin parlament seçkiləri ərəfəsində baş verməsi də sıradan bir hal deyil və belə düşünmək mümkündür ki, iqtidar bundan narahat olacaq. Çünki indiki həssas məqamda qərbi azərbaycanlıların siyasi partiya yaradaraq, onun ətrafında mübarizə aparmaları siyasi elitanı silkələyə bilər. Həm də hakimiyyətin içindəki eyni regionun nümayəndələrinin də onlarla əlbir işləmək ehtimalları risqləri bir qədər artırır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35 |
|
|
|
• Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22 |
|
|
|
• Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur - İNCƏLƏMƏ
Bu gün, 07:19 |
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
|