“DALĞA” YENİDƏN DALĞALANDI
Tarix: 6-02-2012, 12:16 |
Çap et
ORXAN NƏBİYEV VƏZİFƏSİNDƏN İSTEFA VERDİ
“Dalğa” Gənclər Hərəkatının geniş toplantısı keçirlib.
Fevralın 5-də keçirilən toplantıda qurultaya bir ay qaldığı elan olunub və nizamnamə tələbinə görə sədr Orxan Nəbiyev istefa verib.
Təşkilatın verdiyi məlumata görə, “Dalğa”nın qurultayı martın 6-da keçiriləcək. Qurultayda “Dalğa”nın yeni sədri və hərəkatın layihəsi olan “Demokratiya məktəbi”nin yeni direktoru seçiləcək, İdarə Heyətində təmsil olunacaq şəxslər müəyyənləşəcək.