Məcnun müəllim bu sahəyə nəzər salmazsa... .....                     Naxçıvanda deputatların maaşı artıb .....                     Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... .....                     Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? .....                     “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var .....                     Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... .....                     Amerikalı iqtisadçı İrəvana məsləhət verib .....                     `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... .....                     Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb .....                     Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi .....                     Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq .....                     Manana Çaparidzeyə ağır itki .....                     "Qiymətlər menyu ilə uyğun gəlmir..." .....                     Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi .....                     İşçilərin əməkhaqqı məsələsi... .....                     İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb .....                     Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... .....                     ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır .....                     30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir .....                     Yediyimizə necə haram qatırlar... .....                     Mən onun kimi Putinə zəng etməyəcəyəm .....                     Onu Bakıya gəlməyə qoymayan səbəb .....                     Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                 

ŞOK: PUTİN İRƏVANA «QARABAĞI BOŞALT» TƏLİMATINI VERİB
Tarix: 4-12-2013, 09:03 | Çap et
ŞOK: PUTİN İRƏVANA «QARABAĞI BOŞALT» TƏLİMATINI VERİB
RUSİYA PREZİDENTİNİN ERMƏNİSTAN SƏFƏRİ İLƏ BAĞLI İLGİNC FAKTLAR

DİA.AZ: - Əslində bu gün Ukraynada baş verənlər Rusiya kimi Qərbin də öz maraqları istiqamətində nə qədər israrlı olmasını sübutlamaqdadır. Yəni dünənə qədər bizdə elə bir təəssürat var idi ki, keçmiş sovet məkanında yalnız Rusiya qətiyyətli və israrlı görünə bilər. Amma indi anlaşılanı odur ki, Qərb üçün qeyd olunan region artıq kifayət qədər tanışdır.

Elə bir mərhələ yetişib ki, Qərb köşəyə də çəkilə bilir, yəni çəkilməyə köşə də tapır, gərəkən anda meydana da çıxmağı bacarır. Və Ukraynanın bu gün əslində Avropanın bölgədəki maraqları baxımından bir sınaq mərhələsində olması da vəziyyətin kifayət qədər gərginliyindən xəbər verməkdədir.

Dünən Ukraynada müxalifət, daha doğrusu, Avropanın dəstək verdiyi müxalifət çevrilişin qapısına qədər yaxınlaşmağı bacardı. Amma alınmadı. Rusiyanın dəstək verdiyi, daha doğrusu, Rusiyanın yanında olmaq zorunda qalan Yanukoviç iqtidarı Kremlin istəyi ilə geri çəkilmədi. Halbuki situasiya elə bir nöqtəyə qədər inkişaf etdirilmişdi ki, Yanukoviçin Regionlar Partiyası hakimiyyəti təhvil verməli idi.

Əslində bu gün Ukraynada baş verənlərin Azərbaycanın xarici siyasətinə də təsir etməsi bir faktdır və bu baxımdan rəsmi Bakı da öz addımlarını məhz Ukraynada cərəyan edn olaylara uyğun şəklə salmaq zorundadır. Çünki Azərbaycan, məsələn, Ermənistandan fərqli olaraq dövlətdir və konkret dövlət aparatına malikdir. Dövlətlər isə öz siyasətlərini cəngəllik qanunları ilə yox, məhz dünyada, ən yaxın məsafədə və maraqlı regionlarda baş verən hadisələrə uyğunlaşdırmaq zorundadırlar.

Bu gün özünü tam olaraq Rusiyaya təslim etmiş Ermənistanın elə bir qayğısı mövcud deyil. Hətta Ukraynada sonuncu rus qalalarını belə göyə uçursalar, rəsmi İrəvan Kremlin qucağından düşməyəcək. Və bunu həm də Qərb dairələri yaxşı bili rvə Qərbdə Ermənistana Rusiyanın uzantısı kimi yanaşıldığından o ərazi ilə bağlı Qərbin hər hansı ciddi maraq layihələri, planlamaları da mövcud deyil. Çünki istənilən halda Ermənistanın əvəzindən qərarı Rusiya verəcək və Ermənistanda hakimiyyətin dəyişməsi də bu situasiyanı dəyişməyəcək. Artıq Qərbdə yaxşı anlayırlar ki, ermənilərin dövlətçiliyinin qarantı Rusiyadır. Belə olan təqdirdə ermənilərin dövlətçiliyinin yoxluğundan danışmaq daha məntiqli görünür. Yəni o ərazilər Rusiyanın hərbi-siyasi dairələrinin tam nəzarəti altında olduğundan Ermənistan ciddi planlamalarda nəzərə alınmır və Ermənistanla bağlı hər hansı niyyətlənmə Rusiyaya yönəlik siyasətdə bir maddə olaraq qeyd olunur.

Amma Ermənistandan fərqli olaraq Azərbaycan artıq özünün dövlət mexanizmasını formalaşdırmış ciddi bir siyasi məkan olduğundan rəsmi Bakı ilə Qərbin təmasları tamam fərqli ampluadadır. Hətta son illərdə Azərbaycanın öz maraqlarını diqtə etmə cəhdləri rəsmi Bakıya olan münasibətləri də dəyişməkdədir. Yəni eynən Türkiyə ilə bağlı gedən proseslər bu gün Azərbaycana münasibətdə formalaşmaqdadır. Artıq Azərbaycana hansısa şərtin diqtə olunduğu ünvan kimi yox, özünün mövqeyi olan və dil tapılmağa layiq biri siyasi məkan kimi yanaşılır. Təbii ki, dövlət və dövlətçilik baxımından bu şərt kifayət qədər vacib və əhəmiyyətlidir.

O zaman ortaya bir sual da çıxır: Azərbaycan bundan sonra nə edəcək. Təbii ki, əl-qolun yana atılıb, Ukraynadakı Avropa-Rusiya toqquşmasını seyr etmək də doğru olanı deyil. Çünki rəsmi Bakı son iki ildə Kremlə kifayət qədər toqquşmalı olub. Necə ki, bu günlərdə Ukraynanın prezidenti Yanukoviç son üç ildə Rusiya kimi nəhəng güclə üz-üzə qaldığını etiraf etdi və bu müstəvidə Avropadan dəstək almadığını da yana-yana söylədi. Eləcə də rəsmi Bakının belə bir etirafı işlətməsi doğru görünərdi.

Həqiqətən də, Azərbaycan konkret olaraq son iki ildə Kremlin ciddi təzyiqlərinin əsas hədəfinə çevrilib. Ukraynadan fərqli olaraq Azərbaycan torpaqları işğal altındadır və Rusiyanın bu işğalda iştirakının olması faktı rəsmi Bakının mövqelərini daha da çətin vəziyyətə salır. Amma buna rəğmən Azərbaycan Ukraynadan daha dayanıqlı görünməkdədir. Sadəcə olaraq, bir situasiya fərqliliyi var ki, Azərbaycanda hakimiyyətdə olan qüvvələr Rusiya və Avropaya münasibətdə məsafə mütənasibliyini qoruyur. Rəsmi Kiyev isə siyasi bağ baxımından daha çox Kremlə aid hesab olunur. Və ona görə də Avropanın Yanukoviçi Kremlin basqıları ilə təkbətək buraxması da kifayət qədər anlaşılandır. Yəni Avropanın Ukraynadakı siyasi partnyoru heç də hakim Regionlar Partiyası deyil.

Azərbaycanda isə Avropa hakimiyyətlə ciddi əməkdaşlığa və bağlara malikdir. Bunu inkar etmək olmaz. Hətta bu gün Avropaya aid bəzi təşkilatların Azərbaycanda keçirilən seçkiləri şübhəyə alırmış kimi davranmaları da məsələnin mahiyyətini dəyişmir. Ən azından Avropanın taleyini müəyyənləşdirən əsas güclərin - Fransa-Almaniya-Britaniya üçlüyünün, həmçinin yəhidlərin nəzarəti altında olan maliyyə şəbəkələrinin bu gün rəsmi Bakıya sıcaq münasibət bəsləməsi bu müstəvidə hakimiyyətin alternativsiz yürüməsindən xəbər verir. Yəni Avropanın Azərbaycanda ikinci bir tərəfdaşı mövcud deyil.

Elə buna görə də İlham Əliyev hakimiyyəti bu gün balanslaşdırılmış siyasəti yürüdərkən belə Avropaya daha yaxın görünür. Bu isə Rusiyanı qıcıqlandırmaqdadır.

Amma Azərbaycan Rusiyaya lazımdır. Azərbaycan Rusiyanın planlarında müstəsna yerdə dayanır. Buna görə də, bizi gözləyən sonrakı mərhələlərdə artıq Kremlin basqılarından yox, Azərbaycana təklif edəcəyi güzəştlərdən danışa bilərik. Bunun ilkin işartıları da görünməkdədir.

İrəvana səfər edən Putinin oradan verdiyi mesajlar da ciddi mənada belə bir qənaət formalaşdırır ki, Azərbaycan Rusiya ilə münasibətlərində məhz öz maraqlarına uyğun bir mövqedə qərarlaşıb. Bunun ilk dəfə olduğunu da söyləyə bilərik. Yəni yaxın keçmişimizdə Moskva-Bakı münasibətlərinin belə bir məcrada yürüməsinə şahidlik etməmişik. Hər zaman Rusiya daha çox diqtəedən tərəf kimi çıxış edib və yaxud da belə bir görüntü yaranıb.

Amma indi situasiya dəyişib. Artıq Putin İrəvanda erməniləri sevindirəcək açıqlamalar vermir. Sadəcə olaraq İrəvana hərbi baxımdan dəstək verəcəyini və müharibənin olmayacağını vəd edir. Ermənilərin isə qorxduğu budur. Bu gün ermənilər fərqindədirlər ki, Azərbaycan son illərdə gücləndirdiyi hərbi imkanlarını məhz Ermənistana - Qarabağı işğal etmiş Ermənistana qarşı xərcləməyi planlaşdırır. Bu xərclənmənin isə Ermənistan üçün yaxşı nəsə vəd etmədiyini İrəvanda oturanlar da anlayır. Hətta bu gün Rusiyanın Ermənistana açıq hərbi dəstəyi belə gözlənilən müharibədə Azərbaycanın Qarabağ uğrunda düşmənə böyük zərbə vuracağını istisna etmir, bunun qarşısını ala bilməyəcək.

Və elə buna görə də, Ermənistana Putinin daha çox «müharibə olmayacaq» vədi daha gərəkli idi. Rusiya prezident idə bu mövcuda xəsislik etmədi. Amma Ermənistan mövqelərindən, ələ keçirdiyi mövqedən geri çəkilmək zorunda qalacaq.

Bu barədə DİA.AZ-a da olduqca maraqlı informasiyalar daxil olub. Diplomatik qaynaqlardan əldə etdiyimiz bilgilərə görə, ənənəvi olaraq İrəvanda ermənilərə təskinlik verən Vladimir Putin bu dəfə ermənilərin qanını qaraldıb: «Putin Ermənistana əslində, İrəvanı yeni güzəştlərə hazır olmaları üçün xəbərdar etməyə getmişdi. Putin-Sərkisyan görüşündə maraqlı müzakirələr olub. Rusiya prezidenti Azərbaycanla Ermənistanın gələcəkdə eyni ittifaqda olmalarının vacibliyindən danışıb və bunun üçün İrəvanın Qarabağ işğalından geri çəkilməsinin zəruri olduğunu bildirib. Amma prosesin birdən-birə yox, tədrici olaraq həyata keçiriləcəyi də Putin tərəfindən İrəvana vəd olunub. Hətta Putin Qarabağın işğaldan azadlığının müqabilində Bakıdan ermənilər üçün böyük həcmdə təzminat ala biləcəklərini də söyləyib».

Mənbəmiz iddia edir ki, məhz bu səbəbdən Ermənistanda bu gün daxili siyasi vəziyyət qarışıb: «Bunu edən erməni millətçiləridir. Onlar Putinin İrəvana etdiyi təkliflərdən xəbərdardırlar. Ona görə də İrəvanda vəziyyət qarışa və sonunda hakimiyyət dəyişə bilər. Hələlik belə bir plan var. Amma Rusiya Ermənistanda kifayət qədər güclü olduğundan, Putinin istədiyi, dəstək verdiyi hakimiyyətin Ermənistanda süquta uğraması inandırıcı deyil».

Mənbəmiz bildirir ki, hələlik erməni tərəfi Putini dinləyib: «Amma konkret cavab yoxdur. Lakin bir məqam da var ki, Putin İrəvana nəyisə xahiş etmək üçün yox, nəyisə diqtə etmək üçün getmişdi».

Xatırladaq ki, bu arada Türkiyə mətbuatı da maraqlı bir xəbəri yayımladı. Məlumatda qeyd olunurdu ki, Rusiya Ermənistanı 2 rayonun işğalından geri çəkilməyə razı sala bilib… Ola bilsin ki, bu, Azərbaycanın Avrasiya İttifaqına şirnikləndirilməsi üçün ilk addım kimi nəzərdə tutulub…









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49
Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43
Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40
Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38
“Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32
Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21
`R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18
Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14
Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00
Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58
Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56
"Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54
Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43
İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41
İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37
Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35
ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36
30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru