SÖYÜN SADIXOV BAKIYA GƏLMƏYƏ HAZIRLAŞIR
Tarix: 4-12-2013, 12:47 |
Çap et
RƏSMİ BAKI «PUTİNİN NÜMAYƏNDƏSİ»NİN BU SƏFƏRİNƏ HEÇ DƏ İSTİ BAXMIR
DİA.AZ: - Özünün antiAzərbaycan çıxışları ilə tanınan və Rusiyada oturub, Azərbaycan diasporasının güclənməsinə deyil, Azərbaycan dövlətinə qarşı alət kimi xidmət göstərən və son prezident seçkiləri ərəfəsində Kremlin diqtəsi ilə rəsmi Bakıya qarşı kəskin ittihamlar səsləndirən «Milyarderlər İttifaqı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının qurucusu, Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıxov Bakıya gəlməyə hazırlaşır. Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən informasiya daxil olub.
Xəbəri verən qaynaq iddia edir ki, Söyün Sadıxovun Azərbaycana gəlişi səbəbsiz deyil: «O, Bakıda bir sıra tədbirlərə qatılmağa hazırlaşır və eyni zamanda dövlət rəhbərliyindən bəzi şəxslərlə görüşməyi də planlaşdırır».
Mənbəmiz bu arada maraqlı bir informasiyanı da redaksiyamıza çatdırıb: «Rəsmi Bakı Söyün Sadıxovun bu səfərinə heç də sıcaq yanaşmır və elə bu səbəbdən Bakıya «Putinin nümayəndəsi» qiyafəsində gələn Söyün Sadıxovun dövlət rəhbərliyinə aid hansısa sima tərəfindən xoş qarşılanması və ümumiyyətlə, qəbul edilməsi gözlənilən deyil».