ƏYALƏT MƏMURLARININ YENİ KABUSU: RAMİZ HƏSƏNOV...
Tarix: 19-12-2013, 09:12 | Çap et
Ramiz Həsənovun sədri olduğu Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ölkə boyu uşaq bağçaları ilə bağlı yoxlamalara başlayıb. Bu yoxlamalar artıq bir neçə rayonda ciddi qüsurları ortaya çıxarıb və həmin rayonların icra hakimiyyətlərində təlaş yaradıb.
Xatırladaq ki, məktəbəqədər tərbiyə müəssisələri bir qədər əvvəl Təhsil Nazirliyindən alınaraq yerli icra hakimiyyətlərinə verilmişdi. Bundan sonra uşaq bağçaları ilə bağlı neqativ halların aradan qalxacağı gözlənilsə də, Həsənovun komitəsinin araşdırmaları vəziyyətin əksinə daha da pisləşdiyini ortaya qoyub. Məsələn, elə dünən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məlumat yayıb ki, Masallı şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb. Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Masallı şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu yoxlanılıb. Bundan əvvəl isə Gəncə şəhəri və Goranboy rayonunda bir neçə körpələr evi və bağçada qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb. Ramiz Həsənovun komitəsindən bildirilib ki, araşdırma Gəncə şəhəri DOS-6 ünvanında yerləşən 10 saylı uşaq bağçası-körpələr evi, Nərimanov prospektində yerləşən 26 saylı körpələr evi-uşaq bağçası, Zərdabi küçəsində yerləşən 28 saylı körpələr evi-uşaq bağçası, Ü.Hacıbəyov küçəsi ev 1 ünvanında yerləşən 33 saylı körpələr evi-uşaq bağçası, H.Əliyev prospekti 16 ünvanında yerləşən 47 saylı körpələr evi-uşaq bağçası, Goranboy rayonu Ü.Hacıbəyov küçəsində yerləşən 1 və 2 saylı uşaq bağçalarında aparılıb. Təhsil və tərbiyə müəssisələrində aparılmış dövlət nəzarəti tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, yeməklər müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimat və reseptura olmadan hazırlanır. Müəssisə rəhbərlərinin AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması” dövlət standartı haqqında məlumatlı olduğu deyilsə də, sənədin onlarda olmadığı bildirilib. Baxış zamanı bağçaların mətbəx və anbarının istismara tamamilə yararsız vəziyyətdə olduğu, mətbəx və anbarın digər otaqlarda yerləşdiyi aşkar olub. Müəssisələrdə mal qonşuluğuna və saxlanma şəraitinə riayət olunmayıb, müxtəlif ərzaq məhsullarının bir yerdə və eyni temperatur altında saxlandığı aşkarlanıb. Həmçinin müəyyən olunub ki, mətbəxdə işlədilən qablar köhnədir. Standartın 1.4.27-ci bəndinə əsasən bağçanın girişində gündəlik menyunu əks etdirən lövhə olmalıdır ki, araşdırma zamanı buna da rast gəlinməyib. Aşkar edilmiş bu və digər nöqsanların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə iradnamə verilib, nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Mingəçevir şəhərində də oxşar araşdırmalar zamanı ciddi qüsurlar aşkarlanıb. Ekspertlər hesab edir ki, bu araşdırmalar təqdirəlayiqdir. Amma o da mümkündür ki, aparılan yoxlamalar nəticəsində aşkarlanan neqativ faktlar uşaq bağçalarının yenidən icra hakimiyyətlərinin əlindən alınaraq Təhsil Nazirliyinin tərkibinə qaytarılması üçün əsas rolu oynamağa hesablanıb. Hər bir halda Ramiz Həsənovun komitəsinin yoxlamaları hazırda yerli icra hakimiyyətləri üçün arzuolunmaz prosesə çevrilib. Yerli rəhbərlər bu yoxlamaların yekununda yalnız uşaq bağçaları üzərindəki nəzarəti deyil, hətta kürsülərini itirə biləcəklərindən təlaşlanırlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|