İLHAM RƏHİMOVUN ABBAS ABBASOV ŞÜBHƏSİ
Tarix: 20-12-2013, 09:00 | Çap et
Baş nazirin sabiq birinci müavini, Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının üzvü (“Milyarderlər İttifaqı”) Abbas Abbasovla gələn ilin əvvəlindən Moskva vilayətinin Xlebnikovo qəsəbəsi yaxınlığında böyük bir meyvə-tərəvəz bazarı açacaq.
Əslində, həmin yerdə əslən Ucardan olan Samir adlı azərbaycanlıya məxsus, rəsmi adı “Veqetta” olan, amma həmyerlilərimiz arasında Xlebnikovo bazası kimi tanınan bazar fəaliyyət göstərir. Abbasov həmin bazanın ərazisini, habelə əlavə olaraq 18 hektar ərazini də bir yerə birləşdirib, regionun ən böyük meyvə-tərəvəz bazasını yaradır. Adı çəkilən bazanın yaxınlığında Alim adlı iş adamına məxsus obyekt də (əslində mini-bazardır) yeni bazanın ərazisinə qatılacaq. Bildirildiyinə görə, Abbasov bu işdə tək də deyil. Bu işdə onun şəriki Rusiyada fəaliyyət göstərən Manqo şirkətinin sahibi Rövşən Cabbarovdur. Abbasovla Cabbarov hələ bir neçə il bundan əvvəldən biznes şərikidirlər. Onlar 2011-ci ildə Rusiyanın Voronej vilayətinin Ramonsk rayonunda 27 hektar torpaq sahəsi alıblar. Voronej vilayətinin qubernatoru Aleksey Qordeyevlə sövdələşməyə gedən Abbasov və Cabbarov vilayətdə çoxlu meyvə-tərəvəz anbarı tikiblər. Bu ilişkilər barədə həmin ərəfədə Rusiya KİV-i də məlumat yayıb. Həmçinin bildirilir ki, Abbasov Orxan Zeynalov olayından sonra bağlanan “Pokrov” bazarında çalışan azərbaycanlıları bura köçürmək istəyir: “Bundan başqa, demək olar ki, hər gün “Sadovod” adlanan və Quba yəhudilərinə aid olan bazarda gah total OMON yoxlamaları olur, gah da hansısa hadisə. Srağagün isə bu bazarda yanğın olmuşdu və azərbaycanlılara məxsus bir neçə ticarət pavilyonu yanmışdı. Abbasov və şərikləri bu bazarda çalışan azərbaycanlıları da Xlebnikovoya köçürmək niyyətindədirlər. Bazarda Samir adlı həmyerlimizə kiçik pay ayrılacağı da gələn xəbərlər sırasındadır. Yuxarıda adını çəkdiyimiz Alim adlı sahibkarla isə, el dili ilə desək, halallaşacaqlar. Burada maraqlı məqam Abbasovun Moskvadakı bütün azərbaycanlıları bir yerə yığacaq bazar açması xəbəri ilə Rusiya paytaxtında böyük biznesi olan azərbaycanlı iş adamının bu şəhərdəki bazarlarının “vurulması” ilə üst-üstə düşməsidir. Rəhimov Rusiya prezidenti Vladimir Putinin yaxın dostlarından biri sayılır; bu mənada onun Moskvadakı biznesinin ardıcıl yoxlamalara məruz qalması və digər xoşagəlməz hallarla üzləşməsi təəccüb doğururdu. Amma sabiq vitse-premyerin Rusiyada yeni bazar açıb bütün azərbaycanlıları ora toplamaq cəhdindən sonra iş adamının Moskvadakı bazarlarında baş verənlərin təsadüf olmadığı qənaəti yaranır. Tamamilə mümkün ehtimallardan biridir ki, Rəhimovun obyektlərini qapadaraq oradakı azərbaycanlı satıcıları da Abbas Abbasovun açacağı bazara cəlb etmək niyyəti güdülür. Xatırladaq ki, hələ oktyabr ayında məlumat yayıldı ki, Moskvanın “Sadovod” bazarında yanğın olub. Həmin vaxt Rusiya qaynaqları xəbər verirdi ki, Moskva Dairəvi Avtomobil Yolunun 14-cü kilometrliyində yerləşən bazarda baş vermiş yanğın 100 kvadratmetrdən çox ərazini əhatə edib. Qeyd edək ki, bu bazarın sahibləri məhz İlham Rəhimov və onun yəhudi ortağı, Qubadakı Qırmızı Qəsəbədən olan Zarah İliyevdir. Sonuncu dəfə isə Rəhimovun adıçəkilən bazarı üç gün əvvəl yanıb. Belə ki, dekabrın 16-na keçən gecə başlamış güclü yanğın 7 saat davam edib. Yanğın Bakı vaxtı ilə saat 8.30-da Yanğın Moskva vaxtı ilə saat 0.37-də başlayıb, 8.30-da isə söndürülüb. Yanğın ticarət mərkəzinin məişət malları və geyim satılan konteynerlərində baş verib və 300 kvadratmetr sahəni əhatə edib. Ən maraqlısı isə odur ki, bu yanğınlar silsiləsini ötən ay Rusiya Federal Miqrasiya Xidmətinin, Federal Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının bazarda bir neçə dəfə irimiqyaslı reydlər keçirərək minlərlə adamı saxlaması müşaiyət edilib. Moskva meri Yuri Sobyanin isə “Sadovod”un sökülməsi və yerində müasir ticarət mərkəzinin tikilməsi barədə qərar çıxarıb. Bütün bunların fonunda Abbas Abbasovun Moskvadakı bütün azərbaycanlıları “bir çətir altına toplayacaq” bazar inşa etdirməsi yuxarıda qeyd etdiyimiz şübhənin həqiqətlə yaxınlığını daha da qüvvətləndirir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|