26 MƏKTƏBLİYƏ FORMA VERİLDİ
Tarix: 1-03-2012, 13:37 |
Çap et
DİN-LƏ QHT-LƏRİN ORTAQ LAYİHƏSİ BAŞ TUTUB
29 fevral tarixində Daxili İşlər Nazirliyi İnsan Alveri Qurbanlarına Kömək Fondu, “Azərbaycan Valideyn –Müəllim Assosasiyası” İctimai Birliyi , “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi insan alveri qurbanları və potensial qurbanların məktəb yaşında olan övladlarının məktəb forması ilə təmin olunmasını təşkil edib.
DİA.AZ-a verilən məlumayda deyilir ki, məktəb formalarını “BAKI TİKİŞ EVİ “ ATSC təmin edib. Əvvəlcədən ailələrin ehtiyacları müəyyənləşdirilmiş, daha çox ehtiyacı olan ailələlər seçilib. Məktəblilərin yaşı və ölçüləri dəqiqləşdiriləndən sonra 26 məktəbli forma ilə təmin olunub.