Ermənistanın müxalifət nümayəndələrinin baş nazir Nikol Paşinyana qarşı hərbi çevrilişə və vətəndaş itaətsizliyinə yönəlik çağırışları artıb. Müxalifət nümayəndələrinin daha çox radikallaşmasını son iki hadisəylə əlaqələndirmək olar. Birinci hadisə Laçın yolunda sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlamasıyla əlaqəlidir, ermənilərin mövcud reallığı qəbul etməsi separatçıların sonun başlanğıcını yaxınlaşdırır. Müxalifət bu reallıqla barışmaq istəmir. İkinci hadisə baş nazir Nikol Paşinyanın Rəcəb Təyyub Ərdoğanın andiçmə mərasiminə qatılmasıyla bağlıdır. Ermənistan müxalifəti Paşinyanın Ərdoğanın ayağına getməsini müharibədə məğlub olan ermənilərin bir daha aşağılanması kimi qiymətləndirib. Erməni radikalları mövcud vəziyyətdən Nikol Paşinyanı devirməkdə, hətta fiziki cəhətdən yox etməkdə görürlər. Nikol Paşinyan onu devirməyə və öldürməyə səsləyənləri həbs etməsə ona qarşı planlar tərtib edənlər hərəkətə keçəcəklər.
Azər Fikrətoğlu - DİA.AZ